Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1371/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin boşaldılması tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və qeyriyaşayış sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 09 iyul 2019-cu il tarixli, DEN-00009- 02/19A saylı kredit müqaviləsi üzrə 2.052.534,99 (iki milyon əlli iki min beş yüz otuz dörd manat, doxsan doqquz qəpik) manat əsas, 13.815,98 (on üç min səkkiz yüz on beş manat, doxsan səkkiz qəpik) manat faiz, habelə 30,40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.066.381,37 (iki milyon altmış altı min üç yüz səksən bir manat, otuz yeddi qəpik) manat məbləğində pulun alınaraq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (1/2 hissəsinə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.600.000 (iki milyon altı yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (yaradıcılıq emalatxanası) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yaradıcılıq emalatxanası) boşaldılması, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 800 (səkkiz yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMCnin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcunun məbləği 9.797,29 manat müəyyən edilmiş, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə əsas borc kimi 2.052.534,99 manat, faiz borcu kimi 9.797,29 manat, dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 2.062.362,68 (iki milyon altmış iki min üç yüz altmış iki tam yüzdə altmış səkkiz) manat tutulması qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti məhkəmənin 2(103)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müddət ötürülməklə verildiyindən geri qaytarılmış, həmin qərardaddan isə kassasiya şikayəti verilməmiş, beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırda üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-574/2021 nömrəli qətnaməsinin qismən, yəni ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (1/2 hissəsinin) ilkin satış qiymətinin 2.600.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması hissəsində ləğv edilməsinə və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini yalnız "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı əsasında müəyyən etmiş, ipoteka qoyanın həmin ilkin satış qiyməti ilə razı olub-olmamasını müəyyənləşdirməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satiş qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin əmlakın "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı əsasında müəyyən edilmiş 2.600.000 manat məbləğində olan satış qiyməti əmlakın real bazar dəyərini özündə əks etdirməyərək, aşağı qiymətə qiymətləndirilmişdir. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, bununla ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 2.600.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması barədə qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bildirdi ki, hazırki apellyasiya baxışının predmeti olan hissəyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində hüquqi qiymət verilmişdir, həmin qətnamə isə qanuni qüvvəyə minmiş və icra edilmişdir, odur ki, apellyasiya qeyri-mümkün hesab edilməklə, apellyasiya baxışına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxılarkən apellyasiya baxışının predmeti yalnız borcun məbləği ilə bağlı olmuşdur, ipoteka predmetinin qiyməti ilə bağlı məsələ ilə apellyasiya baxışının predmeti olmayıb. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olmadığından onun apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti real bazar dəyərini özündə əks etdirməyərək, aşağı qiymətə qiymətləndirilmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, üçüncü şəxsin bu dəlilinə Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxılarkən artıq hüquqi qiymət verilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, kredit alan kredit öhdəliyini lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə uyğundur, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub, yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 2(103)-8785/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olmadığından onun apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 2(103)-8785/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1371/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1371/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver