Məhkəmə qərarları › İş №2(103)-13395/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13395/2019

20.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13395/2019 20.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Bank) qarşı “girov müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən cavabdeh Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı2 özünün və vəkili (nümayəndəsi) X3, cavabdeh Bankın nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar, birgə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli “Əmanət girovu müqavilələrinin” 3.3.2-ci bəndlərinin etibarsız hesab edilməsi, Bank tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı1 əmanət hesabından 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin akseptsiz qaydada silinməsinin qanunsuz hesab edilərək həmin məbləğin İddiaçı1 əmanət hesabına qaytarılması, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli “Əmanət girovu müqavilələrinin” etibarsız hesab edilməsi, “Əmanət girovu müqavilələrinin” etibarsız hesab olunması məhkəmə tərəfindən mümkün hesab edilmədiyi təqdirdə İddiaçı2 16.000 ABŞ dolları məbləğində dəymiş zərərin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi, iddiaçılara göstərilmiş hüquqi yardıma görə vəkilə cəmi olaraq ödənilmiş 100 manat pulun və iddia ərizəsinin məhkəməyə ödənilmiş dövlət rüsumunun – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 əri, İddiaçı1 isə atası X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. R.Şərifovun vəfatından sonra İddiaçı2 ailəni dolandıra bilmək üçün miras qalmış 2014-cü il istehsalı olan “X11 Prado” markalı, **-VF-*** nömrə nişanlı avtomobili satmağa qərar vermişdir. Bu zaman İddiaçı2 mərhum ərinin qardaşı oğlu Cavabdeh3 avtomobilin satılmasında ona yardım etməyi təklif etmiş, bunu onun qadın olması, avtomobillər barədə kifayət qədər məlumatı olmaması və sözügedən avtomobili yaxşı qiymətə sata bilməyəcəyi ilə əlaqələndirmişdir. Cavabdeh3 avtomobili daha yüksək qiymətə satacağına və satışdan əldə olunacaq bütün pul vəsaitini İddiaçı2 çatdıracağına söz vermişdir. Beləliklə, R.Şərifovun qırx mərasimi keçdikdən bir neçə gün sonra 2015-ci ilin iyun ayının təxminən 23-24 tarixlərində Cavabdeh3 İddiaçı2 qeyd edilən avtomobili baş etibarnamə əsasında onun bacısı oğlu X6 verməsini və həmin avtomobilin satışında onun iştirak etməsini təklif etmişdir. İddiaçı2 Cavabdeh3 vədlərinə inanaraq etibarnaməni avtomobilin satışından əldə olunan bütün maddi vəsaitin ona çatdırılması şərti ilə vermişdir. Etibarnamənin verilməsi Bakı şəhərinin Yeni Günəşli ərazisində yerləşən 37 nömrəli notariat kontorunda həyata keçirilmişdir. Həmin tarixdən bir neçə gün sonra Cavabdeh3 F.Əliyevə zəng edərək etibarnaməni onun adına keçirməsini və avtomobilin Cavabdeh3 özü tərəfindən satılacağını təklif etmişdir. F.Əliyev öz növbəsində İddiaçı2 razılıq alaraq ona etibar edilmiş yuxarıda qeyd edilən avtomobili Cavabdeh3 və sonuncunun qardaşı Cavabdeh1 təhvil vermişdir. Bununla əlaqədar F.Əliyev tərəfindən Cavabdeh3 Respublika Baş Dövlət X9 ərazisində yerləşən notariat kontorunda baş etibarnamə verilmişdir. Cavabdeh3 və Cavabdeh1 İddiaçı2 tərəfindən avtomobil yalnız onların həmin avtomobili mümkün qədər yüksək qiymətə sataraq əldə olunan bütün pul vəsaitini ona vermələri şərti ilə verilmişdir. 2015-ci ilin iyul ayında Cavabdeh3 və Cavabdeh1 öz dediklərinə görə avtomobili 30.000 ABŞ dolları məbləğinə satmışlar. Lakin satışdan sonra Cavabdeh3 və Cavabdeh1 danışılanın əksinə olaraq, pulu İddiaçı2 verməmişlər. Cavabdeh3 dediyinə görə o həmin məbləğdən 14.000 ABŞ dolları vəsaiti İddiaçı2 mərhum həyat yoldaşı R.Şərifovun yas mərasimi xərclərinin ödənilməsi üçün istifadə etmişdir. Halbuki, İddiaçı2 nə onunla, nə Cavabdeh1la, nə də hər hansı başqa bir şəxslə belə bir razılaşması olmamışdır. Yəni Cavabdeh3 ona etibar edilmiş pula özbaşına sərəncam vermişdir. Qalan 16.000 ABŞ dolları vəsaiti isə Cavabdeh3 qardaşı Cavabdeh1la birlikdə Bankda “Güvən” kateqoriyalı depozit hesabına qoymuşdur. Bununla bağlı Cavabdeh1 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsi bağlanmışdır və həmin müqavilədə faydalanan üçüncü şəxs qismində hazırki iddia ərizəsi üzrə ikinci iddiaçı olan İddiaçı2 qızı İddiaçı1 qeyd edilmişdir. Beləliklə, Cavabdeh3 və Cavabdeh1lar İddiaçı2 heç bir əlavə səlahiyyət almadan onlara etibar edilmiş avtomobilin satışından əldə edilmiş pulun bir qismini yas xərci adı ilə xərcləmiş, digər qismini isə banka depozitə qoymuşlar. Daha sonra İddiaçı2 Cavabdeh1 və Cavabdeh3 qardaşlarının İddiaçı1 xeyrinə Banka əmanət qismində qoyduqları 16.000 ABŞ dolları vəsaiti həmin bankdan şəxsi məqsədləri üçün götürdükləri iki krediti təmin etmək üçün girov qoyduqları məlum olmuşdur. Belə ki, Cavabdeh1 və Bankın “Əməliyyat” Filialı arasında xx.xx.2015-ci il tarixdə 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixdə isə 141015/138523/G nömrəli “Əmanət girovu müqavilələri” bağlanmışdır. Həmin müqavilədə Cavabdeh1 borcalan, İddiaçı1 isə girov qoyan qismində göstərilmişdir. İddiaçı1 xeyrinə qoyulmuş əmanətin Cavabdeh1 və Cavabdeh3 tərəfindən girov kimi istifadə edilməsi İddiaçı2 gizli saxlanılmış və o, bu barədə yalnız başqa məhkəmə prosesi zamanı bank tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli apellyasiya şikayəti vasitəsi ilə öyrənmişdir. Bank tərəfindən İddiaçı2 verilmiş xx.xx.2018-ci il tarixli ABHD-3422/18 nömrəli məktubla xx.xx.2018-ci il tarixdə Cavabdeh1 şəxsi məqsədləri üçün götürdüyü kredit müqavilələri üzrə bank qarşısında borc öhdəliklərini yerinə yetirmədiyi üçün bank tərəfindən həmin borc məbləğinin İddiaçı1 xeyrinə qoyulmuş depozit hesabından silinməsi bildirilmişdir. Təsvir edilən hadisələr nəticəsində iddiaçılara 16.000 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Bankın Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli “Əmanət girovu müqavilələri” etibarsızdır. Belə ki, avtomobil Cavabdeh1 və Cavabdeh3 onlar avtomobilin satışından əldə olunan pul vəsaitini İddiaçı2 vermələri şərti ilə etibar edilmişdir. Cavabdeh1 və Cavabdeh3 göstərilən şərtlə razı olduqlarını bildirsələr də, avtomobilin satışından sonra vədlərinə əməl etməyərək İddiaçı2 ilə bağladıqları razılaşmanı pozmuşlar. Nəticədə Cavabdeh1 və Cavabdeh3lar müvafiq səlahiyyətə malik olmadan İddiaçı2 məxsus pul vəsaitini şəxsi məqsədləri üçün götürdükləri kredit üçün girov qismində istifadə etmişlər. Ona məxsus əmlakın girova qoyulması ilə bağlı İddiaçı2 icazəsini almamış və müvafiq qaydada səlahiyyətləndirilməmiş Cavabdeh1 etibarlı girov müqaviləsi bağlaya bilməzdi. Sözügedən pullar barəsində səlahiyyətli şəxs İddiaçı2dır. Çünki pullar İddiaçı2 məxsus əmlakın satılması yolu ilə əldə olunmuş və ona qaytarılmalı idi. İddiaçı2 isə bu pulların girov qoyulmasına razılığı olmamaqla bərabər bundan xəbəri belə yox idi. Göstərilən səbəbdən sözügedən girov müqavilələri etibarlı hesab edilə bilməz. Beləliklə, məhkəmə tərəfindən Bankın Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli “Əmanət girovu müqavilələri” etibarsız hesab edilərək Bank tərəfindən İddiaçı1 əmanət hesabından 16.000 ABŞ dolları məbləğində vəsaitin silinməsinin qanunsuz olması və həmin vəsaitin qeyd olunan əmanət hesabına qaytarılması qərara alınmalıdır. “Əmanət girovu müqavilələrinin” etibarsız olubolmamasından asılı olmayaraq, Bank tərəfindən İddiaçı1 əmanət hesabından 16.000 ABŞ dolları məbləğində vəsaitin silinməsi özü özlüyündə qanunsuz həyata keçirilmiş və belə silinmənin etibarsız olması barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, Bank tərəfindən İddiaçı2 verilmiş xx.xx.2018-ci il tarixli ABHD-3422M 8 nömrəli məktubla xx.xx.2018-ci il tarixdə İddiaçı1 xeyrinə qoyulmuş depozit hesabından pulların akseptsiz qaydada silindiyi bildirilmiş və silinməni əsaslandırmaq üçün bank tərəfindən iki müqavilənin müddəalarına istinad edilmişdir. xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsinin 4.2.3-cü bəndi və xx.xx.2015-ci il tarixli 021015/138523 nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523 nömrəli kredit müqavilələrinin 3.3.2-ci bəndləri. Bankın məktubunda akseptsiz silinmənin hüquqi əsaslarından biri kimi istinad edilmiş xx.xx.2015-ci il tarixli PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinin 4.2.3-cü maddəsində bankın əmanətçinin bank qarşısında vaxtı keçmiş borc öhdəliyi yarandıqda həmin borcu əmanət hesabından mübahisəsiz qaydada silmək hüququ təsbit olunmuşdur. Göstərilən bənd əsasında hesabdan pulun silinməsi üçün əmanətçinin bank qarşısında vaxtı keçmiş borc öhdəliyinin olması mütləq şərt kimi müəyyən edilmişdir. Bununla əlaqədar bildirir ki, İddiaçı1 Bank qarısında heç bir borc öhdəliyi olmadığı üçün Bank tərəfindən “Güvən” əmanət müqaviləsinin 4.2.3-cü maddəsi əsasında pul vəsaitlərinin akseptsiz silinməsi aparıla bilməzdi. Belə ki, Bankın məktubunda göstərildiyi kimi İddiaçı1 sözügedən əmanət müqaviləsi üzrə hüquqlarının tanınması xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qərara alınmış və Bank tərəfindən xx.xx.2018-ci il tarixdə müvafiq qaydada rəsmiləşdirilmişdir. Yəni, xx.xx.2018-ci il tarixdən etibarən “Güvən” əmanət müqaviləsi üzrə əmanətçi qismində artıq Cavabdeh1 deyil, İddiaçı1 çıxış etmişdir. Əmanət hesabından pul vəsaitlərinin silinməsi isə bank tərəfindən xx.xx.2018-ci ildə həyata keçirilmişdir. Silinmənin həyata keçirildiyi tarixdə əmanətçi olaraq çıxış edən İddiaçı1 Bank qarşısında vaxtı keçmiş və ya keçməmiş heç bir borc öhdəliyi olmamışdır. Odur ki, Bank tərəfindən İddiaçı1 əmanət hesabından pul vəsaitlərinin akseptsiz qaydada silinməsi “Güvən” əmanət müqaviləsinin 4.2.3-cü maddəsi əsasında həyata keçirilə bilməzdi. Bankın məktubunda akseptsiz silinmənin digər hüquqi əsası kimi xx.xx.2015-ci il tarixli 021015/138523 nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523 nömrəli kredit müqavilələrinin 3.3.2-ci bəndlərinə istinad edilmişdir. İlk növbədə bildirir ki, qeyd olunan kredit müqavilələrində ümumiyyətlə “3.3.2” nömrəli bənd mövcud deyildir. Bank tərəfindən əslində kredit müqavilələrinin 3.3.2-ci bəndlərinə deyil, əmanət girovu müqavilələrinin 3.3.2-ci bəndlərinə istinad edilməsi nəzərdə tutulurdu. Əmanət girovu müqavilələrinin 3.3.2-ci bəndlərinə bankın girov qoyan kredit xəttinin açılması barədə müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov predmetinə ödəniş yönəldərək girov saxlayanın tələblərinin tam həcmdə ödənilə biləcək məbləğdə pul vəsaitlərini akseptsiz qaydada silmək hüququ nəzərdə tutulmuşdur. Bununla əlaqədar qeyd edir ki, əmanət girovu müqavilələrində belə bir müddəaların nəzərdə tutulması qanunsuzdur və həmin müddəalar məhkəmə tərəfindən etibarsız hesab olunmalıdır. xx.xx.2015-ci il tarixli 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli girov müqavilələrinin 3.3.2-ci bəndi isə bankın girov qoyulmuş əşyanı, yəni əmanət hesabındakı pulları mənimsəmək, yəni birtərəfli olaraq məhkəmədən kənar qaydada girov qovulmuş əşyaya tələbi yönəltmək və açıq hərrac keçirmədən əşyanı birbaşa öz mülkiyyətinə daxil etmək hüququnu nəzərdə tutur. Göründüyü kimi, Mülki Məcəllənin 273-cü maddəsinin tələblərinə əsasən, əmanətin girovu müqavilələrinin 3.3.2ci bəndi Banka, yəni girov saxlayana girov qoyulmuş əşyanı mənimsəmək hüququ verdiyindən etibarsız hesab olunmalıdır. Digər tərəfdən, əmanətin girovu müqaviləsinin 3.3.2-ci bəndi və həmin bənd ilə nəzərdə tutulan hüquq etibarsız olduğundan, Bank tərəfindən həmin bəndə istinad edilməklə İddiaçı1 əmanət hesabından akseptsiz qaydada pulların silinməsi həyata keçirilə bilməzdi. Belə silinmə qanunsuz olduğundan pul vəsaitinin İddiaçı1 əmanət hesabına qaytarılması təmin edilməlidir. Əmanətin girovu müqavilələri notariat qaydasında təsdiq edilmədiyi üçün etibarsız hesab olunmalıdır. Mülki Məcəllənin müddəalarına əsasən əmanətlərin girovu müqavilələrinin 3.3.2-ci bəndi özü özlüyündə etibarsız olmaqla yanaşı, həmçinin belə bəndin əks olunduğu müvafiq müqaviləni də etibarsız edir. 3.3.2-ci bənddə nəzərdə tutulmuş hüquq əmanətin girovu müqavilələrinə daxil edildiyi üçün qanunvericiliklə belə müqavilələrin notariat qaydasında təsdiq edilməsi tələb edilir. Əmanətin girovu müqavilələri notariat qaydasında təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Bankın Filialı ilə Cavabdeh1 arasında bağlanmış girov müqavilələrinin etibarsızlığı həm də onunla təsdiqlənir ki, nə İddiaçı1, nə də onun qanuni nümayəndəsi olan anası İddiaçı2 girov müqavilələrinin bağlanmasından xəbəri olmamışdır. Müqavilələrdə tərəflərdən biri kimi girov qoyan İddiaçı1 adı qeyd olunsa da, həmin müqavilələrin heç biri İddiaçı1 tərəfindən imzalanmamışdır. Müqavilədə mövcud olan imzaların zahiri görünüşünə əsasən böyük ehtimalla bildirmək olar ki, girov müqavilələri üzrə borcalan kimi göstərilən Cavabdeh1 sözügedən müqavilələrə həm öz adından, həm də İddiaçı1 adından imza atmışdır. Sözügedən əmanət girovu müqavilələrində nə İddiaçı1, nə də onun qanuni nümayəndəsi olan anasının iradəsi əks olunmamışdır. Bundan başqa, bəhs edilən əmanət girovu müqavilələrinin predmeti qismində göstərilmişdir ki, girov qoyan İddiaçı1 xx.xx.2015-ci il tarixli 141015/138523 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq bu müqaviləni bağlayır. Müqavilənin növbəti müddəalarında da girov qoyanın 141015/138523 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinə istinad olunur. Lakin xx.xx.2015-ci il tarixli 141015/138523 saylı kredit xətti müqaviləsi Cavabdeh1 ilə Filial arasında bağlanılmış və İddiaçı1 həmin müqaviləyə tərəf olmadığı üçün müqavilə üzrə heç bir öhdəlik də daşımır. Göründüyü kimi, girov müqaviləsi qanunun tələblərini pozmaqla bərabər həqiqəti də əks etdirmir. Həmçinin, əmanət girovu müqavilələrinin etibarsızlığı ilə əlaqədar qeyd edilməlidir ki, həmin müqavilələr Bank tərəfindən etibarnamə əsasında çıxış edən Bankın Filialının direktoru X2 tərəfindən imzalanmışdır. Qeyd edilməlidir ki, qəbul olunmuş biznes praktikasına zidd olaraq, bank tərəfindən qeyd olunan girov müqavilələrini imzalayan şəxsin etibarnamə əsasında fəaliyyət göstərdiyi qeyd edilsə də, müqavilədə həmin etibarnamənin heç bir rekviziti, yəni tarix və ya nömrəsi qeyd edilməmişdir. Eyni zamanda, müqavilələrin heç birində Filial tərəfindən bankın müvafiq funksiyalarının həyata keçirilməsini təsdiqləyən Filialın əsasnaməsinin müvafiq müddəasına istinad edilməmişdir. Əmanət girovu müqavilələrində yuxarıda göstərildiyi kimi çoxsaylı qüsurların olmasına, həmin müqavilələrin qeyri-peşəkar qaydada tərtib edilməsinə, bağlanmış müqavilələrdə Filialın əsasnaməsinin müddəalarına istinad edilməməsinə, guya etibarnamə əsasında çıxış edən şəxsin etibarnaməsinin heç bir rekvizitinin göstərilməməsinə görə hesab edir ki, E.Şahverdiyevin müvafiq müqavilələrin bağlanma tarixinə lazımi səlahiyyətləri mövcud olmamışdır. Əmanət girovu müqavilələrini Bank tərəfindən imzalamış E.Şahverdiyevin sözügedən müqavilələri bağlamağa dair müvafiq səlahiyyətlərinin olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalı və bu məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə tərəfindən Bankın Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli “Əmanət girovu müqavilələri” etibarsız hesab edilərək, Bank tərəfindən İddiaçı1 əmanət hesabından 16.000 ABŞ dolları məbləğində vəsaitin silinməsinin qanunsuz olması və həmin vəsaitin iddiaçının əmanət hesabına qaytarılması qərara alınmalıdır. İddiaçı2 ona məxsus avtomobilin qayını uşaqları Cavabdeh3 və Cavabdeh1 tərəfindən satılaraq, satışdan əldə olunmuş pulların ona verilməsi barədə sonuncularla razılaşma bağlamışdır. Cavabdeh3 və Cavabdeh1 isə mövcud razılaşmanın şərtlərinə zidd olaraq pulun bir hissəsini guya yas xərclərini ödəmək məqsədi ilə istifadə etdiklərini bildirmişlər. Pulun digər hissəsi olan 16.000 ABŞ dolları məbləğində pul vəsaitini isə Bankda qızı İddiaçı1 adına depozitə qoymuşlar. Daha sonra qeyd edilən depozit məbləğini həmin bankdan götürdükləri kreditləri təmin etmək məqsədi ilə girov qoymuşlar. İddiaçı1 xeyrinə qoyulmuş bank depozitinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən girov kimi istifadə edilməsi İddiaçı2 gizli saxlanılmış və İddiaçı2 bu barədə yalnız başqa məhkəmə prosesi zamanı bank tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli apellyasiya şikayəti vasitəsi ilə öyrənmişdir. Nəticədə Cavabdeh3 və Cavabdeh1 müvafiq kredit müqavilələri üzrə borc öhdəliklərini icra etmədikləri üçün Bank tərəfindən İddiaçı1 adına qoyulmuş depozitin məbləği silinmişdir. Göründüyü kimi, Cavabdeh3 və Cavabdeh1 vədlərinə əməl etməyərək İddiaçı2 ilə bağladıqları müqavilənin şərtlərini pozmuşlar və nəticədə İddiaçı2 16.000 ABŞ dolları məbləğində zərər vurmuşlar. Hazırki işdə də İddiaçı2 öz əmlakından, ona çatmalı olan pul vəsaitindən məhrum olmuş, Cavabdeh3 və Cavabdeh1 qardaşları tərəfindən İddiaçı2 16.000 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Bu səbəbdən də məhkəmə tərəfindən Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli “Əmanət girovu müqavilələrinin” etibarsız sayılması mümkün hesab edilməzsə, məhkəmə tərəfindən dəymiş zərərin Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi qərara alınmalıdır. Həmçinin qeyd edir ki, hazırki işlə əlaqədar, hər bir iddiaçı hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə 50 manat, cəmi 100 manat ödəniş etmişdir. Eyni zamanda, müvafiq iddianın verilməsi üçün İddiaçı2 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən də, göstərilən hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbin təmin edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi əsasında başlanmış işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G №-li “Əmanət girovu müqaviləsi” və Bank ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523/G №-li “Əmanət girovu müqaviləsinin” etibarsız hesab edilməsini, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında İddiaçı1 xeyrinə açılmış əmanət hesabından Bank tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsinin qanunsuz hesab edilməsini və həmin məbləğin İddiaçı1 əmanət hesabına qaytarılmasını, vəkilə çəkilən xərcə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 130 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Bankdan müştərək qaydada alınaraq İddiaçı2 ödənilməsini, iddianın digər hissədə təmin edilməməsini qət etmişdir. İş üzrə cavabdeh Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bankın “Əməliyyat” Filialı arasında bağlanmış xx.xx.2015- ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən İddiaçı1 xeyrinə 16.000 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələrinə əsasən Cavabdeh1 kredit verilmişdir və Bank ilə borcalan Cavabdeh1 və girov qoyan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli “Əmanət girovu müqavilələrinə” əsasən qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq depozit hesabı banka girov qoyulmuşdur. Borclu Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmişdir, əmanət girovu müqavilələrinin şərtlərinə əsasən isə əmanət məbləğləri akseptsiz qaydada silinmişdir. Bank tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsinin qətnaməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırılmamış, iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsi təmin edilməmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İş üzrə cavabdeh Bankın nümayəndəsi Ç.Dibirov apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən İddiaçı2 və onun vəkili (nümayəndəsi) S.Mahmudov şikayətin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. İşdə iştirak edən digər şəxslər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 369073 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, X5 ilə (iddiaçı) İddiaçı2 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 481165 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, (iddiaçı) İddiaçı1 xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. X10, anası İddiaçı2dır. Moskva Şəhər VVAQ İdarəsinin Babuşkinsk Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Rizvan Şərifov xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində vəfat etmişdir. İşdə olan sənədlərdən görünür ki, Rizvan Şərifovun ölümündən sonra “X11 Prado” markalı, **-VF-*** nömrə nişanlı avtomobil miras qalmışdır. Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsindən görünür ki, Bank əmanətçidən 16.000 (on altı min) ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə, xx.xx.2018-ci il tarixinədək bağlanmışdır. Həmin Filial ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523 saylı “Müqavilədən” və “Ödəniş cədvəlindən” görünür ki, Bank Cavabdeh1 34 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 6.000 ABŞ dolları məbləğində kredit verilməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Girov saxlayan Bank ilə borcalan Cavabdeh1 və girov qoyan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G saylı “Əmanət girovu müqaviləsindən” görünür ki, xx.xx.2015-ci il tarixli 021015/138523 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq 41220840********** saylı depozit hesabı banka girov qoyulmuşdur. Müqavilədən görünür ki, müqavilə İddiaçı1 əvəzinə Cavabdeh1 tərəfindən imzalanmışdır. Bankın Filialı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523 saylı “Müqaviləndən” və “Ödəniş cədvəlindən” görünür ki, Bank Cavabdeh1 33 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 8.000 ABŞ dolları məbləğində kredit verilməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Girov saxlayan Bank ilə borcalan Cavabdeh1 və girov qoyan İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523/G saylı “Əmanət girovu müqaviləsindən” görünür ki, xx.xx.2015-ci il tarixli 141015/138523 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq 41220840********** saylı depozit hesabı banka girov qoyulmuşdur. Müqavilədən görünür ki, müqavilə İddiaçı1 əvəzinə Cavabdeh1 tərəfindən imzalanmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7899/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı “üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə üzrə hüquqların tanınması tələbi”nə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, əmanət müqaviləsindən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmişləşdirilməsi vəzifəsinin Cavabdeh2 ASC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 1161/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7899/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin Cavabdeh2 ASC-nə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3802/18 saylı qərarından görünür ki, Cavabdeh2 ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2018-ci il tarixli ABHD-3422/18 saylı məktubdan görünür ki, İddiaçı2 bildirilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-7899/2017 saylı qətnaməsi ilə İddiaçı1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması; Əmanət müqaviləsindən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Bankın üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1161/2018 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin Banka münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-3802/18 №-li Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1161/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-7899/2017 №-li icra sənədinin icrası ilə əlaqədar xx.xx.2015ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı1 xeyrinə yerləşdirilmiş LD ********** saylı “Güvən” əmanət müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə İddiaçı2 əmanətçi hüquqlarının tanınması istiqamətində rəsmiləşdirilmə aparılmışdır. Həmçinin nəzərə çatdırılmışdır ki, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli, 021015/138523 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 021015/138523/G saylı əmanət girovu müqaviləsi; xx.xx.2015-ci il tarixli, 141015/138523 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 141015/138523/G saylı əmanət girovu müqaviləsi bağlanmış, xx.xx.2015-ci il tarixli, 021015/138523 saylı kredit müqaviləsi üzrə 6.000 ABŞ dolları məbləğində kredit verilmiş; xx.xx.2015-ci il tarixli, 141015/138523 saylı kredit müqaviləsi üzrə isə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan hər iki kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı isə xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli əmanət girovu müqavilələrinin 1.1-ci bəndlərində göstərilmişdir. Bundan başqa, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsinin 4.2.3-cü bəndində Bankın, əmanətçinin Bank qarşısında vaxtı keçmiş öhdəliyi yarandıqda həmin borcu əmanət hesabından mübahisəsiz silmək hüququnun olduğu əks olunmuşdur. Bundan başqa, xx.xx.2015-ci il tarixli, 021015/138523 saylı və xx.xx.2015-ci il tarixli, 141015/138523 saylı kredit müqavilələrinin 3.3.2-ci bəndində girov qoyan kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov predmetinə ödəniş yönəldərək girovsaxlayanın tələblərinin tam həcmdə ödənilə biləcək məbləğdə pul vəsaitlərini akseptsiz qaydada silmək hüququnun olduğu əks olunmuşdur. Odur ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-7899/2017 №-li icra sənədinin icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı1 xeyrinə yerləşdirilmiş LD ********** saylı “Güvən” əmanət müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə İddiaçı2 əmanətçi hüquqlarının tanınması istiqamətində rəsmiləşdirilmə aparıldıqdan sonra xx.xx.2015-ci il tarixli, 021015/138523 saylı və xx.xx.2015-ci il tarixli, 141015/138523 saylı kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün xx.xx.2018-ci il tarixdə ödəniş girov predmeti olan xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsinə yönəldilərək tələblərin tam həcmdə ödənilməsi üçün akseptsiz qaydada silinmişdir. 12 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 218126 nömrəli “Mədaxil qəbzindən” görünür ki, İddiaçı2 tərəfindən vəkil Samir Mahmudova 1354 nömrəli müqavilə əsasında 50 manat ödənilmişdir. 12 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 218127 nömrəli “Mədaxil qəbzindən” görünür ki, İddiaçı2 tərəfindən vəkil Samir Mahmudova 1355 nömrəli müqavilə əsasında 50 manat ödənilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə Bankın “Əməliyyat” Filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixdə PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsinə əsasən Bank əmanətçidən 16.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523 saylı müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 34 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 və İddiaçı1 (girov qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G saylı əmanət girovu müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli 021015/138523 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq 41220840********** saylı depozit hesabı banka girov qoyulmuşdur. Həmçinin Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523 saylı müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 33 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 (borcalan) və İddiaçı1 (girov qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523/G saylı “Əmanət girovu müqaviləsinə” əsasən xx.xx.2015-ci il tarixli 141015/138523 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq 41220840********** saylı depozit hesabı banka girov qoyulmuşdur. Kredit müqavilələri üzrə öhdəliklər Cavabdeh1 tərəfindən yerinə yetirilmədiyi üçün ödəniş xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsinə yönəldilərək tələblərin tam həcmdə ödənilməsi üçün əmanət məbləği mübahisəsiz qaydada silinmişdir. Bundan başqa, artıq qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-7899/2017 saylı qətnaməsi ilə İddiaçı1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, əmanət müqaviləsindən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmişləşdirilməsi vəzifəsinin cavabdeh Bankın üzərinə qoyulması qət edilmişdir. Bundan əlavə, qeyd olunan hər iki əmanət girovu müqavilələri girov qoyan İddiaçı1 əvəzinə Cavabdeh1 tərəfindən imzalanmışdır. Lakin onun İddiaçı1 əvəzinə müqaviləni imzalamaq səlahiyyəti olmamışdır (nümayəndə və ya qanuni nümayəndə qismində). Digər tərəfdən, hər iki əmanət girovu müqaviləsinin 3.3.2-ci bəndlərinə əsasən girov qoyan İddiaçı1 kredit xəttinin açılması barədə müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayan Bankın girov predmetinə ödəniş yönəldərək girovsaxlayanın tələblərinin tam həcmdə ödənilə biləcək məbləğdə pul vəsaitlərini akseptsiz qaydada silmək hüququ vardır. Girovsaxlayan tərəfindən əmanət hesablarından pul silinməsi girov qoyanın kredit öhdəlikləri üçün olmamışdır, qeyd olunan kredit öhdəlikləri Cavabdeh1 aid olmuş, əmanət girov müqavilələri məhz Cavabdeh1 ilə Bank arasında imzalanmış kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq bağlanılmışdır. Eyni zamanda, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsinin 4.2.3-cü bəndinə əsasən əmanətçinin Bank qarşısında vaxtı keçmiş borc öhdəliyi yarandıqda Bankın həmin borcu əmanət hesabından mübahisəsiz qaydada silmək hüququ vardır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.) Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır (maddə 337.2.) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Məcəllənin 358.1-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məcəllənin 360.1-ci maddəsinə görə, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Məhkəmə qeyd edir ki, əmanət İddiaçı1 xeyrinə qoyulmuşdur və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqları tanınmışdır. İddiaçı1 isə Bank qarşısında vaxtı keçmiş borc öhdəliyi olmamışdır. Bank qarşısında vaxtı keçmiş borc öhdəliyi Cavabdeh1 olmuşdur. Müqavilənin həmin bəndinə istinad edərək Cavabdeh1 Bank qarşısında vaxtı keçmiş borc öhdəliyinə görə həmin borcun İddiaçı1 əmanət hesabından mübahisəsiz qaydada silinməsi isə qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə hesab edir ki, Bank ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G №-li əmanət girovu müqaviləsi və Bank ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523/G №-li əmanət girovu müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında İddiaçı1 xeyrinə açılmış əmanət hesabından Bank tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsi qanunsuz hesab edilməli və həmin məbləğ İddiaçı1 əmanət hesabına qaytarılmalıdır. Qeyd edilən müqavilələr tamamilə etibarsız hesab edildiyindən həmin müqavilələrin 3.3.2-ci bəndlərinin etibarsız hesab edilməsi hissəsində iddianı təmin etməmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, iddia tələbi əmanət girovu müqavilələrinin etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında İddiaçı1 xeyrinə açılmış əmanət hesabından Bank tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin İddiaçı1 əmanət hesabına qaytarılması hissələrində təmin edildiyindən, iddia “əmanət girovu müqavilələrinin etibarsız hesab olunması məhkəmə tərəfindən mümkün hesab edilmədiyi təqdirdə İddiaçı2 16.000 ABŞ dolları məbləğində dəymiş zərərin Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi” hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar