Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1361/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı, eyni zamanda üçüncü şəxs X3 iddiası üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair ilk, iddiaçılar X7 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(001)-211/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X12 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin sahibliyində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X12 və Cavabdeh2 iddiaçı qismində İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilk iddiasının rədd edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), X7 mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və onun zəbt etdiyi qeyd edilən 0,00915 ha torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan sonra X8 adlı şəxs müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilk iddiasının rədd olunması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha torpaq sahəsində İddiaçı tikdirdiyi, xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilməsi, X7 mülkiyyətində olmaqla ünvan 1 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçaların sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X7 maraqlarına toxunan hissədə, yəni X7 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X7 mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X3 istifadəsində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmənin İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsinin isə müştərək qaydada X5 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumlarının hər iki iddia üzrə iddiaçılara aid edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı, X12, Cavabdeh2 və X8 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin olunmayan hissəsində təmin edilməsi, onlara qarşı irəli sürülmüş iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9768/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X12, Cavabdeh2 və X8 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qismən, İddiaçı yeni tikdirdiyi ev ilə X10 və Cavabdeh2 evinin arasındakı boşluğun küçədən ayıran divara aid hissədə və yeni tikilən evin rekonstruksiya olunması hissəsində ləğv edilməsi, həmin hissədə X12, Cavabdeh2 və X3 iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı yeni inşa etdirdiyi ev ilə, X12 və Cavabdeh2 evi arasında boğluğu küçədən ayıran hasarın 2,2 metr hündürlüyə qədər, İddiaçı inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağının sağ başlanğıcdan 4,6 metrlik divarının 1,5 metr məsafədə İddiaçı hesabına sökülməsi, X12 və Cavabdeh2, X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4752/2022 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9768/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası “evlərin divarları arasındakı boşluqda inşa edilmiş hasar və qapının sökülməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair hissələrdə ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Təkrar apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı, X12, Cavabdeh2 və X8 tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmalı, mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər X12, Cavabdeh2 və X8 tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1361/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1361/2023
09.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver