Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13860/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2014-cü il tarixli 122299-1-10429 saylı Baş kredit razılaşması əsasında bağlanmış xx xxxxxx 2014cü il tarixli 122299-1-10429/1 saylı kommersiya krediti müqaviləsi üzrə xx xxx 2016-cı il tarixə əsas kredit borcu qismində 142947 manat 80 qəpik, faiz borcu qismində 25755 manat 02 qəpik və cərimə borcu qismində 1357 manat 50 qəpik, cəmi 170060 manat 32 qəpik məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırılması və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq “xxxx” (Azərbaycan) açıq səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Çingiz İldırım küçəsində 0,03749 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 217,2 kvadrat metr, köməkçi sahəsi 148,6 kvadrat metr olan 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına “xxxx” (Azərbaycan) açıq səhmdar cəmiyyətinə olan borcun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Çingiz İldırım küçəsi, 12 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Çingiz İldırım küçəsi, 12 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin fərdi yaşayış evinin məcburi qaydada boşaldılması, habelə Cavabdeh1 ilə “xxxx” (Azərbaycan) açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 122299-1-10429 saylı Baş kredit razılaşmasının və xx xxxxxx 2014-cü il tarixli 122299-1-10429/1 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada “xxxx (Azərbaycan)” ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli 122299-1-10429 saylı Baş kredit razılaşması əsasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 122299-1- 10429/1 saylı kommersiya krediti müqaviləsi üzrə xx xxx 2016-cı il tarixə əsas borc qismində 142947 manat 80 qəpik, faiz borcu qismində 25755 manat 02 qəpik, cərimə qismində 1357 manat 50 qəpik, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 24 manat, cəmi 170114 manat 32 qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmış Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Çingiz İldırım küçəsində 0,03749 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 217,2 kvadrat metr, köməkçi sahəsi 148,6 kvadrat metr olan 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 evdən istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh4 qətnamədən apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilmiş, həmin cavabdehə aid hissədə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş təkrar apelyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilmiş, həmin cavabdehə aid hissədə iddia təmin edilməmişdir. Sonuncu qətnamədən “xxxx” (Azərbaycan) ASC-nin kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, qətnamə iddianın Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)-412/2016 saylı qətnaməsi Cavabdeh4 dair hissədə ləğv edilməli, ona qarşı hissədə iddia rədd edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, xx xxxxxx 2014-cü il tarixli Baş kredit razılaşmasına əsasən “xxxx” (Azərbaycan) ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2024-cü il tarixədək 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin razılaşma əsasında eyni tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli kommersiya krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə, illik 16% məbləğində borc faizləri ödəməsi şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı olaraq bankla Cavabdeh1 və Cavabdeh3 arasında xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli Baş kredit razılaşması əsasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə zaminliyi öz öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci mаddəsinə əsаsən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsаsən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1-ci mаddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zаminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zаminliyə xitаm verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 sentyаbr 2012-ci il tаrixli Qərаrındа zаminliyin mаhiyyəti ilə bаğlı аşаğıdаkılаr qeyd оlunmuşdur: “…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… Mülki Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tаrixli Qərаrındа Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Qeyd olunan Qərarın tətbiqi ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yarandığından vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə yenidən müraciət etmiş və həmin müraciət əsasında qəbul edilmiş 2019-cu il 25 iyul tarixli Qərarla “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələri əlaqəli şəkildə şərh edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadına əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. İş materiallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli Baş kredit razılaşmasına əsasən “xxxx” (Azərbaycan) ASC tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2024-cü il tarixədək 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin razılaşma əsasında eyni tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli kommersiya krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə, illik 16% məbləğində borc faizləri ödəməsi şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli Baş kredit razılaşmasında faiz dərəcəsi göstərilməmiş, xx xxxxxx 2014-cü il tarixli kommersiya krediti müqaviləsi bağlanarkən faiz dərəcəsinin 16 % müəyyən edilməsi barədə Cavabdeh4 razılığı alınmamışdır. Zamin Cavabdeh4 nə əlavə kredit müqaviləsi, nə də ödəniş cədvəli ilə tanış olmamış, faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 zaminliyinə xitam verilməli, qətnamə ona dair hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh4 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)- 412/2016 saylı saylı qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh4 aid hissədə rədd edilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabdeh Cavabdeh4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-13860/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13860/2019
20.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver