Məhkəmə qərarları › İş №2(103)-1324/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1324/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1324/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-639/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İB-nin aktı qanunsuz hesab olunduğundan, akt əsasında hesablanmış və ondan smart kart vasitəsi ilə tutularaq çıxılan həmin 648 manat vəsaitin və həmçinin akt ləğv olunduğundan, cavabdehin təqsiri sübut olunduğundan əsassız olaraq əlavə sayğaca görə ondan qəbz vasitəsi ilə aldıqları 238 manat pul məbləğinin, ümumilikdə 886 manat pul məbləğinin Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan küçəsi, 329 nömrəli evin sahibidir. xx xxxxxx 2013-cü il tarixdə alqısatqı yolu ilə X2 həmin evi almışdır. xx xxxxxx 2013-cü il tarixdə baş etibarnamə ilə evə dair bütün hüquq və vəzifələr ona keçmişdir. Hazırda həmin evdə yaşayır. xx xxx 2018-ci il tarixdə Cavabdeh İB-yinin Sabunçu Rayon şöbəsi əməkdaşları həmin evə, sayğaca baxış keçirmək üçün gəlmişlər. Qaza, qaz sayğaçına, əlavə qaz verilişinə və qaz xətlərinə Cavabdeh İB-nin Sabunçu Rayon şöbəsi əməkdaşları tərəfindən yoxlama, baxış seçirilmiş, sayğaçın zavod plomblarında cızıq izləri olduğunu, dövlət yoxlanılmasına göndərilməsi barədə akt tərtib edilmişdir. xx xxxx 2018-ci il tarixdə Cavabdeh İB başqa bir Akt tərtib edərək, Cavabdeh İB-nin yoxlama rəyinə əsasən sayğacın üzərinə vurulan plompların ətrafında əzik izləri aşkar etdiyi üçün, dəymiş ziyanın hesablanması və 3240 m3 qaz itkisinə görə 648 manat borc hesablanıb, tərəfindən ödənilməsi qərara alınmışdır. Bu aktla razılaşmayaraq aktı mübahisələndirərək, aktın ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 648 manat borcun silinməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qanuni və əsaslı olduğundan, qanunsuz olaraq qəbul olunmuş akt ləğv edilmiş və aktın əsasında əsassız olaraq hesablanmış 648 manat borcun silinməsi qət edilmişdir. Bundan sonra qətnamə qüvvəyə minmiş və icraya yönəlmişdir. İcra mərhələsində Cavabdeh İB-nin onun qaz istehlakına görə ödəniş etdiyi smart kart hesabından, məhkəmə qətnaməsi qüvvəyə minənə qədər hissə-hissə çıxmaqla həmin 648 manat pulu ona aid smart kart hesabından çıxartmışlar. Qətnamə çıxdıqdan və qüvvəyə mindikdən sonra o, Cavabdeh İB-dən həmin pulun geri qaytarılmasını tələb etsə də, ona bunun üçün ayrı qətnamə çıxarılmasını demişlər. Həmçinin qanunsuz, olaraq qəbul edilən əvvəlki aktla, əsassız olaraq onu günahlandıraraq, ikinci sayğac quraşdırmışlar, həmin sayğaça görə də ondan əlavə olaraq iki dəfə ayrı-ayrı 118 manat ödənilməklə, ümumilikdə 236 manat qanunsuz olaraq almışlar. Halbuki, qanuni qüvvəyə minmiş qətnaməsi ilə, onların əvvəlki sayğacla bağlı qəbul etdikləri akt əsassız hesab edilərək ləğv edilmiş, buna görə də ona faktiki olaraq maddi zərər dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-639/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İB-nin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş aktı əsasında hesablanmış 648 manat puldan iddiaçı tərəfindən ödənilmiş 563.50 manat pulun, sayğacın dəyərinə görə ödənilmiş 118 manat pulun, ümumilikdə 681,5 manat məbləğində pul vəsaitinin və məhkəməyə iddia ilə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməsi, qalan hisədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamdən Cavabdeh İB apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. Rəyə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən itirilmiş qazın dəyərinə görə 648 manat abonentdən tələb edilmişdir. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halda məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin təmin olunan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-639/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)- 2988/2019 saylı, xx xxxxx 2019- cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, ******* saylı akt ləğv edilmiş, İddiaçı sayğacın dəyərinə və qaz sərfiyyatına görə tələb etdiyi 648 manatın silinməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2988/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Kapital Bank ASC-nin Dəmiryol şöbəsi tərəfindən verilmiş 07 saylı, xx xxxxxx 2020- ci il tarixli arayışdan və arayışa əlavə olunmuş ödəniş qəbzindən görünür ki, xx xxxxxx 2019-cu il tarixində vətəndaş X3 (AZE 06898349, Sabunçu RPİ, xx.xx.2010) tərəfindən “Cavabdeh İB”-nin AZ72İBAZ******************** saylı hesabına sayğacın dəyəri Sayğac N 1102AQ**********8” təyinatı ilə 118.00 manat vəsait ödənilmişdir. İş materiallarında olan Kapital Bank ASC-nin Dəmiryol şöbəsi tərəfindən verilmiş 08 saylı, xx xxxxxx 2020- ci il tarixli arayışdan və arayışa əlavə olunmuş ödəniş qəbzindən görünür ki, xx xxxxxx 2019-cu il tarixində vətəndaş İddiaçı (AZE 16036618, ASAN 4, xx.xx.2015) tərəfindən “Cavabdeh İB”-nin AZ72İBAZ******************** saylı hesabına sayğacın dəyəri Sayğac N 1102AQ**********271” təyinatı ilə 118.00 manat vəsait ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan küçəsi, ev 329 üzrə abonent İddiaçı aktlar üzrə hesablanan borc 648 manat təşkil edir. Lakin **********00000 saylı abonent kodu üzrə 563.50 manat ödənilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, ******* saylı aktının ləğv edilərək, İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 648 manatın silinməsi vəzifəsi Cavabdehnə həvalə edilməsinə dair Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-2988/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi mövcud olsa da, Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosunu tədqiq edərkən müəyyən edilmişdir ki, qaz sərfiyyatına 648 manat hesablanmış, lakin abonent İddiaçı tərəfindən aktlar üzrə hesablanmış borc məbləği üzrə 563.50 manat ödənilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq iddia tələbini 563.50 manat hissədə əsaslı sayaraq təmin edilməsi nəticəsinə gəlmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən qətnamənin icrası qaydasında iddiaçının ünvanına cavabdeh tərəfindən ikinci sayğac quraşdırılmış, o, və atası X3 həmin sayğaça görə də əlavə olaraq iki dəfə ayrı-ayrı 118 manat ödənilməklə, ümumilikdə 236 manat ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ikinci sayğac quraşdırılarkən həmin sayğaça görə cavabdehin iddiaçıdan və atası X1 iki dəfə ayrı-ayrı 118 manat , ümumilikdə 236 manat ödənilməsini tələb etməsi qanunsuz olmuşdur. X3 ödədiyi məbləğlə bağlı iddia qaldırmadığından və iddiaçının da atasının ödədiyi pulun tələbini irəli surməyə səlahiyyətli olmadığı üçün cavabdehdən də yalnız özünün ikinci sayğac quraşdırılarkən ödədiyi 118 manat tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbi qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İB-nin aktı əsasında hesablanmış 563.50 manat vəsaitinin və sayğacın dəyərinə görə iddiaçı tərəfindən Cavabdeh İB hesabına ödənilmiş 118 manat pul vəsaiti İddiaçı ödənilməlidir. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla, apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd edilənlərlə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-639/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-639/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh İB-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar