Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1371/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə yaranmış 8.000 manat əsas borc məbləğinin, bank uçot faiz dərəcəsi kimi əldən çıxan faydaya görə hesablanmış 592 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsinə görə yaranmış 400 manat məbləğində pulun, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 8.000 manat borc vermiş, borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər borc verən tərəfindən icra edilmiş, 8.000 manat məbləğində borc məbləği Cavabdeh verilmişdir. Lakin Cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni 8.000 manat borc pulu xx.xx.2019cu il tarixə qədər qaytarmalı olduğu halda iddiaçıya qaytarmamışdır. Nəticədə Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8.000 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Tərəfindən cavabdehə dəfələrlə müraciət olunaraq borcun ödənilməsi xahiş olunmuş, bu barədə cavabdehə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh müraciətləri cavabsız qoymuşdur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq 8000 manat üçün illik 5%, yəni 400 manat (8000x5%) məbləğində pul vəsaiti də onun xeyrinə cavabdehdən tutulmalıdır. Müqavilə üzrə yaranmış əsas borc ödənilmədiyi üçün cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq əldən çıxmış fayda kimi ona ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi orta məbləğ olaraq 7,4 % kimi hesablanmışdır. Ona görə də uçot faiz dərəcəsi olaraq hesablanmış 592 manat (8000x7,4%) məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan əlavə cavabdeh onun pulunu qaytarmamaqla və onu hər dəfə aldatmaqla, vaxtını almaqla onun əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur ki, bununla da ona mənəvi zərər vurulmuşdur. Mənəvi zərərin əvəzi olaraq 5.000 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borca görə 8.000 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 8.031 manat İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və ona görə də ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin mahiyyətindən göründüyü kimi, əgər borclu öhdəliyini vaxtında yerinə yetirməmişdirsə, o zaman borcunu qaytarmağı gecikdirdiyi müddət üçün illik beş faiz ödəməlidir. Məhkəmənin borcun qaytarılmadığını təsdiq etdikdən sonra bu normanı tətbiq etməməsinin heç bir qanuni əsası yoxdur. Məhkəmə qətnamədə müqavilə üzrə əsas borc ödənilmədiyi üçün cavabdehdən bank faizinin uçot dərəcəsinin tutulması barədə olan tələbini də rədd edərkən ona əsaslanmışdır ki, cavadehin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Əgər cavabdeh bu pulu alıbsa və qaytarmırsa bunun özü məntiqi olaraq belə bir nəticəyə gəlməyə əsas verir ki, bu puldan öz mənfəəti üçün istifadə etmiş dolayısı ilə də fayda götürmüşdür. Mənəvi sarsıntı ilə bağlı tələbi də həmçinin digərləri kimi sübuta yetirilmədiyi əsası ilə qanunsuz olaraq rədd edilib. Belə ki, cavabdeh borcunu qaytarmalı olduğu vaxtda qaytarmayıb, əsəb, stres keçirməsinə səbəb olmuşdur. Mənəvi sarsıntı insanın şüurunda özünü təzahür etdirir və bunun faktiki olaraq gözə görünməsi mümkün deyil. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi prosessual və normaların pozulması ilə qəbul edildiyi üçün əsassızdır. Belə ki, xx.xx.2015ci il tarixli Kredit müqaviləsi formal xarakterli müqavilədir. Onunla İddiaçı arasında heç bir pul öhdəliyi olmamışdır. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə ona İddiaçı tərəfindən heç bir pul ödənilməmişdir. Borc müqaviləsi bağlanan zaman ödənilməli məbləğ borc alanın bank hesabına qoyulmalı və həmin qəbz borc müqaviləsi üzrə olan qovluğa əlavə edilməli idi. Göründüyü kimi Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsizdir. Çünki o, İddiaçı bu müqavilə qarşılığında heç bir pul vəsaiti almamışdır. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Belə ki, həmin halların araşdırılması üçün İddiaçı məhkəmədə iştirak edərək suallara şəxsən cavab verməsi zərurəti olduğunu məhkəmədən xahiş etməyinə baxmayaraq hakim tərəfindən təmin edilməmişdirir. Yalnız müqavilə öhdəliyinin olduğunu bildirən tərəf başqa heç bir sübut təqdim edə bilmir. Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əsasən borc müqaviləsi bağlanan zaman depozitə pul qəbul edilmədiyi bildirilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X3 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, İddiaçı apelyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Cavabdeh isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaşının və cavabdehin apelyasiya şikayətlərində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 8.000 manat faizsiz kredit almışdır. İş materiallarında olan, borcverən İddiaçı borcalan Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli pretenziyadan görünür ki, borc verən borcalana kredit müqavilə üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası, cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödəməli olması barədə İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasından görünür ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Lakin, cavabdehin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutlar İddiaçı tərəfindən ya birinci instansiya, yada ki, apelyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, eyni zamanda icranın gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə pul tələbi barədə İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşaqıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti xx.xx.2019-cu il tarixədək müəyyən olunduğundan, İddiaçı borcun vaxtında qaytarılmaması nəticəsində ona ziyan vurulması barədə sübutları məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin İddiaçı 5.000 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərilən hallarla bağlı, yəni İddiaçıla aralarında bağlanmış Kredit müqaviləsinin formal xarakterli müqavilə olduğunu, onunla İddiaçı arasında heç bir pul öhdəliyinin olmadığını göstərsə də, qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, tərəflərin apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı və Cavabdeh apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3958/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1371/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1371/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver