Məhkəmə qərarları › İş №2(103)-131/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-131/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-131/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6411/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 02 may 2014-cü il tarixli 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsi üzrə banka 133049.13 manat əsas, 53987.09 manat faiz və 18049.64 manat cərimə olmaqla, cəmi 205085.86 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 ünvan fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(001)- 6411/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 kredit üzrə 123291.5 manat, faiz üzrə 53433.25 manat, cərimə üzrə 1805.25 manat, cəmi 178530 (yüz yetmiş səkkiz min beş yüz otuz) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, 54 K saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin müvafiq olaraq 295000 manat müəyyən edilməklə açıq hərracda satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, 54 K saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh2 tutduğu yaşayış sahəsinin ən geci 1 (bir) ay ərzində boşaldılması, İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 26 (iyirmi altı) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 04 (dörd) manatının iddiaçıya aid edilməsi, ekspertizanın keçirilməsinə çəkilmiş xərcin 50 (əlli) manatın 43 (qırx üç) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərəf qaydada, qalan 7 manatın isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdehlər apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı ASC-nin iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş ekspert rəyində müəyyən edilmiş borc məbləği həddindən artıq şişirdilmişdir. Həmçinin “xxxx” MMC tərəfindən yaşadıqları evə az qiymət qoyulmuşdur ki, bu da gələcəkdə evin bankın hesabına keçirilməsini asanlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2 və 741-ci maddələrinə əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, kredit borcu üzrə 70.000 manat ödəniş olmuşdur. Evin qiymətləndirilməsi ilə bağlı şəhərin mərkəzi hissəsində evin məbləği çox yuxarı olur. Evin üzəri aqlaydı, qiyməti daha yüksəkdir. Həmçinin borc məbləği ilə razı deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş üzrə 2 dəfə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Onlar əmlakın qiymətləndirilməsi hissəsini mübahisələndirirlər. İpoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Binəqədi rayonu, Binəqədi yolu 54K saylı fərdi yaşayış evi “xxxx” MMC tərəfindən 295.000 manata qiymətləndirilmişdir. “xxxx” MMC-nin ekspert rəyinə əsasən 365.000 manata qiymətləndirilmişdir ki, həmin qiymət çox şişirdilmişdir. Məbləğdə çox fərq var. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 02.05.2014-cü il tarixli 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank Cavabdeh1 təmir-tikinti işləri üçün 165000 manat məbləğində kredit ayırmış, sonuncu ödəniş tarixi kimi 02.05.2017-ci il müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi digər Cavabdeh2 tərəfindən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolunda mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 2 mərtəbəli, ümumi sahəsi 259.9 kv.m., yaşayış sahəsi 143.2 kv. m. olan 54K nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Borc məbləğinin ödənilməməsi səbəbindən 05.12.2016-cı il tarixdə bank tərəfindən Cavabdeh1 19/11853 saylı xəbərdarlıq məktubu göndərilərək cəmi, 205085,86 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur. Eyni tarixdə hər iki cavabdehə 19/11833 saylı bildiriş göndərilərək kredit müqaviləsi üzrə yaranmış 205085,86 manat borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə məlumat verilmişdir. İddiaçının 13.12.2016-cı il tarixli 19/12278 saylı ərizəsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 54K saylı yaşayış evinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin hesablanması, əsas, faiz və cərimə borcunun müəyyən edilməsi üçün əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları təyin edilmiş, iddia tələbi qismən təmin edilərkən əsas və faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı Məhkəmə ekspertizası mərkəzinin 08.09.2017-ci il tarixli ekspert rəyi və “xxxx” MMC-nin qiymətləndirmə rəyi əsas götürülmüşdür. Apelyasiya baxışı zamanı təkrarən məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24.12.2019-cu il tarixli 2(103)-1416/2019 saylı ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.05.2014-cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin iddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən edilir: 05.12.2016cı il tarixə əsas borc üzrə - 123.291,48 manat, faiz borcu üzrə - 46.802,91 manat, 02.05.2017-ci il tarixə əsas borc üzrə - 123.291,48 manat, faiz borcu üzrə - 57.878,59 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit müqaviləsi üzrə 05.12.2016-cı il tarixinə (borc tələb olunan tarixə) olan əsas borc 123.291.48 manat, faiz borcu 46.802,91 manat müəyyən edilmişdir. Təmin edilən əsas borc məbləği ekspert rəyi ilə müəyyən edilən borc məbləği ilə eynilik təşkil edir. Lakin faiz borcu ekspert rəyi ilə 05.12.2016-cı il tarixə 46.802,91 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 449.4 və 467-ci maddələrinə əsasən əsas və cərimə məbləğinin tutulması hissələrində əsaslı nəticəyə gəlsə də faiz borcunun tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. Bu baxımdan qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli və (iddiaçı tərəfindən tələb olunan 05.12.2016-cı il tarixə) 46802,91 manat faiz borcu tutulmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 33, 34, 36.1, 36.3, 59.3 və 59.4-cü maddələrinə istinad edərək tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş 16.04.2019-cu il tarixli ƏEM/F 292-379/19 saylı ekspert rəyinə əsasən ünvan ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyəri 365 000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin 27.10.2017-ci il tarixli hesabata əsasən müəyyən edildiyini, həmin vaxtdan kifayət qədər müddət keçdiyini, həmçinin “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyinin kifayət qədər ətraflı və müfəssəl tərtib edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, yuxarıda qeyd olunan və ekspert rəyi ilə müəyyən edilən məbləğ ipoteka predmetlərinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 200 manat və məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 150 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu və bundan asılı olaraq cəmi borcun tutulması, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(001)- 6411/2017 saylı qətnaməsi, 02.05.2014-cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit müqaviləsi üzrə faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 02.05.2014-cü il tarixli, 120.LN.2105.020514.00001 saylı kredit razılaşması üzrə faiz borcu 46802,91 manat, cəmi borc isə 171899,66 manat məbləğində müəyyən olunsun. Cavabdeh2 məxsus ünvan ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 365 000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 manat tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, Kod: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar