Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1319/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2571/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1977 (min doqquz yüz yetmiş yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə Baş satıcı vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 395-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Neftçilər 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 2.471 (iki min dörd yüz yetmiş bir) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 537 (beş yüz otuz yeddi) manat güzəşt edilmiş, qalıq borc 1.977 (min doqquz yüz yetmiş yeddi) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi cəmi 2.003 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2571/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, tərtib edilərək məhkəməyə təqdim edilmiş iddia ərizəsinin hazırlanması zamanı riyazi hesablama ilə əlaqədar səhvə yol verərək qalıq borc məbləğini və iddia tələbini yanlış yazıldığıni, Cavabdeh 1934 (bir min doqquz yüz otuz dörd) manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2571/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməldir. Məhkəmə hazırki mübahisə üzrə iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsinə münasibət bildirərkən ziyanın vurulmasının xx xxxx 2019-cu il tarixindən aşkar olunduğunu qeyd etməklə mülki və əmək qanunvericiliyinin iddia müddətinə dair müddəalarının tətbiqində yanlışlığa yol vermişdir. İnventarizasiya yoxlamasının nəticələri üzrə yaranmış borc cavabdeh tərəfindən etiraf edilmiş, bununla bağlı cavabdehlə iddiaçı arasında xx.xx.2019-cu il tarixində “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə imzalanmışdır. Beləliklə, Cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin 2-ci bəndi ilə müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il olaraq müəyyən edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2571/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2571/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki birinci instansiya məhkəməsi hazırki mübahisəyə iddia müddətini tətbiq etməkdə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarının tədqiqindən aşağıdakıları müəyyən edir. Bеlə ki, iş materiallarında olan, Əmək müqaviləsinin bağlanması barədə xxxxxxx000200 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay müddətinə, hər ay 153 manat əmək haqqı ödənilməklə “X2” MMC-yə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan, “X2” MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin (kontrakt) təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay müddətinə, hər ay 153 manat əmək haqqı ödənilməklə “X2” MMC-yə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən işçi vəzifə təlimatı ilə müəyyənləşdirilmiş əmək funksiyalarının icrasını üzərinə götürmüşdür. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə olunan “X1 haqqında Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh “X2” MMC-də işlədiyi dövr ərzində maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübarizə aparmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı və s. tam məsuliyyəti öz üzərinə götürmüşdür; İş materiallarında olan, “X2” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 395-K saylı əmrindən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış 1 şöbəsinin Satıcı-Kassir vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan, “X2” MMC-nin komissiya sədri və komissiya üzvləri tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 253 sıra nömrəsindən ibarət malların aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktından görünür ki, 3.231,61 manat əksikgəlmə aşkar olunmuşdur. İş materiallarında olan, “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh “X2” MMC-yə 2.472 (iki min dörd yüz yetmiş iki) manat məbləğdə borcu olduğunu tam etiraf etmiş, tərəflər arasında razılaşdırılmış şərtə əsasən borclu borc məbləğini xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 247,20 (iki yüz qırx yeddi manat, iyirmi qəpik) olmaqla, 10 (on) ay ərzində tam olaraq borcverən”ə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, “X2” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2.471 (iki min dörd yüz yetmiş bir) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 2.471 (iki min dörd yüz yetmiş bir) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 537 (beş yüz otuz yeddi) manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 1.977 (2131-537) manat borcu qalmışdır. İş materiallarında olan, “X2” MMC-nin komissiya sədri və komissiya üzvləri tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, əvvəlki yoxlama tarixindən (xx.xx.2019- cu il) son yoxlama tarixinədək (xx.xx.2019-cu il) 136 günü əhatə edən təhviltəslim nəticələrinə dair yekundan görünür ki, 3231,61 manat əksikgəlmə aşkar olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan, Cavabdeh 14 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, o, birinci instansiya məhkəməsinə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi təsdiq olmaqla fərdi əmək mübahisələrində olan müddət təsdiq olmaqla iddia müddəti keçmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 296-cı maddəsi tətbiq olunmalıdır. Məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi nəzərə alaraq hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün hesab etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “X2” MMC hazırki iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, və Cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbinin rədd edilməsi nəticasinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə bir daha münasibət bildirərək qeyd edir ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin hazırki mübahisəyə iddia müddətini tətbiq etməkdə yanlışlığa yol verildiyini bildirilsə də, həmin halı təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2571/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 1934 (bir min doqquz yüz otuz dörd) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2571/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1319/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1319/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver