Məhkəmə qərarları › İş №2(103)-13194/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13194/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13194/2019 24.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X5, Cavabdeh və onun nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-5998/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 19000 (on doqquz min) ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıla Cavabdeh 2010-cu ildən tanışdırlar. Hər ikisi də daş işi ilə məşğul olmuşlar. 2014-cü ilin aprel-may aylarında Cavabdeh iddiaçıya bildirmişdir ki, Gürcüstan Respublikasının Kutaisi rayonunda münasib qiymətə daş yeri müəyyənləşdirib, lakin pulu olmadığı üçün daş alğı-satqısı işinə başlaya bilmir, belə ki, pulu iddiaçının verəcəyi və qazancı yarıya böləcəkləri halda iddiaçını həmin şəxslərlə tanış edə bilər. İddiaçı Cavabdehlə razılaşmış və birlikdə Gürcüstan Respublikasının Kutaisi rayonuna gedərək daş işinə baxan Tengiz adlı şəxslə tanış olmuşlar. Sonra aralarında işgüzar münasibətlər yaranmış, bir müddət birlikdə alver edərək qazanc əldə etmişlər. İddiaçının hazırda məhkəmə qaydasında tələb etdiyi 19000 ABŞ dolları pul həmin ərəfədə gəlirdən iddiaçıya çatacaq puldur. Bunu tərəflər öz aralarında yazdıqları yazılı qeydlərdə də qeyd etmiş və imzaları ilə təsdiq etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)- 5998/2018 saylı qətnaməsi ilə (hakim E.Ağayev) iddia təmin olunaraq, Cavabdeh 19000 (on doqquz min) ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı oğluna ödənilməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5282/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçını xeyli müddətdir tanıması, 2014-cü ilin yay aylarında iddiaçı ilə birlikdə iş qurmaq üçün razılığa gəlmələri, bu məqsədlə tərəfindən tanışları vasitəsilə Gürcüstan Respublikasından üzlük daş tədarük etməsi, iddiaçının isə həmin daşları qəbul edib satışı ilə məşğul olması, hesablaşmalardan sonra qalan pulların aralarında bölünməsi, lakin iddiaçının onu aldatması, satılmış mallara görə pulların verilməməsi, ona hədə-qorxu gəlməsi, hazırki iddia tələbinin əsassız olması, işin tam və hərtərəfli araşdırılmaması və s. kimiəsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak etmiş cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və və əvvəllər verilmiş izahatlarına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və əvvəllər verilmiş izahatlarına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə olunmayan hallarına əsasən tərəflər arasında inşaat materialı olan üzlük daşın alqı-satqısı sahəsində münasibətlər yaranmışdır. Yəni, tərəflər arasında olan şifahi razılığa əsasən onlar xarici ölkədən (Gürcüstan Respublikası) üzlük daş alıb, ehtiyacı olan şəxslərə satmalı, əldə olunan qazancı bölməli idilər. İşdə olan, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə sadə yazılı formada tərtib olunmuş qəbzdən görünür ki, orada digər şəxslərdən alınacaq müəyyən pul vəsaitlərinin tərəflər arasında bölünməsi qaydası öz əksini tapmışdır (məsələn, Çingiz – 90000 ABŞ dolları, Nəsib – 30000 ABŞ dolları, Cambul – 1050 m2 + 1150 m alanda pulu böləcəyik, Tengizə ? ikimizin puludur, Transport – 9000 ABŞ dolları, Zakirə 10000 ABŞ dolları bağışladıq). Qeyd edilən qəbzdə, həmçinin iddiaçının hazırki tələbində iddia etdiyi 19000 ABŞ dolları ilə bağlı hal (Çingiz – 19000 ABŞ dolları daş Nəsib verəcək) öz əksini tapmışdır. İddiaçı qəbzin həmin hissəsinə istinad edərək, cavabdehdən 19000 ABŞ dolları tələb etmişdir. Cavabdeh isə etirazında iddiaçıya 19000 ABŞ dolları pul ödəməli olmamasını göstərmişdir. İlkin olaraq qeyd edilməlidir ki, xx xxxxxx 2018-ci il tarixdə sadə yazılı formada tərtib olunmuş qəbzin həqiqiliyi mübahisələndirilmir. Tərəflər həqiqətən belə bir qəbzi yazaraq, imzaladıqlarını təsdiq edirlər. Eyni zamanda, həmin qəbzin mahiyyətini aralarında yaranmış münasibətlər (yuxarıda qeyd edildiyi kimi inşaat materialı olan üzlük daşın alqı-satqısı sahəsində birgə fəaliyyət) üzrə digər şəxslərdən alacaqları pulların bölüşdürülməsi təşkil etmişdir. Lakin, hazırki mübahisə qəbzin bir hissəsi, yəni «Çingiz – 19000 ABŞ dolları daş Nəsib verəcək» qeydi ilə bağlıdır. Bu səbəbdən də, məhkəmə kollegiyası işə verilmiş tələb üzrə baxmağı zəruri hesab edir. Cavabdehin qeyd edilən mübahisəli məsələ üzrə mövqeyinə (istər şifahi, istərsə də yazılı qaydada) əsasən - iddiaçı onu aldatmış, daşı uzuc satması, ziyanda olmasını bildirmiş, bu səbəbdən də iddiaçıya inanıb belə razılığa gəlmişlər ki, gələcəkdə qazancdan iddiaçı ziyanını qarşılamaq üçün digər şəxslərdən götürdükləri puldan 19000 ABŞ dollarlıq daş götürsün. xx xxxxxx 2019-cu il tarixdə görüşmüşlər, həmin günü belə razılığa gəlmişlər ki, Zakirdən qalan 35000 ABŞ dollarlıq malla 19000 ABŞ dolları malı əvəzləşdirsinlər. Göründüyü kimi, cavabdehin özü də iddiaçıya 19000 ABŞ dolları verilməli olmasını təsdiq etmiş, lakin aldadılmasını, həmin pul vəsitinin əvəzləşdirilməsini və s. göstərmişdir. Belə olan halda isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmaq və sübut etmək yükünü daşıyır (cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir). Eyni zamanda, hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən tərəflərin şikayətləri üzrə istintaq orqanları tərəfindən aparılmış araşdırma materialları (izahatlar) tələb olunmuşdur. Təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər və digər şəxslər Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinə izahatlar vermişlər. Tərəflər izahatlarında hazırki iş üzrə də müəyyən olunmuş bəzi halları (üzlük daşın alqı-satqısı ilə bağlı birgə fəaliyyətin mövcudluğu və s.) göstərmiş, həmçinin iddiaçı cavabdehin ona 19000 ABŞ dolları verməli olmasını, cavabdeh isə belə bir pul vəsaitini ödəməli olmamasını göstərmişdir. Lakin izahat vermiş digər şəxslər, yəni X6 və X10 - tərəfləri tanıdıqlarını, onlar arasında olan münasibətlərdən məlumatlı olmalarını, həqiqətən cavabdehin iddiaçıya 19000 ABŞ dolları pul ödəməli olmasını, lakin həmin pulun ödənilməməsini və s. göstərmişlər. Həmçinin, qeyd edilməlidir ki, Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki Məcəllənin 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinin hazırki mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 19000 ABŞ dolları pulu qaytarmamışdır. Əks hal (yəni, öhdəliyin icrası) ən azı aşağıdakılar müəyyən olunduğu halda sübuta yetirilmiş sayıla bilər. - əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənəd qaytarılmalı, qaytarmaq mümkün olmadıqda isə bu hal icranı təsdiq etmək üçün verilmiş sənəddə göstərilməli, - əgər kreditor borc sənədini qaytıla bilmirsə, öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış alınmalı, - borc sənədinin borcluda olması. Göründüyü kimi, işdə olan sübutlarla (sadə yazılı formada tərtib edilmiş qəbz, izahatlar və s.), işin müəyyən olunmuş halları və kassasiya instansiyasının göstərişləri araşdırılmaqla, cavabdehin iddiaçıya 19000 ABŞ dolları pul ödəməli olması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh apellyasiya baxışı zamanı sübut kimi X2 xx xxxxxx 2019-cu il tarixli izahatını təqdim etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin izahatda hazırki iş üzrə mübahisə predmeti olan 19000 ABŞ dolları ilə bağlı hər hansı hal göstərilməmişdir. Eyni zamanda, iddiaçı məhkəmə kollegiyasına həmin şəxsin xx xxxxxx 2019-cu il tarixli izahatını təqdim etmiş, X4 həmin izahatında əvvəl verdiyi xx xxxxxx 2019-cu il tarixli izahatını diqqətə alınmamasını, həmin izahatı cavabdehin diqtəsi ilə yazmasını göstərmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya baxışı zamanı sübut kimi X7 tərəfindən yazılması qeyd olunmuş ərizə təqdim etmiş, lakin orada göstərilənlər də iddia tələbini aradan qaldırmışdır. Göründüyü kimi, cavabdehin təqdim etdiyi sübutlarla belə iddianın əsassızlığı müəyyən olunmur. Eynizamandacavabdeh tərəfin izahatı daiddianın əsassız olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-5998/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-5998/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar