Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13980/2019 12.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi, vəkil X2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-363/2019 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxxxxx 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3188,99 manat əsas borc, 430,91 manat faiz borcu, 1019,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4639,84 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin qismən, Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3188,99 manat əsas borc, 430,91 manat faiz borcu, 1019,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4639,84 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə qətnamə qəbul edilməsi hissəsinin rədd edilməsi, Cavabdeh2 ilə İddiaçı ASC-nin “Binəqədi” filialı arasında xx xxxx 2013-cü il tarixdə bağlandığı göstərilən 60/1 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 363/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manatın Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməklə, İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 60/1 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işə əsassız olaraq iddia müddətini tətbiq etmiş, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi, vəkil X3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, hər iki tələb üzrə Cavabdeh1 məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk iddia üzrə iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi İddiaçı ASCnin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 60 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh1 illik 25% hesablanmaqla 16 ay müddətinə 3500 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi İddiaçı ASC-nin “Binəqədi” filialı ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 60/1 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 60 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kreditalan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş müddətli öhdəçilik adlı sənədə əsasən Cavabdeh1 xx xxxx 2013-cü ildə İddiaçı ASC-dən 3500 manat məbləğində vəsait götürmüşdür. İş materiallarına əlavə olunmuş iddiaçının tərtib etdiyi xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2013-cü il tarixli 60 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixinə 3188,99 manat əsas borc, 430,91 manat faiz borcu, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin qərarına əsasən hesablanmış 1019,94 manat faiz borcu, cəmi 4.639,84 manat borcu vardır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yuxarıda qeyd olunan sənədlərə istinad edərək, cavabdehlərin iddiaçının qarşısında icra olunmamış pul öhdəliklərinin olmasını iddia etmiş və qeyd olunan vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İlkin iddia tələbinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aralarında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməmələri nəticəsində Ləğv prosesində olan İddiaçı ASC-yə borclarının olduğunu iddia etsə də, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, öhdəliyin yaranması üçün əsas kimi təqdim olunan xx xxxx 2013-cü il tarixli 60 saylı kredit müqaviləsi və xx xxxx 2013-cü il tarixli 60/1 saylı zaminlik müqaviləsi müvafiq olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmamış, kredit müqaviləsi əsasında götürülən vəsait Cavabdeh1 tərəfindən götürülməmiş, mübahisələndirilən kredit və zaminlik müqavilələri üzrə ilkin iddia üzrə iddiaçı qarşısında Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı öhdəlik üzərlərinə götürülməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən olunur ki, mübahisələndirilən kredit müqaviləsində, ödəniş cədvəlində və kassa məxaric orderində (müddətli öhdəçilik)-dəki imzalar - Talıbova (Fətəliyeva) Kərvanə Nurpaşa qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eyni zamanda mübahsiələndirilən zaminlik müqaviləsindəki imzalar - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsinin xx xxxx 2013-cü il tarixdə imzalanmasını, həmin müqaviləyə əsasən kreditin verilmə müddətinin 16 ay müəyyən edilməsini (xx xxxxxx 2014-cü ilədək), iddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən üç il səkkiz ay keçdikdən sonra xx xxxx 2018-ci il tarixdə müraciət edilməsini, cavabdehin isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini nəzərə alaraq hesab etmişdir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə İddiaçı ASC-nin “Binəqədi” filialı ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlandığı qeyd olunan xx xxxx 2013-cü il tarixli 60/1 saylı zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanmaması müəyyən edildiyindən, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə tam razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu iltarixli 3562 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 8-10-cu vərəqələrində İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Talıbova (Fətəliyeva) Kərvanə Nurpaşa qızının adından bağlanmış olan x xxxx 2013-cü il tarixli 60 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar, 13-cü vərəqəsində olan x xxxx 2013-cü il tarixli 60 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlində “Borcalan” qrafasındakı imza, 15-ci vərəqəsində olan x xxxx 2013-cü il tarixli kassa məxaric orderində (müddətli öhdəçilik)-də “Müştərinin imzası” qrafasındakı imza - Talıbova (Fətəliyeva) Kərvanə Nurpaşa qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 11-12-ci vərəqələrində İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh2 adından bağlanmış olan x xxxx 2013-cü il tarixli 60/1 saylı zaminlik müqaviləsinin 1-2-ci vərəqələrində “Zamin” qrafalarındakı imzalar - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının iddia tələblərinin əsasını təşkil edən müqavilələrin və kredit vəsaitinin cavabdehə verilməsini təsdiq edən sənədin cavabdehlər tərəfindən imzalanması ekspert rəyi ilə təkzib olunduğundan, ekspert rəyinin mötəbərliyini şübhə altına qoyan hər hansı bir sübut isə məhkəməyə təqdim olunmadığından birinci instansiya məhkəməsi məhz həmin rəyi əsas götürərək qarşılıqlı iddianı təmin etməklə və ilkin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, kredit və zaminlik müqaviləsinin ilk iddia üzrə cavabdehlər tərəfindən imzalanması və həmin müqavilələrin sonuncuların iradə ifadələrinə uyğun olması öz təsdiqini tapmadığından, onların üzərinə həmin müqavilələr əsasında hər hansı öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmaması qənaətinə gəlindiyindən ilk iddia üzrə iddia müddətinin ötürülməsinə və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə prosessual qənaət prinsipinə əsasən əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olmamalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 363/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-13980/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13980/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver