Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1344/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması barədə” ilkin, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının dəyişdirilməsi barədə” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 3696/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd olunması, xx xxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 31,60 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx xxxx 2014-cü il təvəllüdlü X5 və xx xxxxxx 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda ayrı yaşayırlar, uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanılması üçün nəzərdə tutulan alimenti mütəmadi olaraq ödəmir, istədiyi vaxt hissə-hissə ödəyir. Onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. Hazırda özü heç bir yerdə işləmir, başqa gəlir yeri də yoxdur. Cavabdeh isə fotoqraf işləyir və gəlir mənbəyi vardır, lakin alimenti ödəməkdən yayınır, bununla əlaqədar olaraq inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. O, uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, hazırda heç bir yerdə işləmir, xx xxxxx 2020-ci il tarixdən rəsmi şəkildə işsiz şəxs kimi qeydiyyata alınmışdır. İşsizliyinin nəticəsində də heç bir maddi gəliri yoxdur, özü ağır maddi vəziyyət içərisindədir, adına satılması mümkün olan hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur, ölkədə işsiz şəxslər üçün nəzərdə tutulmuş 190 manat məbləğində müavinətdən öz uşaqlarına aliment verməyə razıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-3696/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-1692/2018 saylı qətnaməsi əsasında xx xxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx xxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh ödədiyi 20 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh dövlət rüsumunun kəsrini təşkil edən 10 manat məbləğində rüsumun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə işin hallarına uyğun deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatlar dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahlarından xx xxxx 2014cü il təvəllüdlü X5 və xx xxxxxx 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-1692/2018 saylı qətnaməsi ilə xx xxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 154 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsindən (ilkin iddiaçı artırılmasını, qarşılıqlı iddiaçı azaldılmasını tələb edir) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində müəyyən etmişdir. Həmçinin qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, Cavabdeh maddi cəhətdən çətinlik çəkməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Cavabdeh alimentin ümumi miqdarını ödəmək iqtidarında olmadığını qeyd etsə də, sonuncu məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, 2018-ci ildə 154 manat, 2019-cu ildə 160 manat, 2020-ci il ildə 170 manat olmuş, 2021-ci il üçün isə 175 manat müəyyən olunmuşdur. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və cavabdehin qazancının uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumuna uyğun olmasını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X4” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “X4” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması, heç bir yerdə işləməməsi barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə alaraq cavabdehdən tərəflərin birgə nikahından olan uşaqlarının saxlanılması üçün tutulacaq alimentin miqdarının artırılaraq 160 (cəmi 320) manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3696/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1344/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1344/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver