Məhkəmə qərarları › İş №2(103)-138/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-138/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-138/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(009)- 5460/2016 nömrəli qətnaməsindən cavabdeh QSC Cavabdeh KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar "xxxx" MMC və İddiaçı1 - cavabdeh QSC Cavabdeh KB-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsinin və ona bağlanmış əlavə sazişlər üzrə ayrılmış 1000.000 (bir milyon) manat məbləğində kredit üzrə borcun olmamasına dair arayışın, o cümlədən də həmin kredit müqaviləsinin təminatı qismində rəsmiləşdirilmiş 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə bağlanmış əlavə sazişlərə əsasən yüklü edilmiş İddiaçı1 məxsus və onun mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.1514 ha ibarət 3 nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.4019 ha ibarət 3A nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 1.9325 ha ibarət 3B nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.1562 ha ibarət 3C nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.7183 ha ibarət 3D nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.2487 ha ibarət 3E nömrəli torpaq sahəsinin və Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28- ci kilometr ünvanında yerləşən 0.040578 ha ibarət 3F nömrəli torpaq sahəsinin yüklülükdən azad edilməsinə dair məktubun verilməsinin vəzifə olaraq cavabdeh QSC Cavabdeh KBnın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(009)- 5460/2016 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilərək, "xxxx" qismində QSC Cavabdeh Kommersiya Bankının “Elm” filialı ilə “Borc alan” qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor İddiaçı1 arasında imzalanmış 10.06.2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi və ona bağlanmış 30.04.2013-cü il tarixli 2 saylı Əlavə Saziş üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh QSC Cavabdeh Kommersiya Bankına həvalə edilməsi, 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsi və ona bağlanmış 30.04.2013-cü il tarixli 2 saylı Əlavə Saziş üzrə borcun təminatı qismində çıxış edən 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə bağlanmış əlavə sazişlərə əsasən yüklü edilmiş İddiaçı1 məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.1514 ha-dan ibarət 3 nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.4019 ha. ibarət 3A nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 1.9325 ha-dan ibarət 3B nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.1562 ha-dan ibarət 3C nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.7183 ha-dan ibarət 3D nömrəli torpaq sahəsinin, Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.2487 ha-dan ibarət 3E nömrəli torpaq sahəsinin və Sumqayıt şəhəri, Bakı-Quba yolu, 28-ci kilometr ünvanında yerləşən 0.040578 ha-dan ibarət 3F nömrəli torpaq sahəsinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdeh və ipoteka saxlayan QSC Cavabdeh Kommersiya Bankına həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh QSC Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(009)-5460/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-699/2017 saylı, 03 fevral 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(009)-5460/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh QSC Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1651/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(009)-5460/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh QSC Cavabdeh KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun tam ödənilməsinə dair 14 noyabr 2018-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Ekspertin həmin rəyinə görə 10 iyun 2011-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsinin bitmə tarixi olan 30 aprel 2016-cı il tarixə kimi iddiaçı tərəfindən (MMC tərəfindən) banka olan borc tam ödənilmiş və üstəlik 64.587,86 manat artıq ödənilmişdir. Rəydə həmçinin göstərilmişdir ki, 23 may 2013-cü il tarixdən başlayaraq MMC tərəfindən banka cəmi 1.529.693.60 manat ödəniş edilməklə bunun 590.210,70 manatı 10 iyun 2011-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsinə, 349.247,74 manatı 30 aprel 2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsinə və 590.234,07 manatı 18 mart 2008-ci il tarixli ********* saylı kredit müqaviləsinə silinmişdir. Rəyə görə iş materiallarında öz əksini tapmış MKR-dən çıxarışda ********* saylı kredit müqaviləsi üzrə borcun 01 may 2013-cü il tarixdə tam bağlanması göstərilmiş və bu səbəbdən ********* saylı kredit müqaviləsi üzrə 590.234,07 manat məbləğində ödəniş 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməklə aparılmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə bank arasında üç kredit müqaviləsi bağlanmışdır. 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən MMCyə 12 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmış, 30 aprel 2013-cü il tarixli 05 saylı Əlavə Sazişlə MMC-yə həmin kredit xətti əsasında 1.021.000,00 manat məbləğində kredit verilmişdir. 30 aprel 2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə iddiaçıya 36 ay müddətinə 445.600 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən banka ödənilmiş pul məbləğlərinə dair çoxsaylı ödəniş qəbzləri təqdim olunsa da, onların hansı kredit müqaviləsi üzrə ödənilməsi qəbzlərdən görünmür. İşdən görünür ki, 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya son nəticədə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. MMC və İddiaçı1 iddia edirlər ki, onlar tərəfindən banka 30 aprel 2016-cı il tarixə kimi cəmi 1.529.693 manat məbləğində ödəniş edilmişdir. Ekspert rəyinə görə isə iddiaçılar tərəfindən banka həmin müqavilə üzrə 64.587,86 manat məbləğində artıq ödəniş edilmişdir. Bankın iddia etməsinə görə isə cavabdehlərin 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu vardır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin mövqelərindəki bu ziddiyyəti aradan qaldırmaq üçün onların irəli sürdükləri dəlillərin tam və hərtərəfli yoxlanılmasını təmin etmədən yalnız ekspert rəyi əsasında nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyində 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə 64.587,86 manat məbləğində artıq ödənişin edilməsi, ********* saylı kredit müqaviləsi üzrə edilmiş ödənişin 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməsinin səbəbləri tam və aydın şəkildə, konkret maliyyə və hesabat sənədlərinə istinad olunmaqla əsaslandırılmadığından, kollegiya hesab edir ki, həmin rəy mötəbər və mübahisəsiz sübut kimi qəbul edilə bilməz. Təqdim olunmuş məhkəmə qərarlarından görünür ki, həqiqətən də, iddiaçılar ********* saylı və 170/03/2742/13 saylı kredit müqavilələri üzrə də ipoteka predmetlərinin yüklülükdən azad olunması barədə məhkəməyə müraciət etmiş və həmin işlərə də məhkəmə instansiyalarında baxılır. Həmin qərarlardan görünür ki, iddiaçılar ********** saylı kredit müqaviləsi üzrə onlara kredit verilməsini inkar etmişlər. Belə olduqda hazırkı iş üzrə olan ekspert rəyində göstərilən 590.234.07 manat məbləğində ödənişin hansı səbəbdən ********* saylı kredit müqaviləsi üzrə həyata keçirilməsi və hansı səbəbdən həmin ödənişin 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməsi aydın deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişlərlə bağlı müəyyənliyin yaranması təmin olunmadığından, həmin kredit müqaviləsi üzrə borcun olubolmaması tam və hərtərəfli araşdırılmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 14 noyabr 2018-ci il tarixli 29998 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarışlar və 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsinin, 01 saylı və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla 30.04.2016-cı il tarixədək (kredit müqaviləsinin bitmə tarixinə) "xxxx" MMC-nin QSC Cavabdeh KB-yə olan borcu tam ödənilmiş və 64.587,86 manat məbləğində artıq ödəniş müəyyən edilir. İş materiallarında olan 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə bank tərəfindən "xxxx" MMC-yə cərimə hesablanmamışdır. Hesabdan çıxarış məlumatlarında öz əksini tapmamış 02.08.2013-cü il tarixli 100.000,00 manat məbləğində ödəniş qəbzi (c.i.v 70) hazırki hesablamada nəzərə alınmadı. Həmin ödəniş qəbzi barədə məhkəmə tərəfindən qiymətləndirildikdən sonra nəzərə alına bilər. 23 may 2013-cü il tarixdən başlayaraq "xxxx" MMC tərəfindən QSC Cavabdeh KB-na cəmi 1 529 693,60 manat məbləğində ödəniş edilmişdir. Təqdim edilmiş maliyyə arayışı məlumatlarına əsasən 23 may 2013-cü il tarixdən başlayaraq ödənilmiş 1529693,60 manat məbləğində ödənişlərin 590210,70 manatı 170/03/979/11 saylı kredit müqaviləsinə, 349247,74 manatı 170/03/2742/13 saylı kredit müqaviləsinə və 590234,07 manatı ********* saylı kredit müqaviləsinə silinmişdir. (170/03/2742/13 saylı kredit müqaviləsi təqdim edilməmişdir) Lakin iş materiallarında öz əksini tapmış MKR-dən çıxarışda ********* saylı kredit müqaviləsi üzrə borcun 01.05.2013cü il tarixdə tam bağlanması göstərilmişdir. Bu səbəbdəndə hazırkı rəyin birinci, ikinci və üçüncü sualları üzrə tədqiqat hissəsində hesablamada ********* saylı kredit müqaviləsi üzrə 590.234,07 manat məbləğində ödənişin 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməklə aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 03 iyul 2019-cu il tarixli qərarında şərh edilən göstərişləri də nəzərə alaraq Bakı Apellyasiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməs barədə qərardad qəbul edilmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 16 iyul 2020-ci il tarixli 25286 nömrəli ekspert rəyindən görünür ki, 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı müqavilə üzrə, təqdim olunmuş hesabdan çıxarışlar və 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsinin, 01 saylı və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla 18.10.2016-cı il tarixədək (sualda göstərilən tarixə) "xxxx" MMCnin QSC Cavabdeh KB-ə olan borcu tam ödənilmiş və 64.587,86 manat məbləğində artıq ödəniş müəyyən edilir. İş materiallarında olan 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə bank tərəfindən "xxxx" MMC-nin cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. Təqdim edilmiş qəbzlərindən (c.i.v 70) 02.08.2013-cü il tarixli, 100.000,00 manat məbləğində olan, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında öz əksini tapmır. Yəni, 02.08.2013-cü il tarixli 100.000,00 manat məbləğində qəbz (c.i.v 70) iş materiallarında olsada həmin tarixdə "xxxx" MMC-nin cari hesabına həmin məbləğ daxil edilməmiş və hazırki hesablamada ödəniş nəzərə alınmadı. Həmin ödəniş qəbzi məhkəmə tərəfindən qiymətləndirildiyidən sonra nəzərə ala bilər. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən hazırkı rəyin birinci sualı üzrə rəyin tədqiqat hissəsində hesablamada ********* saylı kredit müqaviləsi üzrə 590.234,07 manat məbləğində ödənişin 170/03/979/11 saylı yönəldilməklə aparılıb. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert tərəfindən qarşısında qoyulan 2 və 3-cü suallara demək olar ki, cavab verilməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının eyni tərkibinin icraatında olmuş mülki iş keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01 iyun 2020-ci il tarixli 29195 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh KB ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2008-ci il tarixli, ********** saylı, 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı və 30 aprel 2013- cü il tarixli, 170/03/2742/13 saylı, kredit xətti müqavilələri üzrə "xxxx" MMC-nin ödənişlərinə dair ödəniş sənədləri (qəbzləri və ya ödəniş tapşırıqları) olmadığından "xxxx" MMC tərəfindən göstərilən kredit müqavilələrindən hansı birinə ödəniş edildiyini müəyyən etmək mümkün olmadı. 18 mart 2008-ci il tarixli, ********** saylı müqavilə üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarışlar və 18 mart 2008-ci il tarixli, ********** saylı kredit xətti müqaviləsinin, 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı və 24.12.2012-ci il tarixli 04 saylı əlavə sazişlərin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin QSC Cavabdeh KB-yə olan borcu 18 mart 2008-ci il tarixli, ********** saylı kredit xətt müqaviləsi, 25.11.2010-cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı və 24.12.2012-ci il tarixli 04 saylı əlavə sazişlər üzrə tam ödənilmişdir. Qeyd: İş materiallarında öz əksini tapmış MKR-dən çıxarışda ********* saylı kredit müqaviləsi üzrə borcun 01.05.2013-cü il tarixdə tam bağlanması göstərilmişdir. 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı müqavilə üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarışlar və 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin QSC Cavabdeh KB-yə olan borcu 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə 77.917,05 manat məbləğində müəyyən edilir. 30.04.2016-cı il tarixə: əsas borc üzrə 77.917,05 manat, faiz borcu üzrə 0,00 manat. Bundan başqa tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin verilməsinə dair xidmət haqqı (komisyon haqq) nəzərdə tutulmamasına baxmayaraq təqdim edilmiş çıxarış məlumatlarına əsasən verilmiş kredit məbləğlərinə görə 29.097,77 manat məbləğində xidmət haqqı (komisyon haqq) tutulmuşdur. Müqavilədə xidmət haqqı nəzərdə tutulmadığı nəzərə alındıqda müəyyən edilmiş 77.917,05 manat məbləğində borc qalığından hesablanmış 29.097,77 manat məbləğində xidmət haqqı çıxıldıqda 48.819,28 manat məbləğində borc müəyən edilir. Üçüncü sual üzrə. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 30.04.2013-cü il tarixdə QSC Cavabdeh KB tərəfindən "xxxx" MMC-nin hesabına 445.600,00 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin tarixdə həmin məbləğ 25.11.2010- cu il tarixli 01 saylı, 18.02.2011-ci il tarixli 02 saylı, 24.12.2012-ci il tarixli 04 saylı əlavə saziş və 30 aprel 2013-cü il tarixli, 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə banka olan borclara silinmişdir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilir ki, 30 aprel 2013-cü il tarixli, 170/03/2742/13 saylı, kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaiti həmin müqavilənin şərtlərinə əsasən digər kredit müqavilələri üzrə kredit borclarına silinə bilməzdi. Halbuki, həmin 445.600,00 manat məbləğində ayrılmış kredit vəsaiti bank tərəfindən tərtib edilmiş hesabdan çıxarışlarda digər kredit vəsaitlərinə silinməsi görsənir. Hazırki ekspertiza tədqiqatı zamanı digər müqavilələr üzrə hesablamalar aparılarkən 445.600,00 manat məbləğində vəsaitin əvvəlki kreditlərə silinməsi nəzərə alınmadı. Göründüyü kimi, eyni kredit müqaviləsinə dair ekspert rəyləri arasında açıq-aşkar ziddiyyət ortaya çıxmışdır. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının 16 iyul 2020-ci il tarixli 25286 nömrəli ekspert rəyində 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı müqavilə üzrə 18.10.2016-cı il tarixədək (sualda göstərilən tarixə) "xxxx" MMC-nin QSC Cavabdeh KB-ə olan borcu tam ödənildiyi və 64.587,86 manat məbləğində artıq ödəniş olduğu, 01 iyun 2020-ci il tarixli 29195 nömrəli ekspert rəyində isə "xxxx" MMC-nin QSC Cavabdeh KB-ə olan borcu 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə 30.04.2016-cı il tarixə 77.917,05 manat əsas borcunun olduğu müəyyən edilir. Yəni, iki ayrı-ayrı ekspert, eyni müqavilə üzrə biri borcun tam, hətta artıq ödənildiyi, digəri isə borcun tam ödənilmədiyini, əsas borcun qaldığı qənaətinə gəlirlər. Əlbətdə ki, bu yolverilməz idi. Çünki, bu cür ziddiyyətli rəylərə əsasən iş üzrə düzgün nəticəyə gəlmək mümkünsüz vəziyyətə düşürdü. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(103)- 450/2020 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/4511 saylı, 23 fevral 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, təqdim olunmuş hesabdan çıxarışlar və 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsinin, 01 saylı və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla 18.10.2016-cı il tarixədək (sualda göstərilən tarixə) "xxxx" MMC-nin QSC Cavabdeh KB-yə olan borcu tam ödənilmiş və 64.587,86 manat məbləğində artıq ödəniş müəyyən edilir. İş materiallarında olan 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə bank tərəfindən “K ənd K MMC-nin cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. Təqdim edilmiş qəbzlərindən (c.i.v 70) 02.08.2013-cü il tarixli, 100.000,00 manat məbləğində olan, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında öz əksini tapmır. Yəni 02.08.2013-cü il tarixli 100.000,00 manat məbləğində qəbz (c.i.v 70) iş materiallarında olsada həmin tarixdə "xxxx" MMC-nin cari hesabına həmin məbləğ daxil edilməmiş və hazırki hesablamada ödəniş nəzərə alınmadı. Həmin ödəniş qəbzi məhkəmə tərəfindən qiymətləndirildikdən sonra nəzərə alına bilər. İkinci və üçüncü suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən hazırkı rəyin birinci sualı üzrə rəyin tədqiqat hissəsində hesablamalarda ********* saylı kredit müqaviləsi üzrə 590.234,07 manat məbləğində ödənişin 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməklə aparılıb. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 bildirdi ki, təqdim edilmiş qəbzlərdə (c.i.v 70) 02.08.2013-cü il tarixli, 100.000,00 manatının ödənilməsi təqdim edilmiş hesabdan çıxarış məlumatlarında öz əksini tapmır. Yəni, 02.08.2013-cü il tarixli 100.000,00 manat məbləğində qəbz (c.i.v 70) iş materiallarında olsada həmin tarixdə "xxxx" MMC-nin cari hesabına həmin məbləğ daxil edilməmiş və hazırki hesablamada bu ödəniş nəzərə alınmamışdır. Ona görə də ekspert qarşısında sual qoyularkən qeyd olunan məbləğ də nəzərə alınmaqla borcun nə qədər təşkil etməsi dəqiq müəyyən edilməlidir. Çünki, bank ödənilmiş həmin 100000 manatı da mənimsəmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının göstərdiyi halların müəyyən edilməsi, eləcə də yuxarıda qeyd olunan rəylər arasında olan ziddiyətə tam aydınlıq gətirilmədiyi üçün təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Belə ki, həm 02.08.2013-cü il tarixdə ödənilməsi göstərilən 100.000 manat nəzərə alınmaqla borcun məbləği müəyyən edilməli, həm də iki ayrı-ayrı ekspert, eyni müqavilə üzrə biri borcun tam, hətta artıq ödənildiyi, digəri isə borcun tam ödənilmədiyini, əsas borcun qaldığı qənaətinə gəldiyi üçün bu hal yenidən ekspert tədqiqatının predmeti olmalıdır. Çünki, bu cür ziddiyyətli hallara görə iş üzrə düzgün nəticəyə gəlmək mümkünsüz vəziyyətə düşür. Düzdür, sonuncu 23 fevral 2021-ci il tarixli 9/4541 nömrəli rəyin tədqiqi hissəsində 01.06.2020-ci il tarixli 29195 nömrəli ekspert rəyində ekspert qarşısında qoyulmuş sualda 18.03.2008-ci il və 10.06.2011-ci il tarixli kredit müqavilələri üzrə borcun hesablanması göstərildiyindən həmin rəydə müqavilə şərtlərinə əsasən hesablamaların 18.03.2008-ci il tarixdən başlayaraq 10.06.2011-ci il tarixli müqavilə daxil olmaqla 30.04.2016-cı il tarixədək aparıldığı, 16.07.2020-ci il tarixli 25286 saylı ekspert rəyində isə hesablamaların 10.06.2011-ci il tarixdən başlayaraq 18.10.2016-cı il tarixədək aparıldığı və bu səbəbdən rəylərdə fərqli nəticələr müəyyən edildiyi göstərilmişdir. Lakin sonuncu 23 fevral 2021-ci il tarixli 9/4541 nömrəli rəyin tədqiqi hissəsində göstərilən, ekspertin gəldiyi bu qənaət də ziddiyyətli olmaqla tam aydın və konkret deyildir. Çünki, hesablamaların həmin qaydada və müddətdə aparılması nəticəsində rəylərin fərqli olduğu əsaslandırılmalı və anlaşılan tərzdə ifadə olunmalıdır. Əks halda eyni müqavilə üzrə fərqli ekspert rəylərinin olması istər-istəməz ziddiyyətli qalacaqdır. Ona görə də ekspert tərəfindən bu hal mütləq aydınlaşdırılmalıdır. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(103)- 138/2021 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertə izah edilmişdir ki, ekspertiza qarşısında qoyulan suala cavab verərkən, sualın məzmununa və konkret hansı dövrü əhatə etməsinin dəqiqliyinə xüsusi diqqət yetirsin və hər bir suala ayrıca cavab versin. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/3316 saylı, 05 avqust 2021-ci il tarixli rəyində qeyd edilmişdir: Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş hesabdan çıxarışlar, 02.08.2013-cü il tarixli 100000 manat məbləğində ödəniş qəbzi və 10 iyun 2011ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsinin, 01 saylı və 02 saylı əlavələrin şərtləri nəzərə alınmaqla 18.10.2016-cı il tarixədək (sualda göstərilən tarixə) “K ənd K' MMC-nin QSC Cavabdeh KB-ə olan borcu tam ödənilmiş və 193.279,03 manat məbləğində artıq ödəniş müəyyən edilir. İş materiallarında olan 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə bank tərəfindən "xxxx" MMC-nin cərimə hesablanmamış və kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. İş materiallarına əlavə edilmiş 01.06.2020-ci il tarixli, 29195 saylı ekspert rəyində QSC Cavabdeh KB ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə borc qalığının hesablanmasında müəyyən edilmiş borc qalığından iş materiallarında olan 02.08.2013-cü il tarixli 100.000 manat məbləğində ödəniş qəbzi (c.i.v 70) nəzərə alınsaydı 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə borc qalığı 18.10.2016-cı il tarixə tam ödənilmiş və artıq ödəmə müəyyən olunardı. 2-ci və 3-cü sual üzrə: Tərəflər arasında bağlanmış 18 mart 2008-ci il tarixli, ********** saylı, kredit müqaviləsi üzrə 1.000.000,00 manat kredit limiti olduğu halda 1.494.000,00 manat kredit verilmiş (bank tərəfindən müqavilə limitindən artıq verilmiş 494.000,00 manata faiz hesablanmış) və 16.11.2009-cu il tarixdə 1.494.000,00 manat kredit borcu faizləri ilə birlikdə tam ödənilmiş, həmin müqavilə üzrə 25.11.2010-cu il tarixli 01 saylı əlavə və 18.02.2011-ci il tarixli 02 saylı sazişlərə əsasən ümumilikdə 1.142.000,00 manat (421.000,00 manat və 721.000,00 manat) kredit limiti olduğu halda 684.961,99 manat kredit verilmiş və 23.01.2013-cü il tarixdə 01,02 saylı sazişlər üzrə verilmiş 684.961,99 manat kredit borcu faizləri ilə birlikdə tam ödənilmiş Bundan başqa tərəflər arasında bağlanmış 18 mart 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə bağlanmış 24.12.2012-ci il tarixdə 04 saylı saziş üzrə 1.021.000,00 manat kredit limiti olduğu halda istifadə edilmiş 726.346,97 manat kredt məbləği 01,02 saylı əlavə sazişlər üzrə verilmiş kredit məbləğinin ödənilməsinə yönəldilmişdir. Həmçinin 23.05.2013-cü il tarixə (sualda göstərilən tarixə) 24.12.2012-ci il tarixdə 04 saylı əlavə saziş üzrə borc məbləği 286.148,25, manat olmuş (öz əksini 29195 saylı rəydə tapır) və çıxarış məlumatlarına əsasən 04 saylı əlavə sazişə məxsus ödənişlər 23.05.2013-cü il tarixdən 03.12.2013-cü il tarixədək,^dəi^ı'&iŞ və 03.12.2013- cü il tarixdə 24.12.2012-ci il tarixli 04 saylı əlavə saziş üzrə borc täm'ödənilmişdir. Yəni ki 24.12.2012-ci il tarixli 04 saylı saziş üzrə 23.05.2013-cü il tarixə (sualda göstərilən tarixə) borc məbləği 286.148,25 manat olduğundan 23.05.2013-cü il tarixdən sonra 590.234,07 manat məbləğində kredit ödənişi silinsə və 286.148,25 manat borc qalığı üzrə 303.729,82 manat (öz əksini 29195 saylı rəydə tapır) ödənişlərdə silinsə 04 saylı saziş üzrə yenə 590.234,07 manat məbləğində artıq ödəmə olacaq və həmin artıq ödəmələr digər borc qalığı olan kredit müqavilələri üzrə silinəcək. Əlavə olaraq iş materiallarında öz əksini tapmış hesabat sənədi MKR-dən çıxarışda ********* saylı kredit müqaviləsi və 01,02,04 saylı əlavə sazişlər üzrə kredit borclarının 01.05.2013-cü il tarixdə tam bağlanması göstərilmişdir. Yəni ki, tərəflər arasında bağlanmış 18 mart 2008-ci il tarixli, ********** saylı, kredit müqaviləsi üzrə borc qalığı 16.11.2009-cu il tarixdə tam ödənildiyindən, həmin müqavilə üzrə 25.11,2010-cu il tarixli 01 saylı əlavə və 18.02.2011-ci il tarixli 02 saylı sazişlərə üzrə borc qalığı 23.01.2013-cü il tarixdə tam ödənildiyindən və 24.12.2012-ci il tarixli 04 saylı sazişə məxsus ödənişlərin 23.05.2013-cü il tarixdən 03.12.2013-cü il tarixədək tam ödənilməsi (303.729,82 manat öz əksini 29195 saylı rəydə tapır), hesabat sənədi MKRdən çıxarışda ********* saylı kredit müqaviləsi və 01.02,04 saylı əlavə sazişlər üzrə kredit borclarının 01.05.2013-cü il tarixdə tam bağlanması göstərildiyindən bir qism ödənişlər (590.234,07 manatı) 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilmişdir. Bankın təqdim etdiyi maliyyə arayışına əsasən 23 may 2013-cü il ildən başlayaraq ödənilmiş 1.529.693,60 manatın 590.234.07 manatı, ********* saylı kredit müqaviləsi üzrə həmin tarixlərə (ödənişlərin silinmə tarixlərinə) borcun olmadığına görə silinməsini müəyyən etmək mümkün olmadı. 4-cü sual üzrə: İş materiallarına əlavə edilmiş 01,06.2020-ci il tarixli, 29195 saylı ekspert rəyində QSC Cavabdeh KB ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi, həmin müqaviləyə əlavələr üzrə borc qalığının tam ödənilməsi və 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə borc qalığının 77.917,05 manat məbləğində olması və 29.097,77 manat məbləğində xidmət haqqı çıxıldıqda 48.819,28 manat məbləğində borc müəyyən edilmişdir. 16.07.2020-ci il tarixli, 25286 saylı ekspert rəyində tərəflər arasında bağlanmış 10 iyun 2011-ci il tarixli, 170/03/979/11 saylı kredit xətti müqaviləsi üzrə banka olan borc tam ödənilmiş və 64.587,86 manat məbləğində artıq ödəniş müəyyən edilib. İş materiallarında olan 01,06.2020-ci il tarixli, 29195 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş sualda "xxxx" MMC-nin 18.03.2008-ci il tarixli ********** saylı və 10.06.2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqavilələri üzrə borcunun hesablanması və 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsindəki məbləğin (445.600,00 manatın) əvvəlki kredit müqavilələri üzrə borcların silinməsinə istifadə edilməsi göstərildiyindən həmin rəydə müqavilə şərtlərinə əsasən hesablamalar 18.03.2008-ci il tarixdən başlayaraq 10.06.2011-ci il tarixli müqavilə daxil olmaqla 30.04.2016-cı il tarixədək aparılmış və 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq 445.600,00 manat kredit məbləğinin 269.166,64 manatı 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə kredit borcundan silinməmişdir. Lakin, 16.07.2020-ci il tarixli, 25286 saylı ekspert rəyində kredit borcu üzrə hesablamalar 10.06.2011-ci il tarixdən başlayaraq 18.10.2016-cı il tarixədək aparılmış, 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi barədə ekspert qarşısında sual qoyulmamış və hesabdan çıxarışa əsasən həmin müqavilə üzrə 445.600,00 manat kredit məbləğinin 269.166,64 manatı 30.04.2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə kredit borcundan silinmişdir. Bundan başqa 01.06.2020-ci il tarixli, 29195 saylı ekspert rəyində kredit müqaviləsində komisyon haq nəzərdə tutulmadığından kredit məbləğlərinin verilməsinə dair komisyon haqları hesablamaların sonunda və 16.07.2020-ci il tarixli, 25286 saylı ekspert rəyində isə kredit məbləğləri verilərkən nəzərə alınmamışdır. Bu səbəbdən 01.06.2020-ci il tarixli 29195 nömrəli və 16.07.2020-ci il tarixli 25286 nömrəli ekspert rəylərində 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə fərqli nəticə müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, 03 noyabr 2021-ci il tarixdə iddiaçı girovda olan torpaqların satılması üçün girovda qalmaq şərtilə satılmasına icazə verilməsi üçün banka müraciət etmiş və əmlakların satılıb özünün də mübahisələndirdiyi 10 iyun 2021-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldilməsini xahiş etmişdir. Bununla 30 noyabr 2021-ci il tarixdə əmlakın satılması nəticəsində 10 iyun 2021-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinməsinə 200000(iki yüz min) manat ödənilmişdir. Bununla da iddiaçı mübahisələndirilən kredit və ipoteka müqavilələri və onlara bağlanmış əlavə saziş üzrə borcunun olmasını etiraf etmişdir. Ona görə də məhkəmədən qətnamənin ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında İddiaçı1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin son 3 iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, iddia isə rədd edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası(icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1 və 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşması müəyyən edilmir, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxır. Ancaq birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış 10.06.2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi və ona əlavə bağlanmış 30.04.2013-cü il tarixli 2 saylı Əlavə Saziş üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh banka həvalə edilməsi, borcun təminatı qismində çıxış edən 10.06.2011-ci il tarixli 170/03/979/11 saylı ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə bağlanmış əlavə sazişlərə əsasən yüklü edilmiş İddiaçı1 məxsus torpaq sahələrinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdeh və ipoteka saxlayan QSC Cavabdeh Kommersiya Bankına həvalə edilməsini qət etmişdir. İkincisi, cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi rəsmi sənədlərdən müəyyən olunur ki, həqiqətən də İddiaçı1 03 noyabr 2021-ci il tarixdə girovda olan torpaqların satılması üçün girovda qalmaq şərtilə satılmasına icazə verilməsi üçün banka müraciət etmiş və alqı-satqının Sumqayıt şəhərində 3 saylı Notariat Kontorunda 200 000 manat məbləğində olacağını göstərmişdir. Göründüyü kimi, iddiaçı ipotekada olan torpaq sahələrinin satılıb özünün də mübahisələndirdiyi 10 iyun 2021-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldilməsini xahiş etmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 30 noyabr 2021-ci il tarixdə 10 iyun 2021-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinməsinə 200000(iki yüz min) manat ödənilmişdir. Bununla da iddiaçı mübahisələndirilən kredit və ipoteka müqavilələri və onlara bağlanmış əlavə saziş üzrə borcunun olmasını açıq-aşkar etiraf etmişdir. Ancaq iş üzrə keçirilən ilkin, əlavə, təkrar və yenidən təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəylərində ekspertlər iddiaçıların 10.06.2011-ci il tarixli, 170/03/979/11 saylı kredit müqaviləsi və ona əlavə bağlanmış 30.04.2013-cü il tarixli 2 saylı əlavə saziş üzrə kredit borcunun olmadığını, əksinə kredit borcundan da artıq ödəniş edildiyini göstərmişlər. Bu cür vəziyyətdə həmin ekspertlərin xüsusi biliyə malik olan şəxs statusuna malik olmaları özü şübhəli və ziddiyyətli vəziyyət yaradır. Belə çıxır ki, iddiaçı qeyd olunan kredit müqaviləsi üzrə borcunun qalmasını etiraf etməsəydi və həmin kredit borcu üzrə ödəniş etməsəydi apellyasiya instansiyası məhkəməsi həmin rəyləri mötəbər sübut kimi qəbul edərək iddianın təmin edilməsi ilə razılaşa da bilərdi və cavabdehin apellyasiya şikayətini təmin etməyə bilərdi. Bu vəziyyətin bir anlığa təsəvvür edilməsi, yalnız təəssüf doğura bilər. Çünki, məhkəmələr ekspertizanı xüsusi bilik tələb edən sualları izah etmək üçün təyin edirlər. Xüsusi biliyə malik olan şəxslərin isə dəfələrlə təyin edilmiş və konkret cavab verilməsi tələb edilən suallar üzrə bu cür rəy vermələri ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmələrin fəaliyyətinə açıq-aşkar maneə yaradır. Bu cür rəyləri mötəbər sübut kimi qəbul edib məhkəmə aktının çıxarılması isə hüququn ali məqsədinə xidmət etmir. Hüququn ali məqsədi isə ədaləti təmin etməkdir. Hüququn ali məqsədi təmin edilmirsə, demək mülki hüquq münasibətləri iştirakçılarının bu cür məhkəmə aktlarına görə haqlı narazılıqları yaranır, nəticədə isə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gəlir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddiaçılar "xxxx" MMC və İddiaçı1 Cavabdeh kommersiya bankı qapalı səhmdar cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın verilməsi və ipoteka predmeti olan torpaq sahələrinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdeh və ipoteka saxlayanın üzərinə qoyulmasına dair iddiası təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri iddiaçılardan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Ləğv prosesində olan Cavabdeh Kommersiya Bankı qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(009)-5460/2016 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar "xxxx" MMC və İddiaçı1 Cavabdeh kommersiya bankı qapalı səhmdar cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın verilməsi və ipoteka predmeti olan torpaq sahələrinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdeh və ipoteka saxlayanın üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. İddiaçılar "xxxx" MMC və İddiaçı1 ekspertiza tədqiqatının dəyəri, cəmi 950(doqquz yüz əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar