Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13435/2019 10.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bxxxxyev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh X6 və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 22/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 X7 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19108,99 manat əsas, 19229,28 manat faiz olmaqla, cəmi 38338,27 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 25 manat məbləğində xərcin əvəzinin tutulması, tutmanın Əhmədova (Budaqova) Laləzər Əli qızına məxsus ünvan 1, mənzil 40 ünvanına yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun mənzilin satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Əhmədova (Budaqova) Laləzər Əli qızına məxsus ünvan 1, mənzil 40 ünvanına yönəldildikdə və satışından 1 ay sonra X4 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 24 faizlə 24 ay müddətinə 27.500 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq İddiaçı ASC ilə cavabdeh Əhmədova (Budaqova) Laləzər Əli qızı arasında xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə, İddiaçı ASC-yə Əhmədova (Budaqova) Laləzər Əli qızına məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 16 saylı evin 40 saylı mənzilə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiq olunmuşdur. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün xx xxxxxx 2012-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh3 MMC və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 MMC kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam və vaxtında icra etməmişdir. Nəticədə cavabdehin banka kredit müqaviləsi üzrə 19108,99 manatəsas və 19229,28 manat faiz borcu olmaqla, cəmi 38338,27 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi X9 birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Əhmədova (Budaqova) Laləzər Əli qızı və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19108,99 manat əsas, 19229,28 manat faiz olmaqla, cəmi 38338,27 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 25 manat məbləğində xərcin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-22/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 19.108,99 manat əsas borc və 4.377,35 manat faiz borcu olmaqla, ümumilikdə 23.486,34 (iyirmi üç min dörd yüz səksən altı manat otuz dörd qəpik) manat məbləğində pul və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Əhmədova (Budaqova) Laləzər Əli qızı və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ekspertiza xərci olan 50 (əlli) manat ekspertiza xərcindən 35 (otuz beş) manat cavabdehlər Əhmədova (Budaqova) Laləzər Əli qızı və Cavabdeh3 MMC-dən, 15 (on beş) manat isə İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 və onun vəkili Vəkil apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2həyat yoldaşı vəfat edib. Cavabdeh2 bildirir ki, həyat yoldaşı vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb. Bu şəhadətnamə əsasında həyat yoldaşının adına olan torpaq sahəsini 3000 manat məbləğində satıb. Əldə edilmiş pulu həyat yoldaşının yas mərasiminə və ağır xəstəliyindən qalmış borclarına ödəyib. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Belə ki, digər tərəflərin apellyasiya şikayəti olmadığı halda qətnamənin onlara münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 19.108,99 manat əsas borc və 4.377,35 manat faiz borcu olmaqla, ümumilikdə 23.486,34 manat məbləğində pul cavabdehlər Əhmədova (Budaqova) Laləzər Əli qızı və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, işin müəyyən edilmiş hallarından müəyyən olunur ki, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi ilə, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə 24 faiz illik ödəmək şərti ilə 27.500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X8 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsi ilə, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün X8 mülkiyyətində olan ünvan 1 ünvanında olan 40 saylı mənzili ipoteka ilə yüklü etmişdir. xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi ilə kredit almış Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 MMC öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ölmüş və qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxx 2017-ci il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 2016-cı il tarixdə ölmüş Cavabdeh1 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Həmin miras əmlakı ünvan 2i ünvanında yerlşən ümumi sahəsi 0,035 ha olan torpaq sahəsinndən ibarət olmuş və AN-İ ******* saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə 3.000 manat müqabilində satmışdır. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı ASC-yə və Cavabdeh2 qarşı əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət reyestrində bu ipoteka yüklülüyü barədə aparılmış qeydiyyatın və İddiaçı ASC-nin adına verilmiş mənzilə ipoteka hüququna dair çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini Cavabdeh1 vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, Cavabdeh1 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kolegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə kreditin əsas məbləği üzrə 19108,99 manat, faiz borcuna görə 19229,28 manat olmaqla, ümumilikdə 38.338,27 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcun müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 4448 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından və xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 müqavilənin müddətinin bitdiyi xx xxxxxx 2014-cü il tarixə banka 20.583,13 manat əsas borcu və 4377,35 manat faiz borcu müəyyən olunur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qxxxxqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 19108,99 manat, faiz borcu 19229,28 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcunun borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan əsas borcun çox, faiz borcu məbləğinin isə az hesablandığı müəyyən olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan əsas borc məbləğinin ekspertiza rəyində göstərilən həddə hesablana bilməz. Belə ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğinin cavabdehdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya olan əsas borc 19108,99 manat məbləğində, faiz borcu isə 4377,35 manat müəyyən edilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Həmin qərarda göstərilmişdir ki, “vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. İş materiallarından göründüyü kimi borclu Cavabdeh1 vəfat etdikdən sonra X6 onun qanun üzrə vərəsəsi kimi tanınmış və miras əmlak kimi ona çatan ünvan 2i ünvanında yerlşən ümumi sahəsi 0,035 ha olan torpaq sahəsindən ibarət olmuş və AN-İ ******* saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə 3.000 manat müqabilində satmışdır. Belə olan halda ona çatan miras əmlakının həcmi 3.000 təşkil etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh X3 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan ümumi borcun 3.000 manat həddində müəyyən edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-22/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh X5 münasibətdə qismən ləğv edilməli, “xxxx” ASC-nin xeyrinə tutulmalı olan ümumi borcun 3.000 manat hissəsi Cavabdeh2 tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-22/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh X5 münasibətdə qismən ləğv edilsin. “xxxx” ASC-nin xeyrinə tutulmalı olan ümumi borcun 3.000 manat hissəsi Cavabdeh2 tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-13435/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13435/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver