Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1325/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maneələrin törədilməsinin qadağan edilməsi barədə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2544/2018 20.06.2018-ci il tarixli qətnaməsindən 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət əsasında mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinə əsasən saat 14:30-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin gəlib-gəlmədiyini araşdırır. Məhkəmə iclasının katibi məlumat verərək bildirir ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə tərkibi yerində müşavirə edərək, qərara alır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən baxılacaq işi məruzə edərək işin hallarını, birinci instansiya məhkəməsinin qərardadını və ondan verilmiş şikayətin məzmununu elan edir. Məhkəmə tərkibi müşavirə otağına gedir. Müşavirədən qayıtdıqdan sonra sədrlik edən qəbul edilmiş qərardadı elan edir. Sədrlik edən saat 14:40-da məhkəmə iclasını bağlı elan edir. Katib: Məryəm Orucova
Məhkəmə qərarları › İş №2(103)-1325/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1325/2022
28.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver