Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1361/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4783/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4783/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 1836,3 manat məbləğində əsas borc və 555,82 manat faiz borcu olmaqla, ümumilikdə 2392,12 (iki min üç yüz doxsan iki manat on iki qəpik) manat kredit borcu və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçıASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4783/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi cavabdeh kimi onun hüquqlarını pozur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4783/2021 saylı, 16 dekabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən göstərmişdir ki, MPMdə Əlavə 2-də prosessual qanunvericilik apellyasiya şikayətinin tərtib edilmə forması müəyyən edilmişdir. Həmin formaya riayət etməklə tərtib edilmiş apellyasiya şikayəti mümkün hesab edilib, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, apellyasiya şikayəti MPM-in tələblərinə riayət edilmədən, o cümlədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılması düzgün olmuşdur. İkincisi, apellyasiya şikayətinin formasına riayət edilməklə elektron kabinet vasitəsilə verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Ona görə də məhkəmənin mövqeyi cavabdehin hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4783/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1361/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1361/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver