Məhkəmə qərarları › İş №2(103)-13403/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13403/2019

28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13403/2019 28.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Cavabdeh1 Əlihedər qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh7 MMC-yə, “xxxxxxx” MMC-yə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X3, Cavabdeh8, X4, Cavabdeh10 və Cavabdeh11 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqavilələrinin etibarlı hesab olunması, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(010)-04/2017 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASCcavabdehlər Cavabdeh7 MMC-yə, “xxxxxxx” MMC-yə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X3, Cavabdeh8, X4, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh7 MMC ilə İddiaçı ASC-nin “Xətai” filialı arasında Bakı şəhərində bağlanmış 01-KX saylı xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi, tərəflər arasında bağlanmış ***-**** saylı xx xxxxxx 2011-ci il tarixli, ***-**** saylı xx xxxxxx 2011-ci il tarixli və ***-**** saylı xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqavilələrinin etibarlı hesab olunmaları, Cavabdeh7 MMC-dən və digər cavabdehlərdən xx xxxxxx 2016-cı il tarixinə qədər əsas kredit borcu üzrə ******* ABŞ dollarının, faiz üzrə borcu 957870 ABŞ dollarının, cərimə borcu üzrə 174000 ABŞ dollarının, dəbbə pulu borcu üzrə 506134 ABŞ dollarının və dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq banka cəmi 3378004,49 ABŞ dolları və 30 manatın ödənilməsi, tutmanın ipoteka predmetləri olan cavabdeh X4məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; “xxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyriyaşayış sahəsinə yönəldilməsi və həmin daşınmaz əmlakların hamısının acıq hərracdan satılaraq əldə olunmus pul vəsaiti hesabına borcun ödənilməsi, ipotekadakı daşınmaz əmlakların açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində tam boşaldılaraq və cavabdehlərin oradan məcburi çıxardılaraq banka təhvil verilməsi, cavabdehlərin daşınmaz əmlaklara bütün istifadə hüquqlarının tam itirilərək xitam verilməsi, yaşayış hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh7 Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 01-KX saylı xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh7 MMC-yə 1 il müddətinə, illik 18 % dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq X4məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədə olan 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzil ***-**** saylı xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi məhəllə 584-də istifadədə olan 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil; “xxxxxxx.” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4.556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. sahəsi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh8 ilə bank arasında Bakı şəhərində xx xxxxxx 2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh8 ilə bank arasında Bakı şəhərində xx xxxxxx 2011-ci il tarixdə zəmanət öhdəliyi bağlanmış və bu öhdəlik də Bakı şəhəri 13 saylı Dövlət notariat kontorunda təsdiqlənmişdir. Həmin zaminlik müqaviləsinə və zəmanət öhdəliyinə əsasən, Cavabdeh8 Cavabdeh7 bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi halda bütün məbləği özü şəxsi əmlakı və gəliri hesabına tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Sözügedən kredit xətti müqaviləsi üzrə Cavabdeh7 tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş, xx xxxxxx 2016-cı il tarixinə onun əsas kredit borcu üzrə ******* ABŞ dolları, faiz üzrə borcu 957870 ABŞ dolları, 174000 ABŞ dolları cərimə, 506134 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(010)-04/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan X1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(010)-04/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin hallarına və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-1466/2019 saylı qətnaməsi ilə İddiaçı ASC-nin ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-04/2017 saylı iş üzrə xx xxxxx 2017ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh7 MMC-dən və Cavabdeh8 müştərək qaydada 430444,49 ABŞ dolları məbləğində əsas borcun, həmçinin xx xxxx 2012-ci il tarixindən xx xxxx 2016-cı il tarixinədək keçən dövr üçün illik 5% hesabı ilə 352350 ABŞ dolları faiz borcu olmaqla, cəmi 782794,49 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manatın ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan X4məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; “xxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların hərracda satılması, onların satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 782794,49 ABŞ dolları məbləğində kredit borcunun, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manatınləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X4, Cavabdeh1 və “xxxxxxx” MMC-nə bərabər nisbətlərlə (proporsional qaydada) qaytarılması, X4məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində X2,Cavabdeh1, Cavabdeh2 qeyd olunan mənzillərdən çıxarılmaları, iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzilin ilkin satış qiymətinin 175000 manat; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiymətinin 75000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 225000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5704/2019 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1466/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təkrar apellyasiya baxışı iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimənin və dəbbə pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasının rəddinə dair hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Təkrar apellyasiya baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmış ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh7 MMC və “xxxxxxx” MMC səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X5, Cavabdeh8, X6, Cavabdeh10 və Cavabdeh11 məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iddiaçının hüquqi şəxs olmaqla, onun nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrlü hesab etməmiş, eyni zamanda cavabdehlərin məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat vermədiklərini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən hesab edir ki, hazırki halda apellyasiya baxışının predmetini yalnız iddiaçının apellyasiya şikayətinin qətnamənin cərimə və dəbbə pulu tutulmasının təmin olunmaması hissəsi üzrə qanuniliyinin vəəsaslılığının yoxlanılması təşkil edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələblərini tam rədd olunsa da, iddiaçının apellyasiya şikayətinə birinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbləri əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində qismən təmin olunmuşdur. Qətnamə həmin hissədə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, yalnız cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti apellyasiya baxışının predmeti hissəsində qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə və dəbbə pulu borcu hissəsində ləğv edilməli və həmin tələblərin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə məhkəmə araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh7 MMC arasında xx xxxx 2011-ci il tarixdə kredit xətti müqaviləsi bağlanaraq, adı çəkilən MMC-yə 1 il müddətinə, illik 18 % dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq X4məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədə olan 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzil ***-**** saylı xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi məhəllə 584-də istifadədə olan 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil; “xxxxxxx.” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4.556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. sahəsi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh8 ilə bank arasında xx xxxxxx 2011-ci il tarixdə zaminlik müqaviləsi, həmçinin eyni tarixdə zəmanət öhdəliyi bağlanmış və bu öhdəlik də Bakı şəhəri 13 saylı Dövlət notariat kontorunda təsdiqlənmiş, zaminlik müqaviləsinə və zəmanət öhdəliyinə əsasən Cavabdeh8 Cavabdeh7 MMC-nin bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi halda bütün məbləği özü şəxsi əmlakı və gəliri hesabına tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-1466/2019 saylı qətnaməsinin qüvvədə olan hissəsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh7 MMC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış vəMMC-nin 430444,49 ABŞ dolları məbləğində əsas borcu, həmçinin xx xxxx 2012-ci il tarixindən xx xxxx 2016-cı il tarixinədək keçən dövr üçün illik 5% hesabı ilə 352350 ABŞ dolları faiz borcu olmaqla, cəmi 782794,49 ABŞ dolları borcu yaranmışdır. Lakin iddiaçı ləğv prosesdə olan İddiaçı ASC əsas və faiz borcu ilə yanaşı cavabdehlərdən dəbbə pulunun və cərimənin tutulmasını xahiş etmiş və həmin tələblərini onunla əsaslandırmışdır ki, həmin pulun ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ASC və Cavabdeh7 MMC arasında bağlanmış xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinin 3.8 və 3.9-cu bəndlərinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə (lazımınca icra etmədikdə, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün) bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. Müqavilənin “Dəbbə pulu və zərər” adlanan hissəsinin 10.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanan üzərinə düşən öhdəliklərin icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən borc alan üzərinə üzərinə düşən öhdəliklərin icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilmiş günü üçün kreditin qalıq məbləğinin 0,05% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, kredit alan cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən və bu hal üçün müqavilə ilə onun tərəfindən kredit verən banka dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ vardır. Lakin iddiadan müəyyən olunur ki, iddiaçı əsas və faiz borcu ilə yanaşı həm cərimənin (174000 ABŞ dollarının), həm dəki, dəbbə pulunun (506134 ABŞ dollarının) tutulmasını məhkəmələrdən xahiş etmiş və bunların arasında olan fərqi əsaslandırmamışdır. Halbuki, mülki qanunvericiliyin mənasına görə, cərimə öhdəliyin icrasının təmin etmə üsullarından biri olan dəbbə pulunun növü olmaqla, eyni məqsədlərə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının həmin tələblərini ümumiləşdirərək, tələb olunan məbləğin əsaslılığına və mütənasibliyinə hüquqi qiymət verilməsini zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin dəbbə pulu və cərimə üzrə olan ümumilikdə 680132 ABŞ dolları məbləğində tələbi Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsi ilə müəyyən olunmuş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək tələb kimi qiymətləndirir və işin halları nəzərə alınmaqla hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq həmin məbləğ azaldılmaqla, 43044,45 ABŞ dolları məbləğində, yəni əsas borcun 10% həddində müəyyən edilməsi ədalətlidir, həm kredit verən iddiaçının, həm də cavabdehlərin mənafelərinə uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulu borcunun rədd edilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh8 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından və dəbbə pulu borcu tərəflər arasında bağlanmış kredit müqaviləsinin çərçivəsində müəyyən olunduğundan həmin borc, əsas və faiz borcu ilə birgə əsas borclu ilə yanaşı zamindən də müştərək qaydada tutulmalıldır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Nəhayət, eyni əsaslarla məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-1466/2019 saylı qətnaməsinin icrasına uyğun olaraq ipoteka predmetləri olan X4,Cavabdeh1 məxsus mənzillər, “xxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinə tutma yönələrək, hərracda satıldıqdan sonra əldə edilmiş pul vəsaiti hesabına əsas və faiz borcu ilə yanaşı hazırki qətnamə ilə müəyyən olunan dəbbə pulu da ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı ASC-nin ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(010)-04/2017 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia, cərimə və dəbbə pulu tələbi hissəsində qismən təmin edilsin. Cavabdeh7 MMC-dən və Cavabdeh8 müştərək qaydada 43044,45 ABŞ dolları (qırx üç min qırx dörd ABŞ dolları qırx beş sent) dəbbə pulu üzrə borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə)ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İpoteka predmetləri olan X4məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; “xxxxxxx” MMCnə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyri-yaşayış sahəsinə tutma yönəldilərkən, həmin əmlaklar hərracda satılarkən, onların satışından əldə edilmiş pul vəsaiti hesabına əsas və faiz borcu ilə yanaşı 43044,45 ABŞ dolları (qırx üç min qırx dörd ABŞ dolları qırx beş sent) dəbbə pulu üzrə borc ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad ŞCavabdeh6ev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar