Məhkəmə qərarları › İş №2(103)-134/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-134/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-134/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(009)-2828/2018 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" X11 X7 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-cı il tarixli 2017/00410-01 saylı krediti müqaviləsinə xitam verilməsi, Cavabdeh1 Təhmaz qızından İddiaçı BOKT ASC-nin xeyrinə xx xxx 2018-ci il tarixə yaranmış əsas borc üzrə 22115,67 (iyirmi iki min bir yüz on beş dollar altmış yeddi sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1400,30 (bir min dörd yüz dollar otuz sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2040 (iki min qırx) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25 555,97 (iyirmi beş min beş yüz əlli beş dollar doxsan yeddi sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 Təhmaz qızının yaranmış əsas borc 14156,2 (on dörd min bir yüz əlli altı dollar iyirmi sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 840,13 (səkkiz yüz qırx dollar on üç sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2635 (iki min altı yüz otuz beş) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 17631,33 (on yeddi min altı yüz otuz bir dollar otuz üç sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz bir) manat məbləğində pulun İddiaçı BOKT ASC -yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh2 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 2017/00410-01 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfıbəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Seriya RX № 0333790, Reyestr № **********23-05101-093016, Qeydiyyat № 11 14005435, tarix xx.xx.2014) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxxxx 2017-ci il tarixli, 2017/00410-01 İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2017-ci il tarixində qeydə alınmış və müvafiq Çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Seriya RX № 1010443). Qeyd olunan ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol vermişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə, “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxx 2018-ci il tarixinə kreditin əsas borcu üzrə 22115,67 (iyirmi iki min bir yüz on beş dollar altmış yeddi sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1400,30 (bir min dörd yüz dollar otuz sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2040 (iki min qırx) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 25 555,97 (iyirmi beş min beş yüz əlli beş dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində borc yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(009)-2828/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 2017\00410-01 saylı saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli 2017\00410-01 saylı saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-cı il tarixə yaranmış 22115,67 ABŞ dolları əsas borc, 1400,30 ABŞ dolları faiz borcu və 34,03 ABŞ dolları cərimə borcu, cəmi 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması; Cavabdeh1 tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 130000 (yüz otuz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan X2 qaytarılması; Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh X5 əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh X5 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(009)-2828/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin mənzilin ilkin satış qiymətinin 130 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit müqaviləsi üzrə ipoteka qoyandır və üzərinə tutma yönəldilmiş mənzil onun mülkiyyətindədir. Baxmayaraq ki, kredit müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmışdır, mənzil qiymətləndirilərkən çox aşağı qiymətə qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə mənzilin hazırki bazar qiymətini müəyyən etmədən mənzilin ilkin satış qiymətini 130.000 manat məbləğində müəyyən etmişdir. Halbuki mənzilin real bazar dəyəri daha çoxdur və 200.000 manat təşkil edir. Bu səbəbdən hesab edir ki, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qətnamə ləğv edilməli və iş üzrə müvafiq ekspertiza təyin edilməklə mənzilin hazırki bazar qiyməti müəyyən edilməlidir. Mənzilin bazar qiyməti müəyyən edildikdən sonra onun ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ nəzərə alınmaqla açıq hərraca çıxarılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə, tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1-ci və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı mübahisələndirmir, cavabdeh isə qətnaməni qismən –ipoteka predmetinin qiymətinin müəyyən olunması hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(009)-2828/2018 nömrəli qətnaməsi dəyişdirilməli və mənzilin ilkin satış qiyməti 162.000 manat məbləğində müəyyən edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 2017\00410-01 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətndə olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzili xx xxxxxx 2017-ci il tarixli 2017\00410-01 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən əmlak müstəqil qiymətləndirici tərəfindən 130000 manata qiymətləndirilmişdir. xx xxx 2018-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli 2017\00410-01 saylı istehlak kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixə olan əsas borcu 22115,67 ABŞ dolları, 1400,30 ABŞ dolları faiz borcu və 2040 ABŞ dolları dəbbə borcu mövcuddur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX nömrəli ******* seriyalı Çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzil Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və həmin mənzil 36 ay müddətinə İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə ünvanlanmış xx xxx 2018-ci il tarixli məktuba əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. X6 xx xxxx 2019-cu il tarixli ƏEM/i 45-679/19 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzilin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 210000,0 manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli Ç-771 nömrəli məktubuna əlavə olunmuş 0859/19 İddiaçı saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində 3/5 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 61.4 kv. m ümumi, 45,8 kv.m yaşayış və 15, 74 kv.m yardımçı sahədn ibarət, 3 otaqlı, 7 nömrəli məzilin qiymətləndirmə tarixinə olan bazar qiyməti 162 000 manat, likvid qiyməti 153 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, 2017/00410-01 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24% hesablanmaq şərti ilə 30 000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2017-ci il tarixli, 2017/00410-01 İP nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzili ipoteka predmeti kimi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2018-cı il tarixə 22115,67 ABŞ dolları əsas borc, 1400,30 ABŞ dolları faiz borcu və 34,03 ABŞ dolları cərimə borcu, cəmi 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilən halları cavabdeh də apelyasiya şikayətində mübahisələndirmir. Cavabdeh yalnız qətnamədə qət olunan mənzilin ilkin satış qiymətini mübahisələndirir və yeni ekspertiza təyin edilməsini istəyir. Məhkəmə kolegiyası cavabdehin apelyasiya şikayətini qismən əsaslı hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 7 saylı mənzilinin 130 000 manat miqdarında müəyyən olunması ədalətsizdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin olunan və “xxxx” MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticəsindən də görünür ki, həmin mənzilin bazar qiyməti 162 000 manat təşkil edir. Məhkəmə kollegiyası digər sübutlarla yanaşı, ekspertiza tədqiqatının nəticəsini araşdıraraq hesab edir ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinin ilkin satış qiyməti 162 000 manat müəyyən olunmalı olduğundan qətnamə həmin hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası X6 xx xxxx 2019-cu il tarixli rəyində müəyyən olunmuş əmlakın qiyməti (210000 manat) ilə birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən olunan əmlakın ilkin satış qiyməti (130000 manat) arasında kəskin fərq olduğundan ilkin rəylə razılaşmır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin xx xxxxxx 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinin xx xxxxxx 2018-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabadeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1-ci maddəsinin xx xxxxxx 2018-ci il tarixli tarixə qədər qüvvədə olan redaksiyasına əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinin xx xxxxxx 2018-ci il tarixə qədərqüvvədə olan redaksiyasına əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Həmçinin kollegiya qeyd edir ki,işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan 150 manat və cavabdehdən 100 manat məbləğində tutulmalı və “X9” MMC-nin hesabına (VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(009)-2828/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin ilkin satış qiyməti 130000 (yüz otuz min) manat müəyyən olunması” hissəsində dəyişdirilsin. Həmin əmlakın ilkin satış qiyməti 162 000 (bir yüz altmış iki min) manat məbləğində müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İşin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan 150 manat və cavabdehdən 100 manat məbləğində tutularaq “X10” MMC-nin hesabına (VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY Bank ASC, VÖEN: **********,Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar