Məhkəmə qərarları › İş №2(103)-1398/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1398/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1398/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: aidiyyat qaydalarına riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində Cavabdeh qeydiyyat ünvanı ünvan 1tron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, İddiaçı ASC-nin Cavabdeh Mədət oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinə əsasən cavabdehin yaşayış yeri Nərimanov rayon ərazisi müəyyən edilmişdir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə nəzərə almamışdır ki, Yasamal rayonunda Yasamal rayonu, Sübhan Ələsgərov küçəsi mövcud deyil. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bu səbəbdən də Bank tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 4994/2023 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin 2(005)-4994/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

10. Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

11. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. (Maddə 152.2) İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (Maddə 152.4.)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcunun tutulmasını xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılmış və ona istinad edilmişdir ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, elektron informasiya sistemində axtarış zamanı cavabdehin qeydiyyat ünvanının Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu müəyyən edilir.

16. İddiaçı şikayətinin dəlili olaraq qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu Sübhan Ələsgərov küçəsi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir.

17. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən bununla bağlı DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayış təqdim edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi məsələsinə baxılır, işə birinci instansiya məhkəsində baxılması zamanı məhkəmə tərəfindən araşdırma aparılmış, cavabdehin qeydiyyat ünvanın Bakı şəhəri, Yasamal rayonu ərazisində olması müəyyən edilmişdir.

19. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində qeyd edilir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin qeydiyyat ünvanının Bakı şəhəri, Nərimanov rayonu ərazisində olmasına dair sübutlarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar