Məhkəmə qərarları › İş №2(103)-1375/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1375/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1375/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK-ya, Cavabdeh3 Abbasqulu oğluna, Cavabdeh4, X9, Cavabdeh2, X8 və Cavabdeh6 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4693/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X10, Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil-Tikinti Kooperativinin ləğv olunması, cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X4 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20.000 ABŞ dolları məbləğində pul ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4693/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi qət edilmiş – 20.000 ABŞ dolları pul vəsaiti (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənə üzrə manatla subsidiar qaydada "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X3 vərəsəsi X4 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi, ödənilmiş 192 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 manat pulun cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, X7, Cavabdeh2, X3 vərəsəsi X4 və Cavabdeh6 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X10 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdilər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Yasaml Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh6 tərəfindən apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması məqsədi ilə mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4693/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X10 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmalı, Cavabdeh6 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4693/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, X10 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. Cavabdeh6 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar