Məhkəmə qərarları › İş №2(103)-1322/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1322/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1322/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh MMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayətinin və şikayətə əlavə edilmiş sənədlərin, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürülməsi səbəbindən geri qaytarılmasını qərara almışdır. Cavabdeh MMC qeyd olunan qətnamədən yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. MMC, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək. qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi elektron kabinetə əlavə olunmadığı üçün və qətnaməni ərizə ilə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə əldə etdikləri üçün cavabdeh MMC tərəfindən prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsini və cavabdeh MMC-nin apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Cavabdeh MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsinə görə, Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər həmin İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qətnamə cavabdeh MMC-nin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə prosessual müddətin axımı MMC-yə münasibətdə xx.xx.2023-cü il tarixdə başlanmış və 1 ayın tamamında, yəni xx.xx.2023-cü il tarixdə saat 24:00-da bitmişdir. MMC isə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə vermişdir. MMC, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin elektron kabinetə əlavə olunmadığı bildirsə də, iş materiallarından və Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirmişdir. Bu baxımdan Məhkəmə şikayətin dəlilini əsassız hesab edir. Beləliklə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “prosessual müddətin bərpa edilməsi barədə” ərizənin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-in 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar