Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1370/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada onun xeyrinə 2.020 manat və hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində iddiaçıya məxsus olan “Toyota Prius” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, 9 mikrorayon, Mir Cəlal küçəsində etibarnamə əsasında X2 tərəfindən idarə olunan zaman digər avtomobil “Kia Forte” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr qaydalarını pozaraq iddiaçıya məxsus avtomobilin qabaq sağ tərəfindən vuraraq toqquşmuşdur. Nəticədə cavabdehin təqsiri ucbatından iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi ödənilməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 1.515 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizanın xərci olan 50 manat məbləğində pulun Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı, notarial qaydada təsdiq edilmiş ərizə ilə Məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və xahiş etmişdir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilsin. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş ziyanın Cavabdeh2 tərəfindən iddiaçıya ödənilmışdır. “İddiadan imtina barədə” ərizəni və iş materiallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçının özü tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-in 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1370/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1370/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver