Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1292/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, idddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(010)-3339/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3174/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cаvаbdeh İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixli, 218 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi və iddiaçı Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 17 avqust 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğdə alimentin tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 499,96 manat məbləğdə yaşa görə pensiya və əlavə olaraq pensiya məbləğinin 10% - 50 manat maddi yardım ödənilir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 200 manat olmaqla, ümumilikdə 800 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, hazırda 100 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğini vaxtı-vaxtında vermir, uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və ümumiyyətlə övladı ilə maraqlanmır, nəticədə uşağın hər bir çətinliyi ilə iddiaçı məşğul olur. Bütün bunları təşkil etmək iddiaçı üçün təkbaşına olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də, uşağın saxlanılması üçün, təyin edilmiş aliment məbləği artırılmalıdır. Cavabdeh qeyri-rəsmi olaraq avtomobil alqı-satqısı ilə məşğuldur və kifayət qədər gəlir əldə edir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3174/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşağa 150 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcləri – 42 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hər ay hər uşağa görə tutulmalı olan alimentin məbləğini 150 manat müəyyən etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 78.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan şikayət verərək, iddiaçı ləğv edilib, iddianın təmin edilməsini, cavabdeh alimentin artırılma hissəsində ləğv edilib, həmin hissədə rədd edilməsini xahiş etmişdir.
9. İddiaçının şikayətinin dəlillərinə görə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edildiyi edildiyi halda, məhkəmə həmin minimum məbləğdən aşağı məbləğdə aliment tutulması nəticəsinə gəlmişdir.
10. Cavabdehin şikayətinin dəlillərinə görə, aralarındakı nikah pozulduğu andan o, birgə nikah dövründə yaşadıqları evdən çıxıb, evi iddiaçıya vermiş, iddiaçı qısa bir müddət həmin evdə yaşasa da, sonradan şəhərin mərkəzində başqa bir ev kirayə tutaraq, evdən çıxmışdır. İddiaçının öz evi olduğu halda o, hər ay əlavə kirayə haqqı üçün 450-500 manat məbləğdə pul vəsaiti ödəyir, indi isə həmin pulun ondan tutulmasına çalışır. Halbuki, iddiaçı iki yerdə - Xocavənd rayon 2 saylı tam orta məktəbində İngilis dili müəlliməsi və Zəhra klinikasında müdir müavini işləməklə, hər ay 2000 manatdan çox əmək haqqı alır. Əgər iddiaçı uşaqların yaxşı yaşamasnı düşünürsə bu zaman əlavə məsrəflər etməkdən çəkinməli, öz evində yaşamalı idi. İddiaçı isə həm onun öz evində yaşamağına icazə vermir, onu yaşadığı evdən məhrum edib, həm də özü həmin evi boş qoyub başqa ünvanda kirayə yaşayır. Onun isə hazırda yaşamağa belə yeri yoxdur, o, məcbur olub valideynlərinin yanında yaşayır. Ona görə də belə hesab edir ki, məhkəmə hər bir halda aliment tələbinə baxan zaman valideynlərin hər ikisinin maddi vəziyyətini nəzərə almalı, uşaqların saxlanması üçün bütün yükü mənim üzərimə qoymamalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İdddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin olunması və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu izaat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayəti ilə qətnamə iddiaçı tərəfindən dolayı yolla iddia təmin olunmayan hissədə, cavabdeh tərəfindən isə iddia təmin olunan hissədə mübahisələndirildiyindən, məhkəmə aktı hər iki şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Hazırkı iş üzrə isə iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə alimentin tutulmağa başlandığı 2020-ci ildən ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir.
22. Bununla belə, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin hər uşağa görə 100 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək hər uşağa görə 150 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.
23. Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
24. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, o, şikayətində qeyd etdiyi iddiaçının maddi vəziyyəti ilə bağlı, xüsusilə də hər ay 2000 manat məbləğində əməlk haqqı alması barədə xüsusatları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə təqdim etmiş, nə də apellyasiya şikayətinə əlavə etmişdir.
25. Digər tərəfdən, cavabdehin maddi vəziyyətinin pis olması onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb ola bilməz.
26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(010)- 3339/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(010)- 3339/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev