Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1371/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 saylı 30 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AD 826344 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir.
2. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” ƏN-Vİ № 286142 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən X9 tərəfindən İddiaçı "Lada Granta" minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2032-ci il tarixinədək etibarnamə verilmişdir.
3. AC 496537 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X11” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsi “Təcili və X7 Stansiyası” publik hüquqi şəxsin balansındadır.
4. “Təcili və X7 Stansiyası” publik hüquqi şəxsi tərəfindən verilmiş 05417 nömrəli Yol vərəqəsinin surətindən görünür ki, “X11” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2032-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yol vərəqəsi əsasında sürücü X8 verilmişdir. O, tibbi müayinələrdən keçməklə sürücü kimi işə buraxılmışdır.
5. Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “X11” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təxirə salınmaz təcili tibbi yardım avtomobilinin sürücüsü X4 inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material və qərarının surəti Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir.
6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 202570 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri və zəhmət haqqı nəzərə alınmaqla, cəmi 12.144 manat məbləğində maddi ziyan dəymişdir.
7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə qəbzindən görünür ki, X3 hesabına 5.000 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər X8 və “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7.144 manat dəymiş ziyanın və ödənilmiş 105 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində “X11” markalı **-JH-*** dövlət nömrə nişanlı xüsusi təyinatlı X6 avtomobili ilə onun idarə etdiyi “Lada Granta” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində xəsarət almışdır. xx.xx.2023-cü il tarixdə onun sərxoşluq vəziyyəti yoxlanılmış və 2/21449 saylı aktla təsdiq edilmişdir ki, onda sərxoşluq vəziyyəti olmamışdır və ayıq göstərilmişdir. İş üzrə MTE-nın xx.xx.2023-cü il tarixli 964 saylı rəyində qeyd edildiyi kimi sağ qalça darağı nahiyəsində, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi nahiyəsinin qançırı aşkar edilmişdir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilməmişdir. Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Saleh Salahzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına görə hadisədə təqsirli olan X4 İXM-nin 327.2-ci maddəsi əsasında inzibati protokol tərtib olunmuşdur. "xxxx" ASC-nin zərərin qiymətləndirilməsinə dair hesabatına görə 12.144 manat ziyan dəymiş, sığorta təşkilatı tərəfindən cəmi 5.000 manat pul ödənilmişdir. 7.144 manat dəymiş ziyanı isə cavabdehlər ödəmir. Cavabdeh AR SN-nin TTTYS-na məxsus avtomobili idarə etdiyini və həmin müəssisənin işçisi olduğunu nəzərə alaraq vurulmuş ziyana görə birgə məsuliyyət daşıyırlar.
10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək X4 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 saylı 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsindən 7.144 manat pul və 105 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdehin işçisinin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxs işəgötürən olaraq dəymiş ziyanın ödənilməsinə görə məsuliyyət daşıdığından, dəymiş ziyanın əvəzini Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.
13. Məhkəmə Azərbaycan Respublikasının MM-nin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1114.1 və 1115-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 saylı 30 avqust 2024-cü il tarixli qətnaməsinin 7.144 manat məbləğində pulun cavabdehdən iddiaçının lehinə tutulması hissəsində ləğv edilərək işin hallarının tam, hərtərəfli və obyektiv formada araşdıraraq 1000 manat məbləğində vurulmuş zərərin əvəzinin cavabdehdən iddiaçının lehinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği işin mübahisələndirilən halıdır. İddiaçıya, həqiqətən də, maddi zərər vurulması faktı işin mübahisəsiz halı olsa da, hansı məbləğdə zərərin əvəzinin cavabdehdən tutulmalı olması ilə bağlı mübahisənin mövcudluğu həmin məsələnin tam və hərtərəfli araşdırılmasını şərtləndirməkdə idi. Bu məqsədlə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı, ekspertizanın nəticəsindəki rəy qiymətləndirmə hesabatı ilə müqayisə olunmalı və nəticədə vurulmuş faktiki real zərərin məbləği müəyyənləşdirilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunsa da, Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş vəsatətlə ekspertizanın aparılması üçün əlavə tədqiqat materiallarının göndərilməsi xahiş olunmuşdur. Həmin vəsatətdə maşının hansı hissələrinə zərər vurulmasının müəyyənləşdirilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş qüsur aktının təqdim edilməsi xahiş olunmuş, lakin birinci instansiya məhkəməsi iş materiallarında olan həmin aktı təqdim etmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Bu da birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması prinsipinə etinasızlıqla yanaşıldığını təsdiq etməkdədir. Birinci instansiya məhkəməsi həmin vaxt müvafiq prinsipləri rəhbər tutmaqla vəsatəti təmin etməli, vəsatəti təmin etməsə belə ekspertizanın keçirilməsindən imtina olunmasından sonra yenidən ekspertizanın keçirilməsini təmin edərək ekspert rəyini əldə etməli idi. İddiaçı tərəfindən təqdim edilmiş və "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında 2020-ci il buraxılışlı, “LADA (VAZ) GRANTA markalı avtomobilə dəymiş zərərin məbləği 12.144 manat müəyyənləşdirilsə də, qiymətləndirilən əmlakın özünün bazar qiyməti, modeli həmin məbləğinin mötəbərliliyini şübhə altına almaqdadır. Avtomobillərin satışı üçün nəzərdə tutulmuş internet saytlarında buraxılış ili 2020-ci il olan eyni model avtomobillərin satış qiyməti 14000-15000 manat civarında müəyyən olunmuşdur ki, qiymətləndirmə hesabatında qeyd olunan 12144 manat, demək olar ki, həmin model avtomobillərin satış qiymətinə uyğun gəlməklə qeyd olunan məbləğlə bağlı şübhələrinin əsaslı olduğunu göstərməkdədir. İşin hallarının hərtərəfli araşdırılması mövcud şübhələrin aradan qaldırılmaqla dəymiş zərərin məbləğinin müəyyənləşdirilməyini şərtləndirirdisə də, birinci instansiya məhkəməsi həmin məbləği müəyyənləşdirmədən sadəcə mötəbərliliyi şübhə doğuran qiymətləndirmə hesabatına istinad etməklə iddia tələbini təmin etmişdir ki, bu da qeyd olunan prinsiplərin Nizami Rayon Məhkəməsi tərəfindən pozulduğunu göstərir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. Cavabdehin nümayəndəsinin iddianı 1000 manat məbləğində etiraf etməsi də, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün tam olaraq yoxlanılmasını istisna etmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar ümumiyyətlə Paşa Sığortanın 5000 manatlıq sığorta vediyini bilmirdilər. İlkin dəyən zərər əsasında sənədlər verilmişdir. Paşa Sığortanın burada heç bir marağı yoxdur. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilmə əsasları Mülki Məcəllənin 181.2-ci maddəsi ilə müəyyən edilir. Üçüncü şəxs qismində cəlb edilən şəxsin dedikləri Mülki Məcəllənin 181.2-ci maddəsinin tələblərinə uyğundur. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən şəxs X9 bildirmişdir ki, həmin ərəfədə o, müdir sürücüsü kimi işləyirdi. Onun maşına ehtiyacı yox idi, maşını oğlu üçün almışdı. Maşını oğlunun adına keçirmək istəyirdi, sadəcə vaxt olmurdu deyə bu məsələ qalırdı. Bunun üçün Xırdalana getməli idi, amma vaxtı olmurdu.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 25.158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 26.159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 27.160-cu maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 28.161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 29.164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 30.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 31.1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 32.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 33.1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 34.1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
35.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (4.1-ci maddə). 36.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 39.Tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3).
40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli Qərarında nümayiş etdirilir: ... mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki apelyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 43.Hazırda mübahisələndirilən qətnamədən göründüyü kimi iddianın əsaslı olduğuna dair qənaətə gələn birinci instansiya məhkəməsi cavabdehin işçisinin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu şəkildə mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğunu, bununla əlaqədar tərəflər arasında mübahisəli mülki hüquq münasibətlərinin yarandığını, cavabdehin işəgötürən olaraq dəymiş ziyanın ödənilməsinə görə iddiaçının qarşısında məsuliyyət daşıdığını, dəymiş ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən cavabdehdən tələb etmək hüququ olan iddiaçıya ödəməli olduğunu müəyyən etmişdir. 44.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olub-olmamasının araşdırılmadığına istinad etməsə də, Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə edilən hüquqi mövqeyə görə nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə olan halda məhkəmə kollegiyası, apellyasiya şikayətində istinad olunan dəlillərdən asılı olmayaraq sözügedən məsələnin yoxlanılmasının zəruri olduğu qənaətinə gəlir. 45.Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. 46.Bununla belə, bu cür müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı, “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli Qərarı). 47.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin dəyərləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 157, 158 və 164-cü maddələrinin məzmununa uyğun aparılmalıdır. 48.Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 49.Həmin maddənin məzmunundan göründüyü kimi şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. 50.Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 51.Beləliklə də, mülki qanunvericilikdə əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. 52.Qeyd edilməlidir ki, mülkiyyətçi olmayan lakin qanunda və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs, baş vermiş mülki hüquq pozuntusu (delikt) nəticəsində sahiblik etdiyi əşyaya olan hüququnun pozulması ilə deyil, məhz əmlaka olan sahibliyinin pozulması ilə əlaqədar dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 53.Məsələn, əmlaka münasibətdə qanuni sahib olmasına əsaslanan şəxsin, baş vermiş mülki hüquq pozuntusu (delikt) nəticəsində qanunla müdafiə olunan sahiblik imkanından məhrum olduğu, bununla bağlı xərc çəkdiyi, müvafiq müddət ərzində gəlir əldə etmədiyi və ya əşyanın sahibliyi pozulanadək mövcud olmuş vəziyyətə qaytarmaq üçün xərc çəkdiyi və ya çəkməli olduğu, habelə qanuna və müqaviləyə əsasən əmlakın mülkiyyətçisi qarşısında sahiblik etdiyi əmlaka dair hər hansı formada və həcmdə öhdəlik götürərək məsuliyyət daşıdığı, bununla əlaqədar maddi zərərə uğradığı təqdirdə, zərərin əvəzinin ödənilməsini tələb etmək üzrə subyektiv hüququnun mövcudluğu tanınmalıdır. 54.Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 55.Beləliklə də, üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olan əmlakın mülkiyyətçisi olmayan sahibin zərərin əvəzinin ödənilməsini tələb edərkən müdafiə obyekti, yəni qanunla qorunan marağı - zərərin yaranmasına zəmin yaratmış mülki hüquq pozuntusu (delikt) baş verməsi nəticəsində onun pozulmuş sahibliyi və bu sahibliyi bərpa etməli olması ilə əlaqədar düşdüyü itkilərdən ibarətdir. 56.Hazırkı mülki işin hallarından da görünür ki, iddiaçının atası – X9 özünə məxsus mübahisəli nəqliyyat vasitəsini, rəsmi dövlət reyestrində qeydə alınmalı olan daşınar əşya ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair etibarnamə ilə (əvəzsiz şəkildə) iddiaçının sahibliyinə və istifadəsinə versə də, özü bu əmlakın mülkiyyətçisi olaraq qalmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanunla qorunan mənafeyinin pozulduğu, real zərər və ya əldən çıxmış fayda formasında maddi zərərə uğradığı və yaxud da ki, əmlakın mülkiyyətçisi olan X9 qarşısında hər hansı həcmdə öhdəliyi yarandığı hallarının müəyyən edilməsi mümkün olmamışdır.
57. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 202570 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə qəbzindən da görünür ki, “Lada (VAZ) Granta” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin 5.000 manatı məbləğində sığorta ödənişi məhz avtomobilin mülkiyyətçisi olan X5 ödənilmişdir. 58.Belə olan halda, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, o cümlədən həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik deyildir. Törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində onun qanunla müdafiə olunan hər hansı hüququ pozulmamışdır. Əks yanaşma hazırkı iddiaçının cavabdehin hesabına əsassız varlanmasına zəmin yaradar. 59.Mübahisələndirilən qətnamədən isə görünür ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 157.8, 158.4 və 164-cü maddələrini düzgün tətbiq etməmiş, iddiaçının istifadəsində olan avtomobilə mülkiyyət hüququnun olmadığı təqdirdə, avtomobilə dəymiş zərəri hansı hüquqla tələb edə bildiyini araşdırmamış, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə müvafiq subyektiv hüquqa, yəni dəymiş zərəri tələb etmək hüququna malik olub-olmamasını yuxarıda sadalanan maddələrə əsasən dəyərləndirməmiş, iddianın əsaslı olması qənaətinə gəlmişlər. 60.Halbuki etibarnamə əsasında əmlaka sahiblik edən şəxsin əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun hər bir halda sahiblik etdiyi əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək üzrə subyektiv hüququnun olmasına dəlalət etmir. 61.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. 62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” 63.Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. 64.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 65.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, İddiaçı cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinə qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. 66.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 67.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 68.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-465/2024 saylı 30 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh “Təcili və X6 Stansiyası” publik hüquqi şəxsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev