Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1296/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı сavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı сavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4782/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, notariat qaydasında təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 33000 manat məbləğində borca pul verməyi, cavabdeh isə bu pulu xx.xx.2021ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 33.000 manat əsas borc, AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manat, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat və 189 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 34039 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə təxminən 3 ilə yaxın müddətdir ki, tanışdır. Keçən il cavabdehlə söhbətlərinin birində o, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu bildirdi. İddiaçı onun Kəlbəcər rayonunun orta məktəblərinin birində direktor vəzifəsində işlədiyini bilirdi. Cavabdehin maddi vəziyyəti ondan pul borc alana qədər yaxşı olduğundan ona nə qədər pul lazım olduğunu soruşub. Cavabdeh də 33000 manat məbləğində pul lazım olduğunu bildirdi. Onun əvvəlki davranışına və sözlərinə inanaraq iddiaçı ona pul verməyə razılaşdı. Cavabdeh bildirdi ki, problemlərinin həlli üçün ona 33.000 manat pul lazımdır. İddiaçı da Bakı şəhərində yerləşən 51 saylı X1 kredit müqaviləsinə əsasən 33.000 manat pulu borc verdi. Həmin Kredit Müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən müddət başa çatdıqdan sonra da cavabdeh pulu qaytarmadı. Bundan sonra, iddiaçı notariat kontoruna icra qeydinin verilməsi üçün ərizə ilə müraciət etdi. xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən cavabdehdən 33025 manat pulun tutulması təklif edilmişdir. Mülki Məcəllənin 445.6-cı maddəsinə görə gecikdirmə zamanı borclu məsuliyyət daşıyır. Müvafiq halda Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və borcunu qaytarmaması nəticəsində iddiaçı xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Hesab edir ki, bu itkilər də cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən hal-hazırki iddia üzrə ödənilməsini tələb etdiyi məbləğ 33850 manat (əsas borc 33.000) + illik 5% olmaqla 6 aylıq 825 azn +25 azn icra qeydi üçün ödənilən məbləğ) (otuz üç min səkkiz yüz əlli) və 189 manat ödənilmiş dövlət rüsumunun əvəzi təşkil edir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh 33000 manat borc və 189 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddianın qismən qanuni və əsaslıdır. İddia AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manatın tutulması hissəsində rədd edilməlidir. Cavabdeh pul məbləğini qanunsuz saxlamamış, onu qaytarmaqdan boyun qaçırmamış, iddiaçı kimi cavabdeh də ziyana düşmüşdür. Ona görə 825 manat tutulmamalıdır. Məhkəmə hesab edir ki, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat məhkəmə xərci deyil və həmin məbləğ iddiaçıya aid ediməlidir, lakin 189 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 385.1, 386.1, 433.1, 442, 741, 739, 449.1-ci maddələrinə, MPM-nin 107, 119.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh сavabdeh Cavabdeh vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh məhkəmə iclasında iştirakını təmin etmədən onun barəsində nəticələri ağır olacaq bir qətnamə çıxarmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəməi clasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Yuxarıda qeyd edilənlərdən görünür ki, məhkəmə cavabdehin şikayət etmək hüququnun olduğu üçün, onun iştirakı olmadan və çəkişmə prinsipinin tələblərini pozaraq qətnamə çıxara biləcəyini qeyd etmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə ki, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi 2(008)-4782/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini çıxararkən onun iştirakını təmin etməmişdir. Bundan başqa məhkəmə müqaviləyə və pul daxil olması barədə bank qəbzlərinə əsaslanmış qətnamə çıxarmışdır ki, həmin qəbzlərdə qeyd edilən “Muğanbank” Azadlıq filialının və müştəri Üzeyir Kərimovun hesabına köçürülmüş 33000 manat qeyd edilmişdir. Həmin qəbzdə notariusun hesabı və ya Cavabdeh adı qeyd edilməmişdir və məhkəmə də buna qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə yəni, (iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 33000 manat pul borc vermiş, cavabdeh xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin müqavilə Bakı şəhəri 51 saylı notariat ofisində notarius tərəfindən təsdiq edilmişdir.) müqavilənin mövcudluğu olsa da pulun cavabdehə verilməsi məsələsi sübuta yetirilməmişdir. Müqavilənin etibarlılığı və mötəbərliyi tədqiq edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın qismən təmin edilməsi barədə qətnamənin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
18. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
20. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, cavabdeh verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında onun iştirakını təmin etməyərək çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozduğuna, qətnaməni işin faktiki hallarını nəzərə almayaraq və iş üzrə hərtərfli araşdırma aparmadan qəbul etdiyinə istinadən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4782/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
27. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər iş materiallarında mövcud olan cavabdehin ünvanına göndərilmiş, o, həmçinin bu barədə iş materiallarına göstərilən telefon nömrəsinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmış, xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.
28. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
29. Bundan başqa apelyasiya şikayətində göstərilən digər dəlillər ilə əlaqədar məhkəmə kollegiyası iş materiallarında borcun Cavabdeh verilməsi ilə bağlı notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin, bank qəbzlərinin, eyni zamanda məhkəmə iclas protokolunda öz əksini tapmış cavabdehin sözügedən məbləği həqiqətən alması və ödəmək niyyətində olmasına dair etirafedici ifadələrin mövcudluğunu cavabdehin apelyasiya şikayətində istinad etdiyi bu dəlillərin təkzib edilməsi üçün yetərli hesab edir.
30. Beləliklə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, notariat qaydasında təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 33000 manat məbləğində borca pul verməyi, cavabdeh isə bu pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
31. Pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq apelyasiya baxışı iclasına gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pulun qaytarılması sübuta yetirilməmişdir.
32. Həmçinin qeyd edilməlidir ki, mübahisənin düzgün və obyektiv həlli ilə bağlı zərurət yarandığından işin apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış sorğu əsasında əldə olunmuş cavab məktubuna əsasən 8 saylı Notariat Kontorunun 2138 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə “İcra Haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4782/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün сavabdeh Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov