Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1297/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkil X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2896/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh2 MMC-dən 353.610,85 manat və 30 manat dövlət rüsumu, cəmi 353.640, 85 (üç yüz əlli üç min altı yüz qırx manat səksən beş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi Cavabdeh1 pulun tutulması hissəsində təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 353 610.85 manat və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2016-cı il tarixdə bank tərəfindən Cavabdeh2 MMC ilə müqavilə bağlanmışdır. Belə ki, qeyd olunan müqaviləyə əsasən banka edilən bütün pul ödəmələri Cavabdeh2 MMC-nin terminalları və veb saytları vasitəsilə yığılmalı və hər həftə ərzndə yığılan pul vəsaitləri növbəti həftənin bazar ertəsi günü saat 18:00-dək bankın hesablaşma hesabına köçürülməli idi. Bu öhdəliklərin yerinə yetirilmədiyi halda cavabdeh ona qarşı bəzi cəza tədbirləri tətbiq edilməsi haqqında xəbərdar da edilmişdir. Belə ki, müqavilənin 5-ci bəndində bankın qarşı tərəfə cərimə tətbiq etmək və dəymiş zərərin ödənilməsini tələb etmək səlahiyyəti qeyd edilmişdir. Bütün bunlara baxmayaraq hal-hazırda müqavilə üzrə bank qarşısında olan öhdəliklər Cavabdeh2 MMC tərəfindən yerinə yetirilmir. Daha dəqiq, bir neçə aydır ki, yığılan pul vəsaiti İddiaçı ASC-nin hesablaşma hesabına ödənilmir. xx xxxx 2019-cu il tarixinə Cavabdeh2 MMC-nin banka 353 610,85 AZN ödənilməmiş borcu qalmışdır. xx xxxx 2016- cı il tarixli müqavilə şərtlərinə əməl etməsi üçün Cavabdeh2 MMC-yə bildiriş məktubu xx xxxxxx 2019-cu il tarixdə çatdırılsa da, cavabdeh tərəfindən heç bir müsbət addım atılmamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi-vəkili Əkrəm Həsənov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir, məhkəmə aidiyyatı qaydası pozulmuşdur. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətin təmin olunmamasına dair Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsini, şikayətin rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan icraçı Cavabdeh2 MMC ilə sifarişçi İddiaçı ASC xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə “Sifarişçi”nin bankın müştərilərinə göstərdiyi bank xidmətlərinə (əmanətçilərin depozitlərinin artırılması, müştərilər tərəfindən kreditlərin qaytarılması, müştərilərin kart hesablarının artırılması, müştərilərin cari hesablarının artırılması) görə onun müştərilərinin və ya onların adından digər ödəyicilərin etdiyi pul ödəmələrinin “İcraçı” tərəfindən Cavabdeh2 ödəmə terminalları, veb saytları vasitəsilə yığılması və yığılmış həmin pul vəsaitlərinin “Sifarişçi”nin hesablaşma hesabına ötürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, “Sifarişçi” tərəfindən isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavədə göstərilən müvafiq Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı Tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2.1.9-cu bəndində göstərilmişdir ki, həftə ərzində yığılan pul vəsaitinin növbəti həftənin bazar ertəsi saat 18:00-dan gec olmayaraq, sifarişçinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icraçı həftə ərzində toplanan pul vəsaitlərini bu Müqavilənin 2.1.9-cu bəndində istərilən müddətdə sifarişçinin hesabına köçürülməsini təmin etmədikdə icraçıya qarşı hər gecikmiş təqvim gününə görə, ödənişi gecikdirilmiş pul vəsaitinin 0,01 %-i miqdarında cərimə tətbiq olunur. Həftə ərzində toplanan pul vəsaitlərinin sifarişçinin hesabına ödənilməsi icraçı tərəfindən 10 (on) gündən artıq gecikdirildikdə, sifarişçi bu müqavilənin ləğv edilməsini və ona dəymiş zərərin ənilməsini tələb edə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh2 Ödəmə Terminalları vasitəsi ilə xx.xx.2019-cu xx.xx.2019-cu tarixləri arası ödənişlərin yığımı haqqında xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, 2019-cu ilim iyul ayının sonuna olan qalıq məbləğ-353 610.85 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 MMC-yə xx.xx.2019-cu il tarixə banka olan 353 610.85 manat borcun ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə isə barəsində hüquqi tədbirlərin görülməsi üçün müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC-nin üzərinə xx.xx.2016-cı il tarixli müqavilədə həftə ərzində yığılan pul vəsaitinin növbəti həftənin bazar ertəsi saat 18:00-dan gec olmayaraq, sifarişçinin hesablaşma hesabına köçürülməsini təmin etməsi vəzifəsi qoyulmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC arasında mövcud xidmət müqaviləsi üzrə şərtlərə, yəni öhdəlik üzrə etməli olduğu hərəkətlərə sonuncu tərəfindən əməl edilməməklə, onun üzərinə düşən öhdəlik lazıminca icra edilməmişdir. Digər tərəfdən, mülki qanunvericilikdə və Cavabdeh2 MMC-nin nizamnaməsində məhdud məsuliyyətli cəmiyyətin direktorunun onun öhdəliklərinə görə məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyas birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, mülki qanunvericilikdə və Cavabdeh2 MMC nizamnaməsində məhdud məsuliyyətli cəmiyyətin direktorunun onun öhdəliklərinə görə məsuliyyət daşıması nəzərdə tutulmadığından, habelə İddiaçı ASC ilə Cavabdeh1 arasında hər hansı bir müqavilə bağlanmadığından, bununla da onun iddiaçı qarşısında öhdəliyi yaranmadığından, iddia tələbi Cavabdeh1 qarşı hissədə haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 MMC-dən 353.610,85 manat və 30 manat dövlət rüsumu, cəmi 353.640, 85 (üç yüz əlli üç min altı yüz qırx manat səksən beş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1297/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1297/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver