Məhkəmə qərarları › İş №2(103)-1356/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1356/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1356/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 10436/2017 saylı qərardadından iddiaçı Ləğv prosesində olan “X8” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-10436/2017 saylı qərardadı ilə Cavabdeh məxsus “Nexia” minik markalı, **-NZ-*** dövlət nömrə nişanlı, “Daewoo Nexıa” minik markalı, **-LU-*** dövlət nömrə nişanlı, “Nexia” minik markalı, **-NV-*** dövlət nömrə nişanlı, “Nexia-2 Sonc” minik markalı, **-RA-*** dövlət nömrə nişanlı, “Nexia-2 Sohc” minik markalı, **-RD-*** dövlət nömrə nişanlı, “Daewoo Nexıa” minik markalı, **-KA-*** dövlət nömrə nişanlı və “Kia-Rio” minik markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-10436/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-ci il tarixli, 38-1440- 12 saylı kredit müqaviləsi üzrə 6.273,27 manat əsas borcun, 217,48 manat faiz borcunun, xx.xx.2012-ci il tarixli, 41-1440-12 saylı kredit müqaviləsi üzrə 4.986,94 manat əsas borcun, 201,55 manat faiz borcunun, xx.xx.2012-ci il tarixli, 46-1440-12 saylı kredit müqaviləsi üzrə 8.312,21 manat əsas borcun, 960,54 manat faiz borcunun, xx.xx.2012-ci il tarixli, 59-1440-12 saylı kredit müqaviləsi üzrə 8.225,93 manat əsas borcun, 1.105,08 manat faiz borcunun, xx.xx.2013-cü il tarixli, 03-1440-13 saylı kredit müqaviləsi üzrə 3.084,25 manat əsas borcun, 782,36 manat faiz borcunun, xx.xx.2013-cü il tarixli, 04- 1440-13 saylı kredit müqaviləsi üzrə 8.054,82 manat əsas borcun, 1.933,35 manat faiz borcunun, ümumilikdə 44.137,78 manat borcun və dövlət rüsumunun əvəzi olaraq 26 manatın LPO “X7” ASC-nin xeyrinə tutulması, xx.xx.2012-ci il tarixli, 41-1440-12 saylı kredit müqaviləsi üzrə tələbin “Nexia-minik” markalı, **-NZ-*** dövlət nömrə nişanlı, xx.xx.2013-cü il tarixli, 03-1440-13 saylı kredit müqaviləsi üzrə tələbin “DAEWOO NEXİAminik” markalı, **-LU-*** dövlət nömrə nişanlı, xx.xx.2012-ci il tarixli, 38-1440-12 saylı kredit müqaviləsi üzrə tələbin “Nexia” minik markalı, **-NV-*** dövlət nömrə nişanlı, xx.xx.2012-ci il tarixli, 46-1440-12 saylı kredit müqaviləsi üzrə tələbin “Nexia-2 Sonc” minik markalı, **-RA-*** dövlət nömrə nişanlı, xx.xx.2012-ci il tarixli, 59-1440-12 saylı kredit müqaviləsi üzrə tələbin “Nexia-2 Sohc” minik markalı, **-RD-*** dövlət nömrə nişanlı, xx.xx.2013-cü il tarixli, 04-1440-13 saylı kredit müqaviləsi üzrə tələbin “Daewoo Nexıa” minik markalı, **-KA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış avtomaşının hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq LPO “X7” ASC-nin xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, birləşdirilən iddianın təmin edilməsi, Cavabdeh və “X7” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 051-360-15 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, xx.xx.2015-ci il tarixli, 051-360-15 saylı ipoteka müqaviləsi üzrə “Kia-Rio” minik markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, KNADM412AD6204500 ban nömrəli nəqliyyat vasitəsinə dair ipoteka yüklülüyünün ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-10436/2017 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-10436/2017 saylı qərardadı ilə Cavabdeh məxsus “Nexia-minik” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan sonra Cavabdeh ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 03-1440-13 saylı kredit müqaviləsinin təminatı olan ona məxsus “Daewoo Nexıa” minik markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 10436/2017 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-10436/2017 saylı qərardadı ilə Cavabdeh məxsus “DAEWOO NEXİA” minik markalı, **-LU-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Həmin qərardaddan iddiaçı Ləğv prosesində olan “X8” ASC şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-10436/2017 saylı qətnaməsi üzrə xx.xx.2012ci il tarixli, 38-1440-12 saylı kredit müqaviləsi üzrə olan borcunu, xx.xx.2012-ci il tarixli, 41- 1440-12 saylı kredit müqaviləsi üzrə olan borcunu və xx.xx.2013-cü il tarixli, 03-1440-13 saylı kredit müqaviləsi üzrə olan borcunu tam olaraq ödəmişdir. Ödənilən kredit müqavilələri üzrə cavabdehin borcu mövcud olmadığı üçün həmin kredit müqavilələri əsasında ipoteka ilə yüklü edilmiş “NEXİA” minik markalı, **-NZ-*** dövlət nömrə nişanlı, “DAEWO NEXİA” minik markalı, **-LU-*** dövlət nömrə nişanlı, “NEXİA” minik markalı, **- NV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə xitam verilməsinə dair müvafiq orqana LPO “X7” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinə İpoteka haqqında qanunun 48.2-ci maddəsində əsasən ərizə ilə müraciət edilmişdir. xx.xx.2012-ci il tarixli, 46-1440-12 saylı kredit müqaviləsi üzrə 8.312,21 manat əsas, 960,54 manat faiz borcundan, ümumilikdə 4.509 manat məbləğində ödəniş etmişdir. Lakin xx.xx.2017-ci il tarixli, 2(001)-10436/2017 saylı qətnaməyə əsasən xx.xx.2012-ci il tarixli, 59-1440-12 saylı kredit müqaviləsi üzrə 8.225,93 manat əsas borc, 1.105,08 manat faiz borcu və xx.xx.2013-cü il tarixli, 04-1440-13 saylı kredit müqaviləsi üzrə 8.054,82 manat əsas borc, 1.933,35 manat faiz borcu bu günə kimi icra olunmamışdır. Cavabdeh Bəkdəmirov X3 Sığortalanması Fondu tərəfindən ona təqdim edilmiş üç kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyinin olmamasına dair xx.xx.2023-cü il tarixli, **********049 saylı məktuba və həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinə xx.xx.2023-cü il tarixli, **********075 saylı “yüklülüyün ləğv edilməsi barədə” ərizəsinə əsaslanaraq “DAEWO NEXİA” minik markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-10436/2017 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İpotekaya xitam verilməsi qətnamənin icra olunmasına görə nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsas deyildir. Avtomobillərin üzərinə həbs ondan ötrü qoyulmuşdur ki, qətnamədə göstərilən ümumilikdə 44.137,78 manat borc cavabdehdən tutlaraq tam icra olunsun. Belə olduğu halda şübhəsiz ki, cavabdeh xx.xx.2024-cü il tarixli, 2(001)- 10436/2017 saylı qərardada əsaslanaraq digər yararlı avtomobillərin ipotekadan azad edilməsi üçün növbəti addımlar atacaqdır. Yararsız avtomobillər üzrə olan kredit borcunun ödənilməsindən yayınacaqdır. Bu isə gələcəkdə 2(001)-10436/2017 saylı qətnamənin icra edilməməsinə gətirib çıxaracaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 10436/2017 saylı qərardadı ilə iddiaçı “X8” ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər; 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən həbsin götürülməsi tələb edilən “DAEWOO NEXİA” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi məhz xx.xx.2013-cü il tarixli, 03-1440-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş, daha sonra bu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunmaması ilə bağlı tərəflər arasında yaranmış məhkəmə mübahisəsi ilə bağlı həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra həmin müqavilə üzrə mövcud olan borc cavabdeh tərəfindən tam ödənilmiş və bu barədə iddiaçı tərəfindən borcun olmaması ilə bağlı arayış verilmişdir. Cavabdeh də bunu əsas gətirərək, avtomobilin üzərində olan həbsin götürülməsini xahiş etmişdir. İddiaçı isə digər kredit müqavilələri üzrə banka olan borcun cavabdeh tərəfindən tam ödənilməsinin təmin edilməsi məqsədi ilə avtomobilin üzərində həbsin saxlanılmasını tələb edir. Halbuki, cavabdehin mülkiyyətində olan və üzərinə həbs qoyulmuş bu avtomobil iddiaçı tərəfindən mübahisələndirilən hər hansı digər kredit müqaviləsinin deyil, yalnız xx.xx.2013-cü il tarixli, 03-1440-13 saylı kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli məktubu ilə də müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc məbləği tam ödənilmiş və hazırda Cavabdeh bu kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəlikləri mövcud deyildir. Bu da öz növbəsində ərizənin təmin edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq “Daewoo Nexıa” minik markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsi götürmüşdür. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “X8” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 10436/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar