Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1396/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil4, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-891/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsində baş vermiş yanğın nəticəsində İddiaçı dəymiş zərərin əvəzi kimi 148.049,60 manat, ekspertiza xərclərinin əvəzi kimi 2.000 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın əvəzi kimi 400 manat, cəmi 150.449,60 manat pulun və ödənilmiş 40,45 manat dövlət rüsumunun cavabdehlər Cəbrayılova (Kiçimirzəyeva) Sevda Namiq qızı və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən “Dolçasaray Residens” adlanan hündürmərtəbəli binanın birinci mərtəbəsində, ümumi sahəsi 194 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsində baş vermiş yanğın nəticəsində İddiaçı dəymiş zərərin əvəzi kimi 148.049,60 manat, ekspertiza xərclərinin əvəzi kimi 2.000 manat, əldən çıxmış faydanın əvəzi kimi 84000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın əvəzi kimi 400 manat, cəmi 239449,6 manat pulun və ödənilmiş 129,45 manat dövlət rüsumunun cavabdehlər Cəbrayılova (Kiçimirzəyeva) Sevda Namiq qızı və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı vurulmuş zərərə görə ümumilikdə 63890 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-891/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (il iddia üzrə iddiaçı) İddiaçı qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 44 (qırx dörd) manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 50 (əlli) manatının ilk iddia üzrə İddiaçı, 50 (əlli) manatının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-891/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən həmçinin ilk iddia üzrə İddiaçı da apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-891/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, ilk iddianın təmin edilməmiş hissəsində və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilərək, ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil4 və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu da ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilməli, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264-cü, 370-ci, 384-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında 09 aprel 2025-ci il tarixdə aşağıdakı şərtlərlə Bakı şəhərində bağlanmış barışıq sazişi təsdiq edilsin: “1. "xxxx" MMC və Cavabdeh2 ünvan 2 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 194 kv.m olan qeyri-yaşayış sahəsində 05 iyul 2023-cü il tarixində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASCdən sığorta ödənişi qismində alınmış 19955,56 manat pulu və Cavabdeh2 öz şəxsi vəsaiti kimi 5044,44 manat olmaqla, ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində pulu hazırkı Barışıq sazişinin qüvvəyə mindiyi gündən 3 (üç) gün ərzində mübahisənin sülh yolu ilə həlli məqsədi ilə İddiaçı qızma verməyi öhdələrinə götürürlər.
2. "xxxx" MMC və Cavabdeh2 öhdələrinə götürürlər ki, "xxxx" ASC və ya onun hüquqi varisləri və ya tələb hüququnu ötürdüyü digər şəxs tərəfindən İddiaçı: qızma qarşı sığorta ödənişi ilə bağlı subroqasiya və ya hər hansı digər formada tələb, iddia irəli sürüləcəyi təqdirdə belə tələb və iddialardan İddiaçı azad etmək üçün bütün tədbirləri görəcəklər, həmin məbləğ İddiaçı alınacağı təqdirdə isə alınmış məbləğ miqdarında pulu İddiaçı verəcəklər.
3. Cavabdeh2 icarə müqaviləsi üzrə depozit kimi İddiaçı qızma ödənilmiş 10 000 (on min) manatın İddiaçı qalmasını qəbul edir və həmin məbləğlə bağlı İddiaçı qarşı heç bir tələb və iddiası olmayacaq.
4. Tərəflər razılığa gəlirlər ki, dövlət rüsumları kimi ödənilmiş xərclər hər tərəfin öz üzərində qalır. Tərəflər təsdiq edir ki, mübahisənin hazırkı barışıq sazişinin şərtləri ilə həll edilməsi onların mənafelərinə uyğundur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-891/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə və apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsümları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.