Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1305/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-414/2020 saylı, 10 sentyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)- 414/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 14.829,09 ABŞ dolları əsas, 415,33 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, kredit müqaviləsinin tarixi bitdiyi vaxtdan sonra illik 5 faizlə hesablanmış 1.470,84 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 16.815,26 (on altı min səkkiz yüz on beş dollar, iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh 300 manat məbləğində qiymətləndirmə xərcinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tələb etdiyi 6677,88 ABŞ dolları cəriməni tam təmin etməmiş və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti çox yüksək məbləğdə qiymətləndirilmişdir. Qətnamdən Cavabdeh da apellyasiya şikayəti verərək ləğv edilməsini, məhkəmə mühasibatlıq ekspertiza təyin etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, banka 20000(iyirmi min) manat ödəniş etsə də məhkəmə bu ödənişi nəzərə almamış, borc məbləği əsassız şəkildə şişirdilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işdə olan 08 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14829,09 ABŞ dolları əsas, 415,33 ABŞ dolları müddət sonuna hesablanan faiz, 6677,88 ABŞ dolları məbləğində cərimə borcu və 1470,84 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 23393,14 ABŞ dolları kredit borcu vardır. Məhkəmə mühasibatlıq ekspertizasının 25 may 2021-ci il tarixli 9/1370 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 06 oktyabr 2015-ci il tarixli, 20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 06 oktyabr 2017-ci il və 30 sentyabr 2019-cu il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 06.10.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 14.881,56 ABŞ dolları, faiz borcu üzrə 1.482,63 ABŞ dolları; 30.09.2019cu il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 14.881,56 ABŞ dolları, faiz borcu üzrə 1.458,39 ABŞ dolları; 30.09.2019-cu il tarixə ilik faiz dərəcəsi 5%-lə hesablanmaqla: faiz borcu 1.745,75 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 25 may 2021-ci il tarixli 9/1370 saylı rəyi faiz borca aid hissədə ziddiyyətli olmuş, həmçinin əsas borca hesablanmış illik 5 % məbləğ barədə suala dəqiq və cavab verilməmişdir. Belə ki, ekspertizanın təyin edilməsi haqqında qərardadda 4 sual, yəni əsas, faiz borcun, cərimə və əsas borca hesablanmış illik 5 % məbləğin konkret dövrləri göstərməklə nə qədər olmasına dair ekspert rəyi verilməsi istənilmiş və ekspertə izah edilmişdir ki, ekspertiza qarşısında qoyulan suallara cavab verərkən, sualın məzmununa və konkret hansı dövrü əhatə etməsinin dəqiqliyinə xüsusi diqqət yetirsin. Ancaq ekspert iddiaçı 415,33 ABŞ dolları faiz borc tələb etdiyi halda müqavilə müddətinə 1482,63 ABŞ dolları faiz borcun olduğunu müəyyən etmiş, 30.09.2019-cu il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 14.881,56 ABŞ dolları, faiz borcu üzrə bu dəfə 1.458,39 ABŞ dolları; 30.09.2019-cu il tarixə ilik faiz dərəcəsi yenə də 5%-lə hesablanmaqla faiz borcu kimi 1.745,75 ABŞ dolları müəyyən etmişdir. Əvvəla, burada əsas borca hesablanmış illik 5 % məbləğin nə qədər olmasını ümumiyyətlə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda müqavilə müddətinə faiz borcu 1482,63 ABŞ dollarıdırsa, 30.09.2012-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5 %-lə hesablanmaqla faiz borcunun məbləğinin həm 1458,39 ABŞ dolları, həm də 1745,75 ABŞ dolları olması anlaşılan deyildir. Qeyd olunan məbləğlərin hansı hissəsinin faiz, hansı hissəsinin illik 5 % olmasını ayırd etmək mümkün deyil. Bunun ayrıca cavablandırılması mütləq və zəruridir. Çünki, faiz borcu və əsas borca hesablanmış illik 5% tələbləri eyni deyil, hər biri ayrıca tələbdir. Ayrıca da bu suallara ekspert tərəfindən cavab verilməlidir. Dəfələrlə ayrı-ayrı işlərdə də bu hallar ekspertlərin diqqətinə çatdırılır. Lakin əksər hallarda indiki kimi ekspertlər tərəfindən bu suala dəqiq və ayrıca cavab verilmir. Göründüyü kimi, ekspert iş üzrə bu cür rəy verməsi anlaşılan olmamışdır. Çünki, bu cür rəylə ekspert özünün prosessual statusunu şübhə altına almaqla yanaşı, xüsusi bilik tələb edən sualları izah etmək iqtidarında olmadığını yaxud ümumiyyətlə qərardadı oxumadığını büruzə vermiş olur. Əks halda ən azından qərardadda göstərilən bütün suallara münasibət konkret bildirməli idi. Bununla əlaqədar, ekspert Əziz Alqayevin dinlənilməsi üçün məhkəmə iclasına dəvət edilsə də Məhkəmə Ekspertiza Mərkəzinin rəhbərliyi onun iştirakı təmin etməmiş, ona görə də iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 9/5621 nömrəli rəyində tərəflər arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli, 20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 06 oktyabr 2017-ci il tarixə(müqavilə müddətinin bitdiyi tarixə) və 30 sentyabr 2019-cu il tarixə(sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 06.10.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 14.881,56 ABŞ dolları, faiz borcu üzrə 1.482,63 ABŞ dolları; Bundan başqa, ekspert qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.10.2015-ci il tarixli 20 saylı kredit müqaviləsinin bitmə tarixinə, yəni 06 oktyabr 2017-ci il tarixə olan əsas borcu 14 881,56 ABŞ dolları, faiz borcu isə 1482,63 ABŞ təşkil edir və müqavilə müddəti bitdiyi tarixdən, yəni 06 oktyabr 2017-ci il tarixdən 30.09.2019-cu il tarixədək aparılan faiz hesablaması illik 5 % dərəcəsi ilə hesablanır. Yəni,14881,56 ABŞ dollarının illik 5 % dərəcəsi ilə faiz hesablanması 30.09.2019-cu il tarixə 1475,75 ABŞ dolları məbləğində müəyyən olunur. Cavabdeh tərəfindən 27.02.2018ci il və 27.06.2019-cu il tarixlərində aparılan ödənişlər (müvafiq olaraq)1000 ABŞ dolları və 500 ABŞ dolları) cəmi 1500 ABŞ dolları ilkin olaraq faiz borcundan silinmişdir. Beləliklə, cavabdeh Cavabdeh 30.09.2019-cu il tarixinə olan faiz borcu aşağıdakı kimi müəyyən olunur. 1482,63(06.10.2017-ci il tarixə olan faiz borcu)+1475,75 ABŞ dolları(illik 5 % hesablanmaqla 30.09.2019-cu il tarixə olan faiz borcu)-1500 ABŞ dolları (ödənilən məbləğ)=1458,38 ABŞ dolları. 30.09.2019-cu il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 14.881,56 ABŞ dolları; faiz borcu üzrə 1458,38 ABŞ dolları. Qeyd edilir ki, iş materialında 06 oktyabr 2015-ci il tarixli, 20 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi təmin edilməyən hissədə qismən dəyişdirilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsasdır, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər də qətnamənin mübahisələndirdiyi təmin edilən hissədə dəyişdirilməsi və həmin hissədə də ləğv edilməsi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyəncərimənin azaldılması hissəsi və ipoteka predmetinin ilkin satış qiyməti (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdehin şikayətində qətnamənin ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni borcun çox olması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş ilkin və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəylərindədə 06 oktyabr 2015-ci il tarixli, 20 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından üçün hazırki təqdiqatla Cavabdeh cərimə hesablanmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə tələb edəilən məbləğlə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ancaq tələb edilən 6677,88 ABŞ dolları cərimənin 100 ABŞ dollarınadək azaldılması da iddiaçının mənafeyinə uyğun olmamışdır. Ona görə də cərimənin azaldılmasını iddiaçı mübahisələndirdiyindən bu hissədə iddiaçının şikayəti qismən təmin edilməli və cərimənin məbləği artırılaraq 500 ABŞ dolları müəyyən edilməlidir. İkincisi, istər ilkin, istərsə də təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəyində əsas borcun məbləği eyni olmuş, yəni 06 oktyabr 2017-ci il və 30.09.2019-cu il tarixlərə əsas borc 14 881,56 ABŞ dolları, 06 oktyabr 2017-ci il tarixə faiz borcu isə 1482,63 ABŞ təşkil etmişdir. Müqavilə müddəti bitdiyi tarixdən, yəni 06 oktyabr 2017-ci il tarixdən 30.09.2019-cu il tarixədək aparılan faiz hesablaması illik 5 % dərəcəsi ilə hesablanmış, yəni,14881,56 ABŞ dollarının illik 5 % dərəcəsi ilə faiz hesablanması 30.09.2019-cu il tarixə 1475,75 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Cavabdeh tərəfindən 27.02.2018-ci il və 27.06.2019-cu il tarixlərində aparılan ödənişlər (müvafiq olaraq)1000 ABŞ dolları və 500 ABŞ dolları) cəmi 1500 ABŞ dolları ilkin olaraq faiz borcundan silinmişdir. Ona görə də cavabdeh Cavabdeh 30.09.2019-cu il tarixinə olan faiz borcu 1482,63(06.10.2017-ci il tarixə olan faiz borcu)+1475,75 ABŞ dolları(illik 5 % hesablanmaqla 30.09.2019-cu il tarixə olan faiz borcu)-1500 ABŞ dolları (ödənilən məbləğ)=1458,38 ABŞ dolları təşkil etmişdir. Demək, 30.09.2019-cu il tarixə əsas borc 14.881,56 ABŞ dolları, faiz borcun və illik 5 faizlə tələb edilən məbləğlərin cəmi isə 1458,38 ABŞ dolları qalmışdır. Birinci instansiya məhkəməsi isə faiz borcunu 415,33 ABŞ dolları, iddia tələbinin 5 % məbləği hissəsinin isə 1470,84 ABŞ dolları həcmində, yəni hər iki məbləği tələb edilən həcmdə təmin etmiş, cavabdeh tərəfindən edilmiş, sonuncu rəydə göstərilən ödənişləri nəzərə almamışdır. Ona görə də qətnamə faiz borcunun və 5 faizlə tələb edilən məbləğin cəmi hissəsində dəyişdirilməli, əsas borcun məbləği tələb edilən 14829,09 ABŞ dolları, faiz borcun və 5 faizlə tələb edilən məbləğin cəmi 1458,38 ABŞ dolları həcmində təmin edilməlidir. Üçüncüsü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçı tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti mübahisələndirildiyindən apellyasiya baxışı zamanı yenidən qiymətləndirilmə keçirilmiş və "xxxx" MMC-nin 10 iyun 2021-ci il tarixli hesabatına əsasən həmin tarixə ipoteka predmeti olan mənzilin likvid dəyərinin 55000 manat olduğu göstərilmişdir. Demək, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin çox yüksək məbləğdə qiymətləndirilməsi dəlili öz təsdiqini tapmadığından iddiaçının şikayəti bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-414/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni cərimənin azaldılması, faiz borcun və illik 5 % məbləğin cəmi hissələrində dəyişdirilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, faiz borcun və illik 5 faizlə tələb edilən məbləğin cəmi 1458,38 ABŞ dolları, cərimə isə artırılaraq 500 ABŞ dolları olmaqla, əsas və faiz borcun, cərimənin və illik 5 % tələb edilən məbləğin cəmi isə 16787,47(on altı min yeddi yüz səksən yeddi ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları müəyyən edilməli, qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-414/2020 saylı, 10 sentyabr 2020ci il tarixli qətnaməsi qismən, yəni cərimənin azaldılması, faiz borcun və illik 5 % məbləğin cəmi hissələrində dəyişdirilsin, həmin hissələrdə iddia qismən təmin edilsin. Faiz borcun və illik 5 faizlə tələb edilən məbləğin cəmi 1458,38 ABŞ dolları, cərimə isə artırılaraq 500 ABŞ dolları olmaqla, əsas və faiz borcun, cərimənin və illik 5 % tələb edilən məbləğin cəmi isə 16787,47(on altı min yeddi yüz səksən yeddi ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 250 (yüz əlli) manatın 125(yüz iyirmi beş) manatı, iddiaçıdan və 125(yüz iyirmi beş) manatı isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, 200(iki yüz) manat isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1305/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1305/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver