Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1384/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən avtomobilin zədələnməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 3.267 manat İddiaçı2 xeyrinə, əldən çıxmış faydanın əvəzi kimi 2.400 manat iddiaçı Əblüfəz İsrəfilovun xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, avtomobilin zədələnməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 3.182 manat cavabdehdən İddiaçı2 xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (eyni zamanda digər iddiaçının nümayəndəsi) apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi baş verib. Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozaraq İddiaçı2 məxsus avtomobilə mexaniki zədə yetirib. Yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması müəyyən edilib. İddiaçıya məxsus olan avtomobil mexaniki zədə aldığından o, maddi zərər çəkib. Ekspert rəyi ilə müəyyən edilib ki, zərərin məbləği 3.565 manatdır. Həmin məbləğin 383 manatı şığorta şirkəti tərəfindən ödənilib, qalan məbləğ 3.182 manat təşkil edir. Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişləri baxımından İddiaçı2 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir, cavabdeh isə zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Ona görə də iddianın təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddianın rədd edilən hissəsində qətnamə mübahisələndirilmədiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1384/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1384/2023
17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver