Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13863/2019 24.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı İKB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetlərinə tutma yönəldilməsi” tələblərinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC (bank) Cavabdeh1, Cavabdeh2 və Ömərov Ələsgər Abbas oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 2830(G) nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1, habelə zaminlər Cavabdeh2 və Ələsgər Ömərovdan müştərək qaydada 613 908 (altı yüz on üç min doqquz yüz səkkiz) manat əsas, 855 972 (səkkiz yüz əlli beş min doqquz yüz yetmiş iki) manat faiz, 217 609 (iki yüz on yeddi min altı yüz doqquz) manat dəbbə pulu borcu olmaqla cəmi 1 687 489 (bir milyon altı yüz səksən yeddi min dörd yüz səksən doqquz) manat borcun xeyrinə tutulması və tələbin xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, iddia müddətinin bankın keçmiş rəhbərliyinin müqavilə bağladığı şəxslərlə razılaşaraq bütün müqavilələri gizli saxlaması səbəbindən ötürülmüş olduğunu, bank, “xxxx” MMC və Cavabdeh1 arasında “Borcun köçürülməsi və hüququn güzəşti barədə” xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin Cavabdeh1 bankdan 1 450 000 manat kredit götürdüyünü təsdiq etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı bankın nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Ömərov Ələsgər Fərman oğluna aid hissədə iş üzrə icraata xitam verilmiş (vəfat etdiyindən və hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən), eyni tarixli qətnamə ilə apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbləri rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə bankın nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi “tələbin xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinəyönəldilməsinin rədd edilməsi” hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşə növbəti dəfə apellyasiya qaydasında baxılarkən iddiaçı bankın nümayəndəsi Ali Məhkəmənin qərarında şərh olunanlara istinadən apellyasiya şikayətini müdafiə edərək girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində qətnamənin ləğv və həmin tələbin təmin edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Ömərova (Mustafayeva) Şəfəq Fərman qızı isə dəfələrlə dəvət olunmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki (sonuncu) qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsini yalnız “tutmanın xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinəyönəldilməsi” tələbinin rədd olunması hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin digər hissələri artıq yeni apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilərək həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunan halına görə, bankla Cavabdeh1 (borc alan) arasında xx.xx.2010-cu il tarixli 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank adı çəkilən şəxsə 6 (altı) ay müddətinə, illik 20% (iyirmi faiz) ödəmək şərtilə 1 450 000 (bir milyon dörd yüz əlli min) manat məbləğində kredit vermiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllə ünvanında yerləşən, tikilməkdə olan yaşayış binasının 2-ci girişnin zirzəmisindəki 520 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə olan hüquqlarını eyni tarixli müqavilə ilə bankın xeyrinə girovla yüklü etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmış hissəsi ilə müəyyən edilmişdir ki, bank, “xxxx” MMC, Cavabdeh1 və “xxxx” MMC arasında xx.xx.2013-cü il tarixdə “Borcun köçürülməsi və hüququn güzəşti barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 banka olan cəmi 7 793 587 manat borcu, o cümlədən xx.xx.2010-cu il tarixli 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 1 448 550 manat məbləğində borcu kreditorun (bankın) razılığı ilə “xxxx” MMC-yə keçmiş, həmin müqavilə üzrə “xxxx” MMC tərəfindən banka 834 642 manat ödəniş olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2017-ci il tarixli 2 qanuni qüvvəyə minmiş qətnaməsi ilə, “xxxx” MMC-nin xx.xx.2013cü il tarixli müqavilənin etibarsız hesab olunması tələbi təmin edilməmişdir. Əvvəlki apellyasiya baxışı zamanı apellyasiya kollegiyası Mülki Məcəllənin 522-ci və 525-ci maddələrinə istinadla belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliyi “xxxx” MMC-yə verildiyindən və bu barədə xx.xx.2013cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti barədə” müqavilə qüvvədə olduğundan, adı çəkilən şəxs bank qarşısında kredit xətti müqaviləsi üzrə öhdəlik daşımır; yəni tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən ona qarşı iddia bu əsasla rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsi isə işi “tutmanın xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinəyönəldilməsi” tələbinin rədd olunması hissəsindəyeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı İKB ASC, “xxxx” MMC, Cavabdeh1ləsgər oğlu və “xxxx” MMC arasında bağlanmış “Borcun köçürülməsi və hüququn güzəşti barədə” xx.xx.2013-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən ilkin borclu (Cavabdeh1) hazırki müqavilənin 1.2ci bəndində qeyd olunan zamin olduğu kredit müqavilələri üzrə 7 793 587manat əsas borc olmaqla cəmi 11 000 000 manat məbləğində borcun (əsas öhdəlik) yeni borcluya(‘xxxx” MMC) köçürülməsini həyata keçirir, yeni borclu isə əsas öhdəliyin ona köçürülməsi, yənikreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürür və bunun müqabilində üçüncü tərəf(“xxxx” MMC ilkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısınınxx.xx.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, H.Cavid prospekti 566-cı məhəlləünvanında yerləşən 1,6996 ha torpaq sahəsində tikilməli olan yaşayış komleksinin 5, 6, 7, 8-ci blokları(Ələsgər Əliyev küçəsinə baxan) üzrə və binaların yerləşəcəyi torpaq sahəsi üzrə özünə məxsus olanbütün hüquqlarından yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür.İdiaçı (kreditor) İddiaçı İKB ASC ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2010-cuil tarixli, 2830(G) nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış 25 noyabr2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsinin 6.1.11-ci bəndinə əsasən Cavabdeh1 müqavilənin predmeti olan girovun və onun əsasında duran tələbi başqa şəxsə qanunvericilikləmüəyyən edilmiş qaydada verə bilər.Məhkəmə kollegiyası hesab edir ki, yeni borcluya (‘xxxx” MMC) “Borcun köçürülməsi vəhüququn güzəşti barədə” xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən yeni əmlak girov qoyulsa da vəhəmin müqavilədə kreditorun ilkin borclunun kredit xətti müqaviləsi üzrə əsas kredit borcu və onahesablanan faizlərin tələb hüququndan imtina etsə də, həmin kreditin təminatı olan xx xxxxxx 2010-cu iltarixli 2830 (G)-nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus Bakışəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə ünvanında yerləşən, tikilməkdə olanyaşayış binasının 2-ci giriş, zirzəmisində 520 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsininyüklülükdən azad edilməsinə dair şərtin əməl olması görünmür.Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin tələbin tutmanın ipotekayahissəsinə qiymət verərək işin bu halını araşdırmamışdır”. Məhkəmə kollegiyası kassasiya instansiyasının qərarında vurğulanan, “girov müqaviləsinin 6.1.11-ci bəndinə əsasən Cavabdeh1 müqavilənin predmeti olan girovu və onun əsasında duran tələbi başqa şəxsə qanunvericilikləmüəyyən edilmiş qaydada verə bilər” mövqeyinə münasibət bildirərək qeyd edir ki, əvvəla, girov müqaviləsinin həmin bəndində Cavabdeh1 deyil, girov saxlayının (bankın) müvafiq hüququ təsbit olunmuşdur; digər tərəfdən isə, Mülki Məcəllənin 525-ci maddəsinə əsasən, “tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir”. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 292-ci maddəsinə görə isə, girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. Qanunvericiliyin göstərilən müddəalarını əsas götürməklə kollegiya hesab edir ki, xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin “xxxx” MMC-yə keçirilmiş olması, onun bank qarşısında girov öhdəliyinə də xitam verilməsi deməkdir və girov predmetinin yüklülülükdən azad edilməsinə dair şərtə əməl olunub-olunmadığının araşdırılmasına hər hansı zərurət mövcud deyildir. Şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin hazırkı apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticəni əsaslı hesab edir; bununla belə kollegiyanın qənaətinə görə, məhkəmə gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, həmin iddia tələbini rədd edərkən tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, qətnaməsini düzgün əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının məbləğləri də onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-784/2017 saylı iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “tutmanın xx xxxxxx 2010-cu il tarixli 2830 (G) nömrəli girov müqaviləsi üzrə girov predmetlərinəyönəldilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatoraaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-13863/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13863/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver