Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1352/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq onun “xxxx” ASC-nin Göyçay filialına ABŞ dollarının manata 1.20 manat məzənnəsi ilə ödəmiş olduğu məbləğin ümumilikdə kompensasiya olunmuş 0.40 manat hissəsi hesablanmaqla, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1770 manat kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardad, işin ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması ilə əsaslandırlmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, ləğv olunmasını və iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün icraata götürülməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə prosesinin gedişatı barədə ona rəsmi qaydada məlumat verilməmiş, iş üzrə qəbul edilmiş məhkəmə aktı ona yalnız xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Qərardadda ƏSF-nin hüquqi ünvanının yalnış göstərildiyi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 olaraq düzgün göstərilmiş və iddia ərizəsi aidiyyəti üzrə düzgün verilmişdir. Xətai Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, rayon məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci, 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Baxılan iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40-da yerləşir. Göründüyü kimi, İddiaçı, cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya” tələbinə dair iddiasını ərazi aidiyyəti qaydasına zidd olaraq, Xətai Rayon Məhkəməsində qaldırmışdır. Ona görə də, şikayət əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1643/2020 nömrəli, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1352/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1352/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver