Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1349/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3213/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 1.425 (bir min dörd yüz iyirmi beş) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1.455 (bir min dörd yüz əlli beş) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 1 mənzil 2 ünvanında pasport qeydiyyatında olan Cavabdeh 1.425 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1.455 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan İddiaçı və iş üzrə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə malın nisyə satılması haqqında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1.429 manat olan AC Silerline 16018B01 markalı qaz peçi əldə etmişdir. Cavabdeh göstərilən məbləğdən 4 manat ilkin ödəniş ödədikdən sonra qalan 1.429 manatı hər ay 95 manat olmaqla 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək qalıq 1.425 manat məbləği ödəməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən Femida Hüquq və Konsaltinq Şirkəti MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmişdir. Lakin cavabdeh borcunu ödəməkdən yenidən imtina etmişdir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh səlahiyyətli nümayəndəsi Coşqun Məmmədov apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbi barədə, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə onun iştirakı olmadan baxmış, birtərəfli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması çox saylı ödənişlərin edilməsini nəzərə almamasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh cəmi 1.455 (bir min dörd yüz əlli beş) manat pul vəsaitinin 730 (yeddi yüz oğuz) manat məbləğində əsas borcun tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməməlidr, Cavabdeh 695 (altı yüz doxsan beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etməməkə işi tam və hərtərəfli araşdırmadan həqiqətə nail olmamışdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxx 2018-ci il tarixli malın nisyə satışı haqqında alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh ümumi dəyəri 1.429 manat olan AC Silerline 16018B01 markalı qaz peçi əldə etmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxxx 2020-ci il tarixə malın nisyə satılması haqqında alğı-satqı müqaviləsinə əsasən 1.425 manat qalıq borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı iddiasını təmin edərkən cavabdehin mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyini qeyd edib mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Cavabdeh apellyasiya şikayətinə müxtəlif vaxtlarda iddiaçıya olan borcundan bir qismini ödədiyi haqda ödəniş qəbzləri əlavə edərək, təqdim etmişdir. Həmin qəbzlər araşdırılmış və müəyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda (95+150+100+95+95+100+95) cəmi 730 manat ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi göstərilən ödənişləri nəzərə almadan, iddia tələbini tam təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2.-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi Coşqun Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh cəmi 1.455 (bir min dörd yüz əlli beş) manat pul vəsaitinin 730 (yeddi yüz oğuz) manat məbləğində borcun tutulması hissəsində ləğv edilisin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan, iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh 695 (altı yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 15 manatı İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1349/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1349/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver