Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1374/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1173/2022 saylı mülki iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "PAŞA Sığorta” ASC-nin xeyrinə dəymiş ziyana görə 4 423,54 manat sığorta ödənişinin, ödənilmiş 62,24 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(027)-1173/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 4423.54 manat məbləğində pul vəsaiti və ödənilmiş 62.24 manat məbləğində dövlət rüsumunun, 0.40 manat məbləğində bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə (cavabdeh X1 aid hissədə) təmin edilməməsi qət edilmişdir. Qətnamədə Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81, Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 883.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1108.2, 1108.3, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 25.1.3, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü il tarixliQərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”ının 9.5.1, 16.5, 33.2, 35.2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman cavabdeh X3 avtomobili etibarnamə olmadan idarə etdiyindən və avtomobilin idarə edilməsi səlahiyyəti müvafiq etibarnamə üzrə mülkiyyətçi X4 tərəfindən Cavabdeh3 etibar edildiyindən və başqa şəxsə etibar edilməsi ona qadağan edildiyindən, subroqasiya hüququ məhz həmin anda etibarnamə əsasında avtomobilin qanuni sahibi və istifadəçisi olmuş və başqa şəxsə etibar edilməsi qadağan edilməsinə baxmayaraq, avtomobili qanuni əsas olmadan başqa şəxsin sahibliyinə vermiş Cavabdeh3 və qanuni əsas olmadan, müvafiq etibarnamə olmadan avtomobili idarə etmək hüququ olmadan avtomobili hadisə baş verən anda idarə edən və hadisəni törədən şəxs Cavabdeh2 qarşı yaranmışdır. Cavabdeh tərəf iddia tələbinə etiraz etsə də, etirazın əsaslarına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da etirazın əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə müvafiq ekspert rəyi ilə avtomobilə dəymiş ziyanın 21244 manat müəyyən edildiyini,avtomobilin hadisədən sonrakı qalıq dəyərinin 13500 manat olduğunu əsas götürərək, habelə icbari sığorta üzrə iddiaçıya 4976,46 manat sığorta ödənişi edilməsi və qalıq 4423,54 manat qalıq sığorta ödənişi qalması halını nəzərə alınmalıdır.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 23 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən "Paşa Sığorta” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Paşa Sığorta” ASC tərəfindən 9400 manat sıorta ödənişinin həyata keçirildiyini, həmin ödənişdən 4976,46 manat məbləğin sığortaçı "Xalq Sığorta” ASC tərəfindən onalar ödənildiyini, qalıq 4423,54 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir; - "Paşa Sığorta” ASC tərəfindən təqdim edilmiş hesab məlumatına əsasən xx.xx.2020-ci il tarixdə "Xalq Sığorta” ASC tərəfidnən PXA67158 saylı Sığorta Aktına əsasən 4976,46 manat "Paşa Sığorta” ASC- nin hesabına ödəniş həyata keçirilmişdir; -xx.xx.2020-ci il tarixli işə dair Sığorta Aktının məzmununa əsasən sığortalanmış avtomobil H029554 dövlət qeydiyyatı nömrə nişanlı, "Mitsubishi L200” markalı avtomobil, zərərin ümumi həcmi 21244 manat olduğu, sığorta ödənişinin 9400 manat olduğu, qalıq baza dəyərinin 13500 manat olduğu, 100 manat azadolma çıxılmaqla,sığorta ödənişi kimi 9400 manat öədnildiyi qeyd olunmuşdur; - İcbari sığorta müqaviləsinin mövcudluğu barədə yoxlanılma məlumatının məzmununa əsasən **-NL-*** dövlət qeydiyyatı nömrə nişanlı, "Mitsubishi L200” markalı avtomobil "Xalq Sığorta” ASC tərəfindən icbari sığorta olunmuşdur; - xx.xx.2020-ci il tarixli bank qəbzinin məlumatına əsasən "xxxx" ASC tərəfindən sığorta ödənişi qismində X11 San və X12.B 9400 AZN məbləğində pul vəsaiti ödənilmişdir. Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vaistəsinin qalıq dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılması barədə Aktın məzmununa əsasən C-Mİ-1118/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və 07 avqust 2020-ci il tarixdə qəzaya məruz qalmış H029554 dövlət qeydiyyatı nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomobil tam itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq dəyəri 13500 manat, bazar dəyəri isə 23000 manat müəyyən edilmişdir, müvafiq sığorta qaydalarına əsasən avtomobilin qalıq dəyəri sığortalının öhdəsində qalır. xx.xx.2020-ci il tarixli qüsur aktının məzmununa əsasən “Mitsubishi L200” markalı, H029554 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 21244 manat təşkil edir. Avtonəqliyyat vsaitələrinin (kasko) sığortası şəhadətnaməsinin məzmununa əsasən H029554 dövlət qeydiyyatı nömrə nişanlı, “Mitsubishi L200” markalı avtomobil sığorta olunmuş, sığorta predmetinin dəyəri 23000 manat müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hesab edilə bilən halın təfərrüatları barədə arayışın məzmunundan görünür ki,hadisəni törədən Mitsubishi L200 minik markalı 90NL668 dövlət qeydiyyat nömrə nişanlı avtomobil, mülkiyyətçisi Cavabdeh1, hadisə baş verən anda sürücü Cavabdeh2 olduğu,Mitsubishi L200 H029554 nömrəli avtomobilə maddi ziyan dəymiş olduğu qeyd edilmişdir; - İXP ******* №li inzibati xəta haqqında protokolun məzmununa əsasən Cavabdeh2 barəsində İXM-nin 332.1 və 327.2-ci maddələri ilə nəzərəd tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, Cavabdeh2 tərəfindən imza edilmişdir; - TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa əsasən Cavabdeh2 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və əks istiqamətli zolağa çıxmaqla manevr qaydalarının pozulması nəticəsində barəsində İXM-nin 332.1 və 327.2ci maddələri ilə inzibati xətanı törətdiyi, 60 manat cərimə edildiyi qeyd edilmişdir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmununa əsasən Mitsubishi L200 minik markalı 90NL668 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur, Mitsubishi L200 minik markalı H029554 nömrəli avtomobilin sahibi “X11 Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialıdır. xx.xx.2020-ci il tarixli Etibarnamənin məzmununa əsasən X8 “X11 Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən Mitsubishi L200 minik markalı H029554 nömrəli avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir; - 524892 №li etibarnamənin məzmununa əsasən Mitsubishi L200 minik markalı 90NL668 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini X4 tərəfindən Cavabdeh3 adına xx.xx.2012-ci il tarixdə xx.xx.2062-ci il tarixədək müddətə etibar etmişdir, etibarnamədə həmin səlahiyyətlə başqa şəxsə verilə bilməz qeyd eidlmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2022-ci il tarixli 9/3855 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mitsubishi L200” markalı, H029554 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 21244 manat , köhnəlmə faizi tətbiq edilməklə, hadisə baş verən tarixə təxminən 16833 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir (iş səh.10-13 16, 17, 19, 21, 24, 28, 57). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh3 apellyasiya şikayəti verərək, Apellyasiya şikayətinin təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(027)-1173/2022 nömrəli qətnaməsini qismən ləğv edərək, iddianın onlara aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası İcbari Sığortalar haqqında Qanunun 25.1.3, 53.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 88, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Onlar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, e-2(002)-1173/2022 saylı qətnaməsi ilə razılaşmırlar. Qətnamə onlara aid hissədə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 07 avqust 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində iştirak etmiş MİTSUBİSHİ L 200 markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə, MİTSUBİSHİ L 200 markalı H029554 dövlət qeydiyyat nişanlı avtomaşın isə "xxxx" ASC-də kasko sığorta növündə sığortalanmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman avtomobilin qanuni sahibi olan Cavabdeh3 da avtomaşında olmuşdur. Lakin inzibati araşdırma aparılarkən Cavabdeh2 etibarnamə olmadan avtomaşını idarə etməyinə dair protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən onun, yəni Cavabdeh2 sürücülük vəsiqəsi olmuşdur. Belə ki, o, 16 sentyabr 2010-cu il tarixdən sürücülük vəsiqəsinə malikdir və avtomobil idarə edir. Onun, yəni Cavabdeh2 etibarnamə olmadan avtomobil idarə etməyi sığortaçı təşkilat üçün hər hansı risk yaratmır və qeyd edilən hal sadəcə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməyi üçün əsas ola bilərdi. Etibarnamə olmadan avtomobili idarə etmək “İcbari sığortalar haqqında” Azəbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmür və həmin maddədə idarə etmək hüququ olmayan, yəni sürücülük vəsiqəsi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməyindən və bu halda subroqasiya hüququnun yaranmasından söhbət gedir. Bununla bağlı son zamanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqe də ondan ibarətdir ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarə etmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbarisığortalar haqqında" Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Göründüyü kimi Bakı şəhəri, Qaradağ rayon Məhkəməsi qətnamə qəbul edərkən iddiaçı təşkilat olan "xxxx" ASC-nin hazırki iddianın qaldırılması üçün subyektiv hüququnun olubolmaması halını araşdırmamışdır. Avtomobili idarə edən Cavabdeh2 sürücülük vəsiqəsinin olması, avtomobilin mülkiyyətçisinin və qanuni sahibinin məhkəmədə verdiyi izahatlarından da göründüyü kimi avtomobili öz razılıqları ilə Cavabdeh2 idarə etməyə həvalə etməkləri halı və bu zaman maddi hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin tələbləri nəzərə alınmadan "xxxx" ASC-nin hazırki tələb üzrə iddia aldırmağa subyektiv hüququnun olmaması halını araşdırmamışdır. Belə ki, iddiaçı təşkilatın onlara qarşı subroqasiya qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi üçün ilk öncə iddiaçı təşkilatın subyektiv hüququn üç elementindən birincisi, yəni öz hərəkətlərinə hüquqi ixtiyarı olmalı idi. Mövcud qanunvericiliyin tələbinə əsasən də hüquqi ixtiyar bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, onlar Qaradağ Rayon Məhkəməsinə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hesablanmış ziyan məbləği ilə də razılaşmadıqlarını bildirmişlər. Məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, ekspert qarşısında avtomaşının real bazar dəyərinin qəzadan əvvəl hansı məbləğ təşkil etməsi, vurulmuş zərərin avtomaşının real bazar dəyərinin 75% və ya ondan çox hissəsini təşkil edib-etməməsi ilə bağlı suallar qoyulmamış və cavablandırılmamışdır. Avtomaşının real bazar dəyərinin hansı məbləğ təşkil etməsinin araşdırılması baş vermiş yol nəqliyyat hadisəsi zamanı “avtomobilin tam məhv olması” adlandırılacaq dərəcədə zərərə məruz qalıb-qalmamasının aydınlaşdırılması üçün əhəmiyyətlidir. Belə ki, hal-hazırda Qaradağ Rayon Məhkəməsi Azərbayan Respublikası Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 35.2.1-ci maddəsinə istinad etməklə avtomobilin tam məhvi halında sığorta ödənişi verilərkən köhnəlmə əmsalının tətbiq edilməməsi ilə əsaslandırır. Hazırki ekspert rəyi ilə köhnəlmə əmsalı tətbiq olunarkən vurulmuş zərərin məbləği 16833 manat müəyyən edilmişdir. Ona görə də hal-hazırda avtomobilin həqiqətən də tam məhv olma dərəcəsində zərər alması halının müəyyən edilməsi iş üzrə köhnəlmə əmsalının tətbiq olunub-olunmamasının araşdırılması üçün əhəmiyyətlidir. Eyni zamanda hal-hazırki vəziyyətdə avtomobilə vurulmuş zərər 21244,00 manat müəyyən edilsə də, onlardan tələb edilən məbləğ zərər məbləği deyil, 23000 manat məbləğin 13500 manat qalıq hissə çıxılmaqla yerdə qalan 9400 manat məbləğidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qaradağ Rayon Məhkəməsi bu hala qiymət vermədən və işin hallarını tam, hərtərəfli araşdırmadan, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyətçinin (sahibin) razılığı ilə idarə edilmişdir. Avtomobil idarə edən Cavabdeh2 da sürücülük vəsiqəsi olmuşdur. Məhkəmə isə qeyd etdikləri müddəaların tələbini pozaraq iddia tələbini onlara aid hissədə təmin etmişdir. Hazırki vəziyyətdə yol nəqliyyat hadisəsi baş verərkən avtomobili idarə edən sürücü kimi Cavabdeh2 sürücülük vəsiqəsi olmuş, eyni zamanda avtmobilin mlkiyyətçisinin və qanuni sahibinin həmin əmlakı idarə etməyə şifahi qaydada da olsa razılıqları olmuşdur və hər iki cavabdeh bunu məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırsa da, həmin fikirlər məhkəmə tərəfindən nəzərə alınmamışdır.
5. Cavabdeh2 Cavabdeh3 apellyasiya şikayəti ilə eyni məzmunlu şikayət verərək şikayətlərinin təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(027)- 1173/2022 nömrəli qətnaməsini qismən ləğv edərək, iddianın bizə aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətləri ilə razılaşmadıqlarını, iddia tələbini icbari siğortaya əsasən deyil, kasko siğortasına əsasən verdiklərini, etibarnamə verilmiş şəxsdən həmin məbləğin tutulmasına səbəb olan halın isə Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 1099-cu maddəsinə verdiyi şərhə müvafiq olduğunu bildirmiş, apellyasiya şikayətlərinin formal xarakter daşıdığını və müddətinin uzadılması məqsədi ilə verildiyini qeyd etmiş, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir; Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir; Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
10. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq olaraq 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-8, 25, Mülki Məcəllənin 21, 925-936, 1096, 1097, 1108, 1114-1115; Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinə, iddia tələbi və apellyasiya baxışının hədlərinə, müvafiq birinci instansiya məhkəməsinin mövqeyinin (qanuntətbiqetmənin) ümumilikdə əsaslı olmasını nəzərə alınmaqla, köhnəlmə tətbiq edilən ekspert rəyi ilə də vurulmuş zərərin məbləği istisna edilmədiyindən, habelə cavabdehlər tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlərin təqsirlilik barədə irəli sürdüyü dəlillərə dair isə qeyd edilməlidir ki, o münasibətlər inzibati xəta haqqında qanunvericiliklə tənzimləndiyindən, yəni qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdehin təqsirsizliyi müəyyən edilmədiyindən, hazırki mülki icraat (səlahiyyətlər) həddində bu məsələyə qiymət verilməsi yolverilməzdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097, 1108-ci maddələrinə əsasən 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
13. Kollegiya diqqətə çatdırır ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxslərə aid edilməlidir. mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1173/2022 saylı mülki iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.