Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1345/2023 05.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2(005)-3005/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2(005)- 3005/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
2. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(005)-3005/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır.
3. Həmin qərardaddan xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən şikayət verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(005)- 3005/2022 nömrəli qərardadının ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayətin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh elektron qaydada apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2(005)-3005/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2(005)- 3005/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3005/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmişdir.
6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ilkin verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin qətnamə poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehə göndərilmişdir. Daha sonra həmin qətnamədən verilmiş apelyasiya şikayəti məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, nəticə etibarilə də tərəf apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin pozuntusuna yol vermişdir. Cavabdeh apellyasiya şikayətinin qanunla müəyyən edilmiş forma və qaydalarına əməl etməklə apelyasiya şikayəti ilə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər işin ədalətli və açıq araşdırılması hüququna malikdirlər, formal əsaslar üzrə onların məhkəmə aktlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmələrinin qarşısı alınmamalıdır. Bu səbəbdən də müvafiq apelyasiya şikayəti mümkün hesab edilmiş və apelyasiya məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
9. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
10. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3005/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3005/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti dəftərxana vasitəsilə 19 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
13. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2(005)-3005/2022 nömrəli qərardadı ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
14. Cavabdeh tərəfindən tərkar qaydada Elekrton Məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti 26 noyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
15. Göründüyü kimi Cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixindən əvvəl almış, beləliklə də ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuşdur. Birinci instansiya məhkəməsi 13 dekabr 2022-ci il tarixli qərardadında qeyd etmişdir ki, tərəf apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin pozuntusuna yol vermişdir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan, müddətin bərpası barədə vəsatət verilmədən, müddətin bərpası məsələsinə baxmadan şikayəti apellyasiya instansiyasına göndərmişdir.
16. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, e-2(005)- 3005/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fərrux Qasımov