Məhkəmə qərarları › İş №2(103)-1341/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1341/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1341/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili X4, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin ləğvi, artıq yazılmış əsas məbləğ və faiz borcunun silinməsi, qızıl-zinət əşyalarının geri qaytarılması” barədə ilkin və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52.257 manat 19 adda olan1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin direktoru X1 Elçin Tofiq oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pulun tutulması və tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 12.02.2020-ci il tarixli, GL/000/20/228754 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, 12.02.2020-ci il tarixli, GL/000/20/228754 saylı kredit müqaviləsi üzrə 26.538,39 manat əsas, 5.869.20 manat faiz, 11.037 manat dəbbə pulu olmaqla, ümumilikdə 43.445,38 manat pulun tutulması, tələbin lombarda girov qoyulmuş 11.199 ABŞ dolları dəyərində olan qızıl-zinət əşyalarına: 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 19 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 20 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı çəkisi 10 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-nə qarşı “onunla Cavabdeh QSC arasında cavabdeh təşkilatın qanunsuzluq edərək və onu aldatmaqla 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit müqavilələrini etibarsız hesab edərək ləğv edilməsinə, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsinə və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52.257 manat 19 adda olan qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 12.02.2020-ci il tarixli, GL/000/20/228754 saylı kredit və girov müqaviləsi üzrə 26.056.66 manat əsas borc, 2.174.69 manat faiz borcu olmaqla cəmi 28.131 (iyirmi səkkiz min yüz otuz bir) manat 35 (otuz beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına -1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd Rusiya Federasiyasının İstehsalı olan 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd Türkiyə Respublikasının İstehsalı olan 585 əyarlı ümumi çəkisi 11.36 qram olan kulon, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd İtaliya İstehsalı olan 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd BƏƏ İstehsalı olan 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd BƏƏ İstehsalı olan 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının satışından əldə olunan vəsaitdən cavabdeh İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan 28.131 (iyirmi səkkiz min yüz otuz bir) manat 35 (otuz beş) qəpik məbləğində borcun silinməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat məbləğində pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, 12 fevral 2020-ci il tarixdə bağlanılmış GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsi, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin silinməsi və müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 52.257 (əlli iki min iki yüz əlli yeddi min) manat 19 adda olan qızıl- zinyət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə qəbul edərək iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan qəbul etmir və ləğv olunaraq onun Cavabdeh QSC-yə qarşı iddia tələbinin təmin olunmasını xahiş edir. Belə ki, məhkəmədə Cavabdeh QSC-nin irəli sürdüyü qanunsuz dəlillər əsasında işə baxılmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamış, hüquqları pozulmuş və məhkəmə tərəfindən cavabdeh təşkilatın nümayəndəsi təyin olunmuş məhkəmə iclasına gəlməyə-gəlməyə cavabdeh təşkilatın maraqlarını təmin edən, bu cür qanunsuz qətnamə qəbul edilmişdir. Gigirov qoyduğu qızıl zinyət əşyalarının dəyəri götürdüyü puldan 3 dəfə artıq olmasına baxmayaraq cavabdeh təşkilatın Azərbaycan Respublikasında pandemiya şəraitində iş yerlərinin bağlı olduğundan pulları ödəyə bilməməyi cavabdeh təşkilat tərəfindən nəzərə alınmaması, hər hansı müqavilənin uzadılması və yaxud pandemiya şəraitində, iş yerlərinin bağlı olduğu aylara güzəştlərin təklif olunması ilə bağlı təkliflərin verilməməsi kimi qərəzli addımlar bir yana, nəticə etibarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciətinə məhkəmə tərəfindən formal yanaşılması ümumiyyətlə qəbul edilməzdir. Əgər məhkəmə cavabdehin dedikləri ilə razılaşacaqsa məhkəmədə çəkişmə prinsipinin tətbiq olunması nəyə gərəkdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-6421/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 5638/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilmişdir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “tərəflər arasında yaranmış mübahisə borclu-girov qoyan və kreditor-girov saxlayan arasında bağlanan 12.02.2020-ci il tarixli müqavilə ilə əlaqədardır. İddiaçı həmin müqaviləni etibarsız hesab edir və ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsini, müqaviləyə əsasən qoyulmuş girov predmetlərinin geri qaytarılmasını tələb edir. Cavabdeh isə həmin müqaviləyə istinad edərək 26538,39 manat əsas, 5869,20 manat faiz, 11037 manat dəbbə pulu olmaqla, ümumilikdə 43445,38 manat pulun tutulması, tələbin lombarda girov qoyulmuş 11199 ABŞ dolları dəyərində olan qızıl-zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsini tələb edir. Göründüyü kimi cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış mübahisələndirilən müqaviləyə istinad etmiş və tələbini faktiki əsası kimi lombard münasibətlərinin olmasını göstərmişdir. Mübahisəni yuxarıda göstərilən qaydada həll edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətlərin xarakterinin müəyyən olunması üçün Cavabdeh QSC-nin kredit təşkilatı kimi, yaxud lombard fəaliyyəti ilə məşğul olmasını, cavabdehin lombard fəaliyyəti ilə məşğul olması üçün xüsusi icazəsi (lisenziyası) olub-olmamasını müəyyən etməmişdir. Həmin halların müəyyən edilməməsi isə iş üzrə düzgün nəticəyə gəlməyi mümkünsüz edir. Belə ki, tərəflər arasında olan həqiqi münasibətlər, tərəflər arasında olan müqavilələrin həqiqi məzmunu müəyyən edilmədən məhkəmənin məsələyə hansı maddi hüquq normasının tətbiqi baxımından və eləcə də mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə cavabdeh QSC-nin iddiaçya kredit kimi verdiyi 27868 manat pulun faizi ilə qaytarılması 436,68 qram qızıl-zinət əşyalarının girov qoyulması ilə təmin edilmişdir və həmin əşyalar borc verən QSC-də saxlanılır. Tərəflər arasındakı münasibətlərin QSC-nin lombard fəaliyyəti ilə əlaqədar olması, QSC-nin lombard təşikalatı kimi iddiaçıya borc verməsi və girov saxlaması müəyyən edildiyi halda qanunvericiliyin yuxarıda sadalanan normalarına görə lombard həmin əşyanı açıq hərracdan realizə edib tələblərini təmin etməli, artıq vəsait qaldıqda isə girovqoyana qaytarmalıdır. Bununla da lombardın girov qoyana (borcluya) qarşı tələbləri ləğv edilir, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ tələblərinin təmini üçün kifayət etmədikdə belə bu şərt öz qüvvəsində qalır. Göründüyü kimi tərəflər arasındakı münasibətlərin cavabdehin kredit təşkilatı kimi, yaxud lombard kimi fəaliyyət göstərməsindən irəli gəldiyini müəyyən etmədən həm ilkin, həm də qaraşılıqlı iddia üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. İş materiallarında isə cavabdehin belə fəaliyyətlə məşğul olmasını təsdiq edəcək hər hansı bir sənəd yoxdur. Qanunvericilik lombard faəliyyətinin həyata keçirilməsini bu fəaliyyət növü üçün xüsusi icazənin (lisenziyanın) olması ilə şərtləşdirilmişdir. Ona görə də, qətnamə ləğv edilərək mülki iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə tərəflər arasındakı münasibətləri borc (kredit), borcun təminatı kimi bağlanmış girov, yaxud əşyanın lombardda girov olmasını müəyyən etməli, bundan sonra həmin münasibətlərə uyğun gələn maddi hüquq normalarını tətbiq edərək həm ilk idddia tələbinə, həm də qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək mübahisəni həll etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin - 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228719 saylı kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində imtinasının qəbul edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin - 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228719 saylı kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” barədə qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilərək, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi eyni zamanda vəkili X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, İddiaçı cavabdeh təşkilata lombarda qoyduğu əmlakların dəyəri götürdüyü məbləğdən dəfələrlə yüksək olmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış 12 fevral 2020-ci il tarixli GL/000/20/228754 saylı müqavilə qanunsuz olduğundan və ona borc olaraq yalnız 27686 (iyirmi yeddi min altı yüz səksən altı) manat verildiyindən həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Hesab edir ki, qeyd edilən müqavilə ləğv edilməklə qızıl-zinət əşyaları girovdan azad edilib İddiaçı qaytarılmalıdır. Həmçinin iddiada hər 2 müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi kimi tələb irəli sürməsində məqsəd tərəflər arasında bir müqavilə bağlandığı halda 2 müqavilənin mövcudluğu çaşqınlıq yaratmışdı, buna görə 2 müqavilədən birinin etibarsız, digərinin isə ləğv edilməsini istəmiş, hazırda tərəflərin razılığı ilə 12.02.2020-cil tarixli GL/000/20/228719 saylı müqavilə ləğv edildiyi üçün 12 fevral 2020-ci il tarixli GL/000/20/228754 saylı müqavilənin ləğvini və qızılların qaytarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, İddiaçıla müqavilə bağlanmış və sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları girova qoyularaq lombard krediti verilmişdir. Müqavilə bağlanan zaman isə qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırda apellyasiya baxışının predmeti ilkin iddia tələbinin - 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228754 saylı kredit və girov müqaviləsinin ləğv edilməsi və qızıl-zinət əşyalarının girovdan azad edilib İddiaçı qaytarılması hissəsi təşkil edir. Çünki Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin - 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228719 saylı kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində imtinasının qəbul edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin - 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228719 saylı kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi və s.” barədə qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilərək, həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (borclu-girov qoyan) və Cavabdeh QSC (kreditor-girov saxlayan) arasında bağlanan 12.02.2020-ci il tarixli GL/000/20/228754 saylı kredit və girov müqaviləsindən görünür ki, kreditor-girov saxlayan borclu-girov qoyana illik 40 faiz dərəcəsi ilə 18 ay müddətinə 27686 manat məbləğdə kredit verməyi, borclu-girov qoyan verilmiş krediti qəbul edərək ondan müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada istifadə etməyi, krediti geri qaytarmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən kreditor-girov saxlayanın borclu girov qoyanakredit verdiyi pul vəsaitinin və ona hesabların faizlərin, habelə borclu-girov qoyanın öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar hesablanan dəbbə pulunun, kreditor-girov saxlayanın tərəfindən çəkilmiş mümkün ola bilən bütün xərclərinin əvəzinin kreditor-girov saxlayana qaytarılmasını təmin etmək məqsədi ilə girov predmeti 12.02.2020-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş likvid dəyəri 11633 ABŞ dolları qiymətləndirilmiş, İddiaçı mülkiyyətindəki qiymətli metaldır. İş materiallarında olan 10.06.2019-cu il tarixli Cavabdeh QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 19 adda- 1 ədəd 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd 585 əyarlı ümumi çəkisi 11.36 olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan İddiaçı tərəfindən girov saxlayan Cavabdeh QSC-yə təhvil verilmişdir. İş materiallarında olan 12.02.2020-ci il tarixli Cavabdeh QSC-nin “Yasamal” filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, 19 adda- 1 ədəd 750 əyarlı çəkisi 26,10 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 14,26 qram olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 24,30 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 28,78 qram olan komplekt, 1 ədəd 583 əyarlı çəkisi 14,58 qram olan komplekt, 2 ədəd 750 əyarlı çəkisi 20 qram olan kulon, 1 ədəd 583 əyarlı çəkisi 11,35 qram olan kulon, 1 ədəd 750 əyarlı ümumi çəkisi 19.16 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22,68 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 22 qram olan komplekt, 1 ədəd 750 əyarlı çəkisi 21,69 qram olan qolbağ, 1 ədəd 585 əyarlı ümumi çəkisi 21.15 qram olan komplekt, 1 ədəd 585 əyarlı ümumi çəkisi 11.36 olan kulon, 1 ədəd 750 əyarlı çəkisi 28,70 qram olan boyunbağı, 1 ədəd 750 əyarlı çəkisi 6,80 qram olan qolbağ, 1 ədəd 750 əyarlı çəkisi 12,93 qram olan qolbağ, 1 ədəd 916 əyarlı çəkisi 23,34 qram olan qolbaq, 11 ədəd 916 əyarlı çəkisi 94,60 qram olan 10-luq qızıl qəpiklər, 2 ədəd 875 əyarlı çəkisi 12,90 qram olan kulondan ibarət olan ümumi çəkisi 436.68 qram, xalis çəkisi 434.01 qram, ümumi likvid qiyməti 11633 ABŞ dolları olan qızıl zinət əşyaları girov qoyan İddiaçı tərəfindən girov saxlayan Cavabdeh QSC-yə təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tələbində onunla Cavabdeh QSC arasında 12.02.2020-cı il tarixində bağlanılmış GL/000/20/228719 saylı və GL/000/20/228754 saylı eyni məzmunlu ayrı-ayrı kredit və girov müqavilələrini etibarsız hesab edərək ləğv edilməsini xahiş etmişdir ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olmuşdur. Apellyasiya baxışı zamanı isə iddiaçının nümayəndəsi eyni zamanda vəkili izahatında bildirmişdir ki, iddiada hər 2 müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi kimi tələb irəli sürməsində məqsəd tərəflər arasında bir müqavilə bağlandığı halda 2 müqavilənin mövcudluğu çaşqınlıq yaratmışdı, buna görə 2 müqavilədən birinin etibarsız, digərinin isə ləğv edilməsini istəmiş, hazırda tərəflərin razılığı ilə 12.02.2020-cil tarixli GL/000/20/228719 saylı müqavilə ləğv edildiyi üçün 12 fevral 2020-ci il tarixli GL/000/20/228754 saylı müqavilənin ləğvini və qızılların qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsində olan qeyri-müəyyənliyi aradan qaldırmayaraq işə mahiyyəti üzrə baxmışdır. Göründüyü kimi hazırda iddiaçı 12.02.2020-ci il tarixli GL/000/20/228754 saylı müqavilənin ləğv edilməsini və ona artıq yazılmış əsas və faiz borc məbləğlərinin silinməsini, müqaviləyə əsasən qoyulmuş girov predmetlərinin geri qaytarılmasını tələb edir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ilkin iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal mövcud olmuşdur, belə ki, tərəflər qarşılıqlı razılıq əsasında mübahisələndirilən müqaviləni bağlamışlar, ikinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Mülki Məcəllənin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 02.02.2020-ci il tarixdə GL/000/20/228754 saylı kredit müqaviləsi bağlanmışdır, İddiaçı GL/000/20/228754 saylı saylı müqavilə üzrə 18 ay müddətinə 40 % dərəcəsi ilə olmaqla hər müqavilə üzrə 27868 manat məbləğində kredit vəsaiti ayrılmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin həmin müqavilədə kredit müqaviləsinin təminatı olaraq dəyəri 11633 ABŞ dolları olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmadığından 12.02.2020-ci il tarixli GL/000/20/228754 saylı müqavilənin ləğv edilməsi və müqaviləyə əsasən qoyulmuş girov predmetlərinin geri qaytarılması barədə iddiası əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra edərək, müqavilədə nəzərdə tutulmuş məbləği iddiaçıya vermişdir. Həmçinin cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı işin faktiki halları ilə müəyyən edilməmiş, iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçının girov qoyduğu qızıl zinyət əşyalarının dəyərinin götürdüyü puldan 3 dəfə artıq olması müqavilənin ləğvi üçün əsas yaratmır, belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırki vəziyyətdə də tərəflər arasında müqavilə bağlanmaqla müqavilənin məzmununu azad surətdə müəyyənlədirmişlər və bu zaman cavabdeh tərəfindən mübahisələndirilən əqdin əhəmiyyətli dərəcədə pozulması halları müəyyən edilməmiş, iddiaçı isə bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, iddiaçı qızıl-zinət əşyalarının 11633 ABŞ dolları məbləğində qiymətləndirilməsinə etiraz etməyərək, aktı imzalamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya baxışının predmeti hissəsində ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-553/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan - İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 12.02.2020-cil tarixində bağlanılmış GL/000/20/228754 saylı kredit müqaviləsinin ləğv edilməsi, borcun silinməsi və qızıl-zinət əşyalarının girovdan azad edilib İddiaçı qaytarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar