Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1332/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi X10, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(008)-3195/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2021-ci il tarixli, ƏN-Vİİ serialı, 710483 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh həyat yoldaşı X13 tərəfindən ona verilmiş etibarnaməyə əsasən onun adından hərəkət edərək, onun mülkiyyətində olan “Hyundai Accent” minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətləri etmək səlahiyyətlərini xx.xx.2021-ci il tarixədək İddiaçı etibar etmişdir.
2. Cavabdeh tərəfindən yazılmış və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində 8İ-10537 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə o, xx.xx.2021-ci il tarixdə, “Hyundai Accent” minik markalı, ** OV *** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsini İddiaçı satdığını göstərmişdir.
3. Xətai RPİ-nin 36-cı PB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçi İddiaçı qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilmiş, material saxlanılması üçün Xətai RPİ-nin 36-cı PB-nin arxivinə təhvil verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11.500 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş dövlət rüsumu olaraq 125 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Ordusunun Müddətdən Artıq Hərbi Qulluqçusu, İİ-ci Qarabağ Müharibəsinin iştirakçısıdır. Hazırda hərbi xidmətini davam etdirir. Müharibə bitəndən bir müddət sonra aldığı məvaciblə özünə fərdi avtomobil almaq qərarına gəlmiş və bununla bağlı Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxtı cavabdeh əri X7 adından etibarnamə əsasında çıxış etmişdir. O, **-OV-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı "Hyundai Accent” minik markalı avtomobilin tam dəyəri kimi 11.500 manat ödəməklə cavabdehdən əldə etmiş, cavabdeh isə ona Bakı şəhəri 36 saylı notariat ofisində 7E-3937 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli etibarnamə vermişdir. Bir müddət əvvəl isə həmin avtomobili adına keçirmək istəyən zaman ona məlum olmuşdur ki, avtomobil üzərində müəyyən məhdudiyyətlər var. Bu səbəbdən rəsmiləşdirilmə mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə isə DYP əməkdaşları həmin maşını ondan alaraq cərimə meydançasına yerləşdirmişdilər. Məsələnin araşdırılması üçün dərhal aidiyyətı üzrə hüquq mühafizə orqanlarına dələduzluq faktı ilə bağlı şikayət etmişdir. Araşdırma zamanı məlum olmuşdurdur ki, cavabdeh əri X13 ilə birgə ona qarşı qanunsuzluq edərək, məqsədyönlü şəkildə ona faktiki olaraq satılmış avtomobili onun əlindən almağa niyyətlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Anar Xəlilov tərəfindən xx.xx.2021-ci il tarixdə "cinayət işinin başlanılmasınn rədd edilməsi haqqında" qərar qəbul edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Qeyd edilməlidir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində 8İ-10537 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə etiraf etmişdir ki, **-OV-*** dövlət nömrə nişanlı, 2008ci il buraxılışlı “Hyundai Accent” minik markalı avtomobili ona satdığına görə 11.500 manat məbləğində pul almışdır. Hesab edir ki, həmin məbləğ maddi ziyan olaraq, cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin, uzun illər hərbi xidmətdə olduğu üçün əzab-əziyyətlə hərbi məvacibdən topladığı pul vəsaiti ilə əldə etdiyi avtomobilin başqa şəxslər tərəfindən zorla alindən alınması onu ciddi stresə salmış, mənəvi iztirablar keçirməyə məcbur etmişdir. O, bu gün xidmətini davam etdirə bilmir, döyüş tapşırıqlarının yerinə yetirilməsində əziyyət çəkir. Hesab edir ki, cavabdehin ona vurduğu maddi ziyanla yanaşı, həmçinin, ona mənəvi ziyan da ödənilməlidir. Mənəvi ziyanın məbləğini 10.000 manat məbləğində dəyərləndirir.
6. Laçın Rayon Məhkəməsinin 2(047)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “ pulun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
7. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.500 manat məbləğində əsas borcun, 1.500 manat məbləğində mənəvi ziyanın və ödənilmiş dövlət rüsumu olaraq 125 manat məbləğində pul vəsaitinin, ümimilikdə 13.125 manat pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, qeyd edilən avtomobil onun həyat yoldaşı X7 istəyinə uyğun olaraq iddiaçıya satılmış, daha sonra həmin pulu özü götürmüş və onu evdən qovmuşdur. Həmin avtomobil birgə nikah dövründə əldə edilmiş avtomobildir. Avtomobil satıldıqdan sonra onun tərəfindən iddiaçıya təhvil verilmiş, lakin bundan sonra onunla keçmiş həyat yoldaşı arasında yaranmış mübahisə nəticəsində həyat yoldaşı onu evdən qovmuş, həmçinin, ona məlumat vermədən etibarnaməni ləğv etmiş və avtomobili X2. Həmin şəxs onun keçmiş həyat yoldaşının qohumudur, avtomobil formal olaraq onun mülkiyyətinə keçmişdir. Həqiqətdə həyat yoldaşı etibarnamə ilə avtomobili öz qardaşına vermiş və hazırda avtomobil sonuncunun istifadəsindədir. Bununla belə, iddiaçıdan avtomobili onun keçmiş həyat yoldaşı alaraq, başqasına satmış və pulu mənimsəmişdir. Buna baxmayaraq, iddiaçı cavabdeh qismində onu həyat yoldaşını deyil, onun müəyyən etmişdir. O, iddiaçıya münasibətdə hər hansı cavabdehlik daşımır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(008)- 3195/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 11.500 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 75 manat rüsumun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X17)
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 11.500 manat cavabdehə ödənilmiş, həmin məbləğ müqabilində cavabdeh əldə etmək istədiyi əmlakı əldə edə bilməmiş və həmin pul məbləğindən məhrum olmuşdur. Bu səbəbdən 11.500 manat maddi ziyan cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən həmin pulun ərinə verməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh həmin məbləği ərinə vermişdirsə, o, bu məbləği subroqasiya qaydasında ərindən istiyə bilər. Eyni zamanda, məhkəmə iddiaçının mənəvi zərər çəkməsini sübut edə bilməməsi qənaətinə gələrək, iddianı həmin hissədə rədd etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 23.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 217.4-cü maddələrinə, həmçinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın Cavabdeh münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən avtomobil onun keçmiş həyat yoldaşı X7 istəyinə uyğun olaraq, iddiaçıya satılmış, daha sonra həyat yoldaşı pulu götürərək, onu evdən qovmuşdur. Avtomobil birgə nikah dövründə əldə edilmişdir. Avtomobil satıldıqdan sonra onun tərəfindən iddiaçıya təhvil verilmiş, lakin bundan sonra onunla keçmiş həyat yoldaşı arasında yaranmış mübahisə nəticəsində həyat yoldaşı onu evdən qovmuş, sonra isə ona verdiyi etibarnaməni ləğv etmiş və avtomobili iddiaçıdan geri alaraq, bu məsələnin məsuliyyətindən yayınmaq və onu öhdəliklə mükəlləf etmək məqsədi ilə avtomobili X2. Lakin həmin alqı-satqı müqaviləsi etibarsızdır, formal olaraq, bağlanmışdır və hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mübahisələndirilir. xx.xx.2021-ci il tarixli həmin alqı-satqı müqaviləsinə əsasən avtomobil onun xəbəri olmadan qeyd edilən şəxsin adına keçirilmişdir. Bu şəxs onun keçmiş həyat yoldaşının yaxın qohumudur və avtomobilin onun adına keçirilməsi formal olmuş, həqiqətdə onun keçmiş həyat yoldaşı tərəfindən verilmiş etibarnaməyə əsasən avtomobil sonuncunun qardaşına verilmiş və hazırda onun istifadəsindədir. Birinci instansiya məhkəməsi hazırki iddianı qismən təmin edərkən, əslində onun deyil, X7 cavabdeh olması faktını təkzib etmiş, həmçinin, cavabdehin bununla bağlı verdiyi vəsatəti rədd etmişdir. Bununla da cavabdehin prosessual hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, avtomobil onun tərəfindən X7 iradəsinə əsasən satılmış, lakin sonradan ona verdiyi etibarnaməni ləğv etdirmiş, avtomobilə görə ödənilmiş 11.500 manat pulu da ondan alaraq, onu evdən qovmuşdur. Bununla da X7 mübahisədə əsas cavabdehlik daşıyan şəxs qismində cəlb edilməyə əsas yaratmışdır. Lakin məhkəmə işin bu kimi real və faktiki hallara qiymət verməmiş, X8 cavabdeh qismində cəlb etməmişdir. X3 avtomobili həm geri qaytararaq, həm də avtomobilin satışından əldə edilən pul vəsaitini mənimsəyərək, əsassız varlanmış, eyni zamanda etibardan sui istifadə hallarına yol vermişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 və onun vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdilər.
16. Məhkəmə iclasında İddiaçı qeyd edilən avtomobil barədə məlumatı turbo.az saytı vasitəsilə əldə etdiyini və avtomobilin satılmasında vasitəçi qismində iştirak edən Sahil adlı şəxslə danışıqlar apardığını, avtomobilin 12.800 manat pula satılmasına baxmayaraq, danışıqlar nəticəsində cavabdehin avtomobilin 11.500 manata satılmasına razılıq verərək, notariat ofisində avtomobillə bağlı ona etibarnamə verdiyini, 11.500 manat pulu Sahilə verdiyini, Sahilin isə həmin məbləği onun gözü qarşısında cavabdehə təhvil verdiyini və avtomobili cavabdehdən təhvil aldığını, cavabdehin həyat yoldaşını tanımadığını, yalnız etibarnamə ləğv edildikdən və avtomobil polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildikdən sonra bu şəxslə əlaqəyə girdiyini, avtomobili əldə etdikdən sonra xidmət etdiyi Kəlbəcər rayonuna qayıtmalı olması səbəbindən rəsmiləşdirməni dərhal apara bilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, münasibətlərin iddiaçı ilə cavabdeh arasında yarandığını, 11.500 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verildiyini, iddiaçının cavabdehin ərini tanımadığını, cavabdehin yazdığı ərizədə iddiaçıdan 11.500 manat məbləğində pulu aldığını etiraf etdiyini, cavabdehin bu pulu sonradan hər hansı başqa şəxsə verməyinin iddiaçıya hər hansı aidiyyətinin olmadığını bildirmiş və apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və ona münasibətdə, yəni rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahiləndirilən hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Artıq qeyd edildiyi məhkəmə, qətnamənin yoxlanılan hissəsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən 11.500 manat cavabdehə ödənilmiş, həmin məbləğ müqabilində cavabdeh əldə etmək istədiyi əmlakı əldə edə bilməmiş və həmin pul məbləğindən məhrum olmuşdur. Bu səbəbdən 11.500 manat maddi ziyan cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən həmin pulun ərinə verməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir (10-cu bənd).
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni müvafiq hissədə düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
25. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırmalıdır.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmlak barəsində mülkiyyətçi tərəfindən etibarnamə verilməsi heç bir halda mülkiyyət hüququnun ötürülməsi hesab edilə bilməz. Etibarnamə mülkiyyətçinin iradəsinə uyğun olaraq müddətlə məhdudlaşdırılır və bu baxımdan mülkiyyətçi istədiyi vaxt etibarnaməyə xitam verə bilər. Etibar edilən ona verilən etibarnamə əsasında təmsilçilik fəaliyyəti göstərməklə yalnız etibar edənin adından hərəkət edir və etibar edən üçün hüquq və vəzifələr yaradır. Başqa sözlə, etibar edilən heç bir halda ona verilən etibarnamə əsasında özü barəsində əqd bağlaya bilməz. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya verilən etibarnamə qüvvədə olma müddətindən asılı olmayaraq, heç bir halda avtomobilin satılması kimi başa düşülə bilməz. Belə ki, alğı-satqı müqaviləsi elə bir hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüququ münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsi ilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni mütləq əşya hüququ qazanır. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların, o cümlədən avtomobillərin də alğı-satqı dair məhz yazılı müqavilənin imzalanması və onun mübafiq qaydada rəsmiləşdirilməsi imperativ qaydada müəyyən edilmişdir.
27. Cavabdeh X7 mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə ilə İddiaçı sata bilməzdi və ona verilmiş etibarnamə avtomobilin alqı-satqısı kimi qiymətləndirilə bilməz. Halbuki, Cavabdeh X7 adından onun verdiyi etibarnamə əsasında hərəkət edərək, həmin avtomobili iddiaçıya üzərində sərəncam vermək hüququ da daxil olmaqla digər hərəkətlər etməyi etibar etməsinə baxmayaraq, nəticə etibarı ilə avtomobili bu yolla 11.500 manat pula ona satmışdır. Bu halı cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsində, habelə iddiaçının şikayəti üzrə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis bölməsində aparılmış araşdırma zamanı verdiyi izahatında özü də etiraf edir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilənədək onların biri-birini tanıması da müəyyən edilməmişdir. Bu da öz növbəsində hər hansı başqa əsasla avtomobilin iddiaçının istifadə və sahibliyinə verilməsini də istisna edir.
28. Hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 11.500 manat məbləğində pulu əldə etmiş və sonuncuya məxsus olan bu məbləğ hesabına əsassız olaraq varlanmışdır. Məhz bu səbəbdən qeyd edilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
29. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq, lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə zidiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
30. Avtomobilin onun mülkiyyətçisi olmuş X7 iradəsinə və istəyinə uyğun olaraq və onun tərəfindən verilmiş etibarnamə əsasında iddiaçıya satdığını və bunun müqabilində iddiaçı tərəfindən verilmiş 11.500 manat pulun X9 verdiyini və bu səbəbdən qeyd edilən məbləğin ondan tələb edilməli olduğubarədə cavabdehin arqumentini isə (cavabdeh onu əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət də vermiş, lakin vəsatət təmin edilməmişdir) məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, bu barədə sübutların təqdim edilməsi məhkəmə kollegiyasının qənaətinə təsir edən hal deyil və iddia tələbinin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə bir halın mövcud olması, hüquqi nəticə etibarı ilə hazırki tələbin rədd edilməsi üçün deyil, cavabdeh tərəfindən real olaraq pulu verdiyi şəxsə qarşı məhkəmə qaydasında aidiyyəti tələblərin irəli sürülməsi üçün əsas yaradır.
31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddianın həmin hissədə təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(008)- 3195/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11.500 (on bir min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsinin əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.