Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1333/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul vəsaitinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ildə Cavabdeh1 göstərişi ilə X10 baldızı X4, Cavabdeh2 və “X14” Açıq Səhmdar Cəmiyyətinin birgə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazonov küçəsi döngə 1, dalan 5 ünvanında ilkin olaraq 3 mərtəbəli 33 mənzildən ibarət bina inşa etdirilməyə başlandığını, satış müdiri olan X11 yaxınlaşdığını, tikilinin şərtləri onu qane etdiyinə görə dəyəri 18 000 (on səkkiz min) manat olan 29 kv.metr ölçülü 31 nömrəli mənzilə görə xx xxxxxx 2017-ci il tarixdə 11/15 saylı müqavilə bağlayaraq 18 000 (on səkkiz min) manatı şəxsən ödədiyini, ona həmin məbləği ödədiyi barədə maliyə arayışı təqdim olunduğunu, sonradan Cavabdeh1, Cavabdeh2 və “X18” Açıq Səhmdar Cəmiyyətinin əlbir olub sakinləri aldatdıqlarının məlum olduğunu, Cavabdeh1 müqavilə əsasında aldığı evini təmir edib yaşamağına imkan vermədiyini, onları aldatmış şəxslərin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 308.2, 313, 32.4, 313-cü maddələri üzrə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edildiklərini, cinayət işinin ibtidai istintaq zamanı və iş məhkəmədə baxılan ərəfədə cavabdehlərin ona vurulmuş maddi ziyanın ödənilməsini təmin etmədiklərini, X10 xx xxxxxx 2017-ci ildə ondan 18 000 (on səkkiz min) manat məbləğində pul almasının və həmin pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisinə istifadə etməklə bu günədək ona qaytarmamalarının sözügedən hökmlə müəyyən edildiyini, cavabdehlərin ondan aldıqları 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaitindən özü istifadə etməklə üç ilə yaxın müddət ərzində 4000-5000 manat məbləğinə pul qazana, yaxud banka depozitə qoymaqla ən azından 2506,50 manat gəlir əldə edə biləcəyini bildirmiş, buna görə də cavabdehlərdən 18 000 (on səkkiz min) manat məbləğində əsas borcun, 2506,50 (iki min beş yüz altı manat əlli qəpik) manat məbləğində əldən çıxmış faydanın, ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 20 536,50 (iyirmi min beş yüz otuz altı manat əlli qəpik) manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 Fərhad oğlundan müştərək qaydada 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 Fərhad oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının onlara pul vermədiyi, cinayət işi üzrə onun mülki iddiasının təmin edilərək pulu vermiş olduğu X8 xeyrinə 18 000 manat pulun tutulduğu və bu səbəblə də yenidən iddia qaldırmasının yolverilməz olduğu, məhkəmənin isə sübutlara düzgün hüquqi qiymət verməyərək işin hallarını tam araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. İşin halları və apellyasiya baxışının həddi nəzərə alınmaqla, işə Cavabdeh1 iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş olsa da o, qətnaməni mübahisələndirməmişdir və bu səbəblə iddianın təmin edilmədiyi hissə də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini Cavabdeh2 verdiyini, beləliklə də həmin şəxsin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İşin müəyyən olunmuş hallarına görə, “xxxx” Mənzil Tikinti Şirkəti ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə N-11/15 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən şirkət, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5, ev 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi 4 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki 1 otaqlı 31 saylı mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyəri olan 18 000 manatı şirkətə ödəməyi öhdələrinə götürmüş, mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmiş, sonradan İddiaçı veriləcək mənzil 27 nömrəli mənzillə dəyişdirilərək onunla yeni müqavilə bağlanmışdır. İşin müəyyən olunmuş digər halına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə X2 Məcəlləsinin 308.2-ci və 313-cü maddələri, Cavabdeh2 Cinayət Məcəlləsinin 313-cü maddəsi, Cavabdeh1 isə Cinayət Məcəlləsinin 32.4, 313-cü maddələri ilə məhkum olunmuş, həmin hökmlə müəyyən edilmişdir ki, Ramiz Bəşirov “xxxx” MMC-nin təsisçisi vəzifəsində işləyərkən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5 ünvanında inşası aparılan 1 saylı 4 mərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsinə investor qismində vəsait qoyan X4 xx.xx.2017-ci il tarixli əmri ilə həmin binanın tikintisini həyata keçirməsi nəzərdə tutulan “xxxx.” fərdi tikinti şirkətinin direktoru təyin edilməklə ...özü və həmin binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi Cavabdeh1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, “X18” ASC ilə həmin ünvanda yaşayış binasının tikintisini fərdi sahibkar qismində 2017-ci ilin sentyabr ayınadək həyata keçirmiş Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 verilmiş 366 000 ABŞ dolları kreditlə bağlı ....mənzil satışından əldə olunan vəsaitin 40 faizini kredit borcunun ödənilməsinə ... məsul şəxs olmasına baxmayaraq, binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi Cavabdeh1 yanında nüfuz qazanmaq məqsədilə, sonuncuya 2015-ci ildə 26 500 manat və 24 000 manat ilkin vəsait ödəyib, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5 ünvanında yerləşən digər - 1A saylı yaşayış binasından mənzil almış X12 və X9, həmçinin həmin binada apardığı təmir dəyəri müqabilində mənzil almış X13 aldığı mənzillərin yerləşdiyi bina üzərində Cavabdeh1 xx.xx.2015-ci il tarixdə X5 aldığı 305 000 ABŞ dolları borcunu qaytarmamasına görə sonuncunun iddiia ərizəsi üzrə məhkəmənin qərardadı ilə həbs qoyulması səbəbindən .... Cavabdeh1lə sövdələşməklə təhriki əsasında özü 2017-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində həmin ünvanda yerləşən ofis binasında “xxxx” şirkətinin müqavilə blankının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumat daxil etdiyi 23 nömrəli mənzilin X1 dair qəsdən tarixi xx.xx.2017-ci il kimi göstərilmiş saxta müqaviləni şirkətin dairəvi möhürü ilə təsdiq edib imzalamaqla vəzifə saxtakarlığı edib,... bundan əlavə, özü direktor qismində şəxsən İddiaçı sahəsi 34 m2 olan 20 400 manat dəyərində 27 saylı mənzilin satılması ilə əlaqədar şəxsən sonuncudan 18 000 manat pulu almaqla xx.xx.2017-ci il tarixli müqavilə bağlamış, ....həmin vəsaitin bir hissəsini tikintiyə, digər hissəsini isə rəhbərlik etdiyi müəssisənin digər xərclərinə sırf edib həmin hərəkətləri ilə ... kütləvi surətdə fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmuşdur. İş materiallarından aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin hökmündən X10, Cavabdeh1 və Cavabdeh2 müdafiəçiləri, eləcə də zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, bununla belə X10 Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə hökmün dəyişdirilməsi, X11 Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə Cinayət Prosessual Məcəllənin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəaların hökmdən xaric edilməsi, X10 üzərində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 dair hissədə ləğv edilməsi, Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü, 313-cü maddələri ilə və Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2003cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi adı çəkilən cavabdehə qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə də qətnamə ona aid hissədə ləğv edilməklə ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Bununla belə kollegiya iddiaçıya izah edir ki, o, cinayət işi üzrə qəbul olunmuş hökmə istinadən məhz X11 qarşı müvafiq iddia tələbi irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2963/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 Fərhad oğlundan İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. İddiaçı iddia tələbi Cavabdeh2 Fərhad oğluna aid hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh2 Fərhad oğluna aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Şeyda Məhərrəmova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1333/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1333/2021
27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver