Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1317/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4295/2021 saylı, 16.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16.08.2013- cü il tarixli, İ-13/96 saylı Kredit müqaviləsinə əsasən 09.08.2021-ci il tarixinə əsas borc üzrə 22,916.99 (iyirmi iki min doqquz yüz on altı manat, doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 126.71 (bir yüz iyirmi altı manat, yetmiş bir qəpik) manat borcun, cəmi 23043.70 (iyirmi üç min qırx üç manat, yetmiş qəpik) manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 21,819.46 (iyirmi bir min səkkiz yüz on doqquz manat, qırx altı qəpik) AZN, 195.34 (yüz doxsan beş manat, otuz dörd qəpik) AZN faiz borcu olmaqla cəmi 22014.8 (iyirmi iki min on dörd manat, səksən qəpik) AZN kredit borcu, həmçinin 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4295/2021 saylı, 16.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 21,819.46 (iyirmi bir min səkkiz yüz on doqquz manat, qırx altı qəpik) AZN, 195.34 (yüz doxsan beş manat, otuz dörd qəpik) AZN faiz borcu olmaqla cəmi 22014.8 (iyirmi iki min on dörd manat, səksən qəpik) və 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması qət edilmişdir (sədrlik edən: Aytən Novruzova). Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman digər cavabdeh Cavabdeh1 apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1317/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1317/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver