Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1354/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-635/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 16.000 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarıb prokurorluğa göndərilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən ona qarşı olan qanunsuz müdaxilə və maneələrin aradan qaldırılması və ona qarşı pul tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-635/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(011)- 635/2020 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdehə qarşı olan qanunsuz müdaxilə və maneələr məhkəmə baxışı zamanı yarandığı üçün qarşılıqlı iddia ərizəsini həmin zaman verməli olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-635/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, qarşılıqlı iddia qəbul olunub baxılmalı idi. Ən azından hazırki qərardaddan şikayət verilmə müddəti gözlənilib qətnamə çıxarılmalı idi. Bunu prosessual pozuntu hesab edir və məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mülki iş xx xxxxxx 2019-cu il tarixdən Xətai Rayon Məhkəməsinin icraatındadır. Bu müddət ərzində cavabdeh tərəf qanunvericiliyin ona verdiyi prosessual imkanlardan kifayət qədər istifadə etmiş və işin gedişatının süni yollarla uzadılmasına müxtəlif cəhdlər göstərmişdir. Cavabdeh məhkəmə araşdırmasının aparıldığı vaxtda etibarnamə üzrə nümayəndəsi və vəkili ilə təmsil edilmişdir. Məhkəmənin keçirdiyi baxış iclaslarında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə iclaslarının təxirə salınması barədə hər hansı vəsatətlə məhkəməyə müraciət etməmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclası zamanı sədrlik edənin iş üzrə halların tədqiqinin qurtardığını elan etməsi və məhkəmə çıxışları hissəsinə keçildiyini elan etməsindən sonra cavabdehin nümayəndəsi və vəkili çıxışlar mərhələsinə hazırlaşması üçün iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin növbəti iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə cavabdeh elektron məhkəmə sistemi vasitəsi ilə qarşılıqlı iddia ərizəsini təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin məhz məhkəmə çıxışları mərhələsində verilməsi qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, cavabdeh tərəfin növbəti dəfə məhkəmə prosesinin süni yolla uzadılması mənasına gəlir. Odur ki, hazırkı iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və qarşılıqlı iddianın icraata götürülməsi üçün üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmış və işin hallarına uyğun olmuşdur. İkincisi, qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində sonradan əmələ gəlməsi iş materialları ilə təsdiq olunmur. Bununla yanaşı, Cavabdeh Emil Bədirxanova ayrıca icraatda məhkəməyə müraciət etməsinə də hər hansı bir maneə yoxdur. Üçüncüsü, ilk iddia üzrə artıq yekun məhkəmə aktı çıxarılmışdır. Bu cür vəziyyətdə qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılması onsuzda mümkünsüz hala çevrilmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-635/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1354/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1354/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver