Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1399/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X18 qarşı iş üzrə (Açar sözlər: vurulmuş zərərin əvəzinin tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi X8, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X18 qarşı “vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(011)-6261/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Torpağın Mülkiyyətə Verilməsinə dair JN serialı, 088A saylı şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 44 saylı qərarı ilə 0,21 hektar torpaq sahəsi Şəmkir rayonu, Günəşli kənd sakini X9 və onun ailə üzvləri X13, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir.
2. Torpağın Mülkiyyətə Verilməsinə dair JN serialı, 088B saylı şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 44 saylı qərarı ilə 0,25 hektar torpaq sahəsi Şəmkir rayonu, Günəşli kənd sakini X9 və onun ailə üzvləri X13, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir.
3. Torpağa Mülkiyyət Hüququna dair JN serialı, 142 saylı, xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 3,05 hektar torpaq sahəsi kənd təsərufatı məhsulları istehsalı məqsədi ilə Şəmkir rayonu, Günəşli kənd sakini X9 və onun ailə üzvləri X19, X14, X10 mülkiyyətinə verilmişdir.
4. X21 tərəfindən adi kağız üzərində yazılmış iltizamda o, 0,65 ha həyətyanı sahəni, 3,05 ha torpaq sahəsini yaşayış evi ilə birlikdə özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı satdığını, əvəzinə isə 1.000 ABŞ dolları məbləğində nağq pul aldığını göstərmiş və sonradan onun tərəfindən satılan bu əmlakların alqı-satqısına görə narazılıq halları yaranarsa məsuliyyətin onun üzərinə düşəcəyini qeyd etmişdir.
5. Şəmkir rayonu, Günəşli kənd sakinləri X24, X30, X22, X21 və İddiaçı tərəfindən xx.xx.2002-ci il tarixdə adi kağız üzərində tərtib edilməklə Şəmkir rayonu, Yeni-Göyçə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi S.Vəliyev tərəfindən təsdiq edilmiş qonşuluq aktına əsasən X21 0,65 ha həyətyani, JN0142 nömrəli dövlət aktı əsasında onun ailəsinə çatan pay torpağını (3,05 ha-dan ibarət) şəxsi yaşayış evi ilə birlikdə həqiqətən öz razılığı əsasında İddiaçı satdı, əvəzində isə ondan 1.000 ABŞ dolları məbləğində nəqd pul vəsaiti aldı. Aktın doğruluğu onların imzası ilə təsdiq edilmiş, eyni zamanda aktda 0,65 ha həyətyani, 3,05 ha pay torpağını şəxsi yaşayış evi ilə birlikdə X21 tərəfindən İddiaçı təhvil verildiyi onun imzası ilə, 1000 ABŞ dolları məbləğində nəğd pul vəsaitinin İddiaçı tərəfindən X15 təhvil verildiyi onların hər ikisinin imzası ilə təsdiq edilmişdir.
6. Şəmkir rayonu, Yeni-Göyçə kənd İƏD-i tərəfindən verilmiş arayışa əsasən xx.xx.2002-ci il tarixdə Şəmkir rayonu, Günəşli kəndindən, kənd sakinləri X21, ailəsi və kənd sakinlərinin iştirakı ilə ona məxsus olan 0,65 ha həyətyəni və 3,05 ha çöl torpaq sahəsini İddiaçı qonşuluq aktına əsasən satmış və həmin aktı həqiqətən də Yeni-Göyçə İƏV üzrə nümayəndəliyi təqdim etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2(076)- 417/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X15 qarşı” alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
8. Azərbaycan Respublikası “X20” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 55 saylı mütəxəssis rəyinə əsasən aparılmış tikinti-texniki və qiymətləndirmə ekspertizaları üzrə Şəmkir rayonu, Günəşli kəndində yerləşən, İddiaçı tərəfindən inşa edilmiş, uzunluğu 14,5m, eni 9,5m olan mövcud bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin inşa edilməsinə sərf olunan vəsait (tikinti materialları, ustanın əmək haqqı və əvvəllər mövcud olmuş köhnə tikili sökülməsi nəzərə alınmaqla) 27.777 manat təşkil edir. Aparılmış mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi infilyasiya həddinə əsasən 2002-ci ildəki 1000 ABŞ dolları, hazırki mövcud vəziyyətdə 2.890 ABŞ dolları (dövr ərzində inflasiya məbəği 1.890 ABŞ dolları + əsas məbləğ 1.000 ABŞ dolları) təşkil edir.
9. Şəmkir rayonu Günəşli kənd sakinləri X33, X30, X31, X34, X16 tərəfindən tərtib edilməklə onlar tərəfindən (X30 istisna olmaqla) imzalanmış və Şəmkir rayonu, Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən 2002-ci ildə X21 ailə üzvlərinin razılığı ilə yaşadıqları fərdi yaşayış evini İddiaçı satmışlar. Evi satdıqdan sonra onlar kənddən köçərək Bakı şəhərinə getmişlər. Həmin müddətdən Sadıqov Məhəmməd və ailə üzvlərinin kəndlə heç bir əlaqəsi olmamışdır. İddiaçı aldığı evi bir müddət sonra tamamilə sökərək yerində yenidən ev tikmişdir. Evin bütün xərcləri İddiaçı tərəfindən çəkilmişdir. Evi tikdirdikdən sonra həmin evdə yaşamış və təsərrufat işlərini aparmışdır. Evin İddiaçı tərəfindən tikilməsinin şahidi olmuşdular.
10. Şəmkir rayonu Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən 2002-ci ildə Şəmkir rayonunun Günəşlki kəndində yaşayan X21 özünün və ailə üzvlərinin razılığı ilə Günəşli kəndində yaşadıqları fərdi yaşayış evini Şəmkir rayon sakini İddiaçı satmışdır. X21 evi satdıqdan sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüşlər 2002-ci ildən hazıradək X9 ailə üzvlərindən heç biri Günəşli kəndində yaşamayıblar. İddiaçı isə evi aldıqdan sonra onu sökdürüb yerində yeni ev tikmişdir. Ev tikilib hazır olandan sonra həmin evdə İddiaçı ailə üzvləri ilə yaşamağa başlayıbdır. Evin bütün xərclərini İddiaçı çəkmişdi.
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-528/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X9, X13, Cavabdeh1 və Cavabdeh2 cavabdeh X6 qarşı iddiası qismən təmin edilərək, cavabdeh X5 JN-088A KOD 50412028 və JN-088B KOD 50412028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında qeydə alınmış 0,21 və 0,25 ha həyətyəni torpaq sahələri və həmin torpaq sahələrində yerləşən tikililərdən çıxarılması, iddianın maddi ziyanla bağlı hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2355/2021 saylı qətnaməsinə əsasən təmin edilməmiş, Şəmkir Rayon məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmişdir.
12. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, X18 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehhlər Cavabdeh1, X11 və Cavabdeh2 Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27.777 manat pulun və Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyani torpaq sahəsinin, 3,05 ha dövlət pay torpaq sahəsinin qiymətləndirilərək, bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 arasında 2002-ci ildə bağlanmış razılaşmaya görə X21 ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini, 3,05 ha dövlət pay torpaq sahəsini 1.000 ABŞ dollarına ona satmışdır. Buna görə onların arasında həmin tarixdə yazılı müqavilə və qonşuluq aktı tərtib olunmuş, həmin vaxt şahidlərin iştirakı ilə cavabdehlərin atası pulu ondan qəbul etmiş, eyni zamanda evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini, həmçinin müvafiq sənədlərin əslini ona təhvil vermişdir. Bununla da, 2002-ci ildən hazıradək Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış, 3,05 ha dövlət pay torpaq sahəsi İddiaçı mübahisəsiz sahiblik və sərəncamında olmuşdur. Bu müddət ərzində o, Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini, 3,05 ha dövlət pay torpaq sahəsini öz yaxını olan X5 istifadəsinə vermişdir. X3 arasında bağlanan 2002-ci il tarixli alqı-satqı müqaviləsi onların öz aralarında qonşuluq aktı şəklində bağlanmış və bununla bağlı tərəflərə Yeni Göyçə kənd İƏD-si tərəfindən müqavilənin bağlanmasını təstiq edən arayış təqdim edilmişdir. Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, 3,05 ha dövlət pay torpaq sahəsinə dair bağlanan müqavilə mövcud qanunvericiliklə rəsmiləşdirilməmiş və sözügedən mülkə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən hazırda cavabdehlər tərəfindən ona və onun yaxını X2 rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, 3,05 ha dövlət pay torpaq sahəsindən çıxarılmışlar. Lakin onun tərəfindən mübahisə predmeti olan yaşayış evinin və torpaq sahəsinin alınması və təmiri üçün vəsait sərf olunmuşdur. Belə ki, bu xərclərin hesablanması üçün onun təşəbbüsü ilə məhkəmə tikinti texniki, mühasibatlıq və qiymətləndirmə ekspertizaları keçirilmişdir. Yekunda Azərbaycan Respublikası X20 tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli 55 saylı rəyə əsasən onun tərəfindən Şəmkir rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evinin təmirinə 27.777 manat xərc çəkildiyi, 2002-ci il tarixdə alğı-satqı əsasında verilmiş 1.000 ABŞ dollarının isə bu günün məzənnəsinə və mövcud real vəziyyətə uyğun olaraq 2.890 ABŞ dolları etdiyi qeyd olunmuşdur. Onunla müqavilə bağlayan X21 2020-ci il tarixdə vəfat etmiş və onun varisləri olan cavabdehlər - arvadı X25, övladları Cavabdeh1 və Cavabdeh2 sözügedən evi istifadə etməyə başlamışlar. Bu səbəbdən hesab edir ki, mərhum X9 hüquqi varisləri, cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh2 Şəmkir rayon, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27.777 manat pulun və Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyani torpaq sahəsinin, 3,05 ha dövlət pay torpaq sahəsinin qiymətləndirilərək, bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması barədə qətnamə qəbul olunmalıdır.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-6261/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X18 qarşı “vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair iddia rədd edilmişdir. (hakim X26)
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd edilən Şəmkir rayonu, Günəşli kəndi 0,65 ha həyətyanı və onun ailəsinə çatan pay torpağını (3,05 hektardan ibarət) şəxsi yaşayış evi ilə birlikdə 2002-ci il tarixdə razılaşma yolu ilə Cavabdeh1 atası mərhum X7 1000 ABŞ dolları qarşılığında alması xx.xx.2022-ci il tarixli Yeni-Göyçə İƏV üzrə nümayəndəsi tərəfindən Qonşuluq aktı ilə təsdiq edilmişdir. Lakin, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin bu barədə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-417/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X15 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Odur ki, İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair hər hansı hüququ olmadığından iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Şəmkir rayonu, Günəşli kəndi 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27.777 manat məbləğində pulun və iddiaçının alqı-satqı üçün sərf olunmuş 2.890 ABŞ dolları məbləğində pulun tutulmasına dair hissələri ilə bağlı belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh1 atası mərhum X15 məxsus 0,65 ha həyətyanı və onun ailəsinə çatan pay torpağında (3,05 hektardan ibarət) uzun müddət təsərrufat aparmış və qazanc əldə etmişdir. Beləliklə, iddiaçı istifadə hüququ olmadan qeyd edilən fərdi yaşayış evində uzun illər ərzində yaşayaraq və kənd təsərrüfatı ilə məşğul olaraq torpaq sahəsindən istifadə edərək fayda götürdüyündən iddia tələbi əsassız hesab edilərək iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası “X20” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 55 saylı rəylə də razılaşmamışdır. Belə ki, iddiaçı tərəfindən ev yenidən inşa edilməmiş, evin ön hissəsinin pəncərələri və həmin hissənin kərpiçlərinin dəyişdirilməsi kimi bərpa işləri aparılmışdır. Buna görə də, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinə 27.777 manat vəsaitinin xərclənməsini məhkəmə ağlabatan hesab etmir. Bununla belə, birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçı istifadə hüququ olmadan qeyd edilən fərdi yaşayış evində uzun illər ərzində yaşayaraq və kənd təsərrüfatı ilə məşğul olaraq, torpaq sahəsindən istifadə edərək, fayda götürdüyündən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci, 101.7-ci, 103.1-ci, 107-ci, 119.1-ci maddələrinə və Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 29076)-417/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X15 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair iddiası tərəflər arasında qonşuluq aktı bağlanana zaman iddiaçının 14 yaşı olması səbəbindən rədd eidlmişdir. Məhkəmə cavabdeh tərəfin evi sökdükdən sonra çəkib məhkəməyə təqdim etdiyi fotoşəkili inandırıcı qəbul etmiş, amma Azərbaycan Respublikası “X20” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 55 saylı tikinti-texniki və qiymətləndirmə ekspertizası üzrə tədqiqatın nəticəsini ağlabatan hesab etməmişdir. Evin tikintisində iştirak etmiş ustanın, fəhlənin, habelə qonşuluq aktı bağlanan zaman iştirak etmiş şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsinə dair vəsatət də təmin edilməmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini, ərizələri və aktları, iddiaçının evindən məhrum edilməklə məruz qaldığı zərəri, iddiaçı tərəfindən tikilmiş evin cavabdeh tərəfindən sökülməklə iddiaçıya vurulmuş ziyanı nəzərə almayaraq, yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi tək fotoşəkillərə əsaslanaraq, iddianı rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdilər.
22. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbini dəyişdirdikdən sonra qeyd edilən torpaq sahələrinin hazırki dəyəri tələb edilmişdir. Belə ki, X21 bu torpaq sahələrini 2002-ci ildə iddiaçıya satmış, lakin sonradan onu bu əmlakdan məhrum etmişdir. Bu səbəbdən cavabdehlərdən bu ölçüdə torpaq sahəsinin hazırki dəyəri tutulmalıdır. İlk olaraq tələb edilmiş 2.890 ABŞ dolları məbləğində pul da bu məbləğə daxildir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, atasının ölümündən sonra miras əmlakı faktiki olaraq o, qəbul etsə də, rəsmi olaraq notariusdakı vərəsəlik işi yekunlaşmamış qalmışdır. Mübahisəli torpaq sahəsində Kamil İsmayılov adlı şəxs yaşayırdı. Atası özü məhkəməyə müraciət edərək, bu şəxsi torpaq sahəsindən məhkəmə qaydasında çıxartmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-417/2021 saylı qətnaməsinə əsasən iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin torpaq sahəsində iddiaçı yaşamamış, iddiaçı mübahisəli tikilidə heç bir tikinti, təmir işləri aparmamışdır. Həmin tikili əvvəlcədən mövcud idi. İddiaçı tikiliyə sadəcə 4 pəncərə çərçivəsi qoymuş və 1 divarı kərpiçlə hörmüşdür. Həmin işlər də onlar arasında artıq mübahisə gedən zaman iddiaçı tərəfindən tez-təsəlik görülmüşdür. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Cavabdeh X25 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdeh X13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid Xəlilov Vidadi hüseyn oğlu məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı əmisidir. Hazırki iş üzrə cavabdeh Məhəmməd Sadıqovla onun atası arasında mübahisəli torpaq sahəsinin satın alınması ilə bağlı sövdələşmə olmuşdur. Cavabdeh Məhəmməd Sadıqovun rəsmi adı Məhəmməd olsa da, el arasında hamı ona Sabir əmi deyirdi. Həmin torpağa görə atası 1.000 ABŞ dolları pul ödəmişdir, lakin torpağın həqiqi dəyəri olduqca aşağı idi. Torpaq təxmini olaraq 2002-ci il tarixdə satın alınmışdır. 2006-cı ildən o, öz işimi qurmuşdur. Elvin də onun yanında işləyirdi. Onun yanımda işlədiyi müddətdə qazancını toplayaraq həmin torpaq sahəsində tikinti inşa etmişdiri. Bu tikintinin inşasına təxminən 2016-cı ildə başlanılmış və 2 il müddətində tikinti işləri davam etmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, mübahisəli tikinti 2016-2018-ci illər ərzində inşa edilibdir. Tikintinin inşasında iddiaçı ilə birlikdə o da iştirak etmişdir. Torpağın satın alınmasında o, iştirak etməmişdir. Həmin dövrdə o, Rusiya Federasiyasında işləyirdi. 2002-ci ildə müvəqqəti rayona gələndə atası həmin torpaq sahəsini aldığını ona demişdir. Mübahisəli tikintiyə 3.000 manatdan çox xərc çəkilmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 144.1-ci maddəsinə (2002-ci ildə qüvvədə olan redaksiyada) əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə (2002-ci ildə qüvvədə olan redaksiyada) əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi 1.000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini, o cümlədən bu hissədə işdə olan sübutları qiymətləndirməkdə səhvə yol vermiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən bununla bağlı qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iddia eyni zamanda, xx.xx.2022-ci il tarixdə ölmüş Cavabdeh2 qarşı qaldırılmışdır. Başqa sözlə, iddia qaldırılan vaxt (xx.xx.2022-ci il) bu şəxs artıq ölmüşdür. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1399/2023 saylı qərardadı ilə iş üzrə icraata bu şəxsə aid, yəni “Cavabdeh2 vurulmuş zərərin əvəzinin tutulması” hissəsində xitam verilmişdir.
34. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsində yerləşən tikintiyə 27.777 manat məbləğində pulun xərclənməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Bu baxımdan iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsində hər hansı tikinti inşa etdiyini, daha sonra isə həmin tikintiyə 27.777 manat məbləğində pul vəsaiti sərf etdiyini sübut etməli idi. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı ilə X21 arasında yazılmış və 2002-ci ilə aid sənədlərdə (qonşuluq aktı və iltizam) də torpaq sahəsinin evlə (tikinti ilə) birlikdə satıldığı göstərilmişdir. İş materiallarında olan fotoşəkillərdən isə torpaq sahəsi üzərində olan tikintinin köhnə olduğu, həmin tikintinin yalnız 2 çöl divarının kərpiçlə yenidən inşa edildiyi və həmin divarlar üzərində olan ümumilikdə 6 pəncərə boşluğuna taxta materialdan çərçivənin və şüşələrin quraşdırıldığı müəyyən edilir. Tikintinin daxilində və üz hissəsində başqa hər hansı işlərin görülməsini təsdiq edən sübut mövcud deyil. Tikintinin ümumilikdə vəziyyəti, onun köhnə olmaqla ötən əsrin 90-cı illərindən də əvvəl inşa edilməsi qənaətinə gəlməyə əsas verir və bunun üçün xüsusi bilik də tələb edilmir. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində əks olunmuş fotoşəkillərdən də tikintinin köhnə olduğu açıq və aşkar şəkildə görünür. Hər bir halda, bu tikinti iddiaçı tərəfindən 2016-2018-ci illərdə inşa edilsə idi, ən azı onun daxili hissəsi mütəxəssis rəyində əks olunmuş görkəmdə və vəziyyətdə olmaz idi. Bu da öz növbəsində qeyd edilən tikintinin məhz 2002-ci ilə aid sənədlərdə qeyd edilən tikinti olması qənaətinə gəlməyə əsas verir. Sadəcə olaraq ötən dövr ərzində həmin tikinti üzərində yuxarıda qeyd edilən işlər görülmüşdür.
36. Digər tərəfdən tikinti üzərində həmin işlərin iddiaçı ilə X21 arasında məhkəmə mübahisələrinin yarandığı vaxtdan əvvəl aparıldığı öz təsdiqini tapmır. Bu barədə şahidin ifadələrini isə məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının əmisi olan şahid öz ifadəsində mübahisəli tikintinin 2016-2018-ci illər ərzində inşa edilyini bildirir. Halbuki, artıq müəyyən edildiyi kimi, mübahisəli torpaq sahəsi üzrəində hər hansı yeni tikinti inşa edilməmiş, mövcud tikinti üzərində isə onun yeni tikinti səviyyəsində çatdırılması həcmində işlər aparılmamışdır. Bu səbəbdən şahidin digər hissələrdə də ifadəsinin həqiqəti əks etdirdiyi şübhə doğurur. Bununla belə, tikinti üzərində aparılması müəyyən edilən işlərin məhkəmə mübahisələrindən əvvəl aparıldığı öz təsdiqini tapmır. Məhkəmə mübahisələri başlanıldıqdan sonra isə tikinti işləri üzərində aparılan hər hansı işin dəyəri cavabdehlərdən tələb edilə bilməz. Belə ki, iddiaçı onun və ona aid şəxsin torpaq sahəsindən çıxarılması, X3 arasında yaranmış alqı-satqı münasibətlərinin məhkəmə qaydasında etibarsız hesab edilməsini və bu baxımdan bu işlərə pul vəsaiti sərf etməsinin riskini nəzərə almalı idi.
37. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, mübahisəli tikintidə məhz iddiaçıya aid şəxs bir müddət yaşamışdır. Həmin şəxsin həm tikinti boş qalmaması, həm də əkinçiliyə nəzarət etmək üçün orada müvəqqəti yaşaması xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili də bildirmişdir (həmin tarixə aid məhkəmə iclasının protokolu, i.m. səhifə 86). Bu da öz növbəsində idiaçının əkinçiliklə məşğul olmasını təsdiq edir və iddiaçı tərəfindən həmin şəxsə daha uyğun minimum yaşayış şəraitin yaradılması üçün bu işlərin görülməsini istisna etmir. Bu halın mövcudluğu da iddia tələbinin bu hissədə hər hansı formada əsaslı olmasına dəlalət edə bilməz və bu məqsədlərlə sərf edilmiş vəsait tələb edilə bilməz. Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir, o cümlədən mütəxəssis rəyini bu hissədə, habelə tikintinin iddiaçı tərəfindən inşa edilməsini təsdiq edən Şəmkir rayonu Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəliyinin arayışını və kənd sakinlərinin aktını mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, nəticə etibarı ilə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
38. Məhkəmə kollegiyası “torpaq sahəsinin bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması” tələbi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbini dəyişdirərək, nəticədə bu tələbi irəli sürsə də, birinci instansiya məhkəməsi ilkin, artıq mövcud olmayan tələbə hüquqi qiymət verərək, 2.890 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən tutulması üçün hər hansı əsassın olmaması qənaətinə gəlmişdir. Halbuki, bu tələbin təmin edilməsi, ayrıca olaraq 2.890 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını istisna edir. Bu məbləğin tutulmalı olub-olmamasına ayrıca olaraq yalnız “torpaq sahəsinin bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması” tələbinin əsassız olması qənaətinə gəldikdən sonra hüquqi qiymət verilə bilər.
39. Lakin nəzərə alınmalıdır ki, iddiaçı bu tələbində X3 arasında xx.xx.2002-ci il tarixdə torpağın alqı-satqısına dair müqavilənin bağlanmasına əsaslanır. Halbuki, Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(076)-417/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində iddiaçının həmin vaxt 18 yaşının olmadığı, bu baxımdan onun alqı-satqı müqaviləsinin subyekti olmadığı, bu səbəbdən onların arasında bağlanmış alqı-satqı müqaviləsinin qanuna zidd olduğu qeyd edilmiş, eyni zamanda iddiaçının hazırda həmin əmlakdan məhrum olmasının qanunvericiliyin tələblərinə əməl etməməsindən irəli gəldiyi göstərilmişdir. Digər məhkəmə mübahisəsi üzrə isə cavabdehlərin iddiasına əsasən iddiaçının razılığı ilə mübahisəli torpaq sahəsində olan tikintiyə köçürülmüş X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-528/2021 saylı qətnaməsi ilə həmin tikintidən çıxarılmışdır. Bununla belə, tərəflər arasında bundan əvvəl ikir dəfə məhkəmə mübahisəsi olmuşdur və həmin mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır və “torpaq sahəsinin bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması” tələbinin təmin edilməməsini şərtləndirir.
40. Məhkəmə kollegiyası iddiaçının təvəllüdü ilə yanaşı onu da qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə Mülki Məcəllədə belə bir əmlakın alqı-satqısının yalnız notarial qaydada rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Nəticə etibarı ilə onların arasında Mülki Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə (notarial qaydada təsdiq edilmədiyindən) uyğun olmayan, torpaqlara dair şəhadətnamələrdə və aktda adları olan bütün şəxslərin razılığı alınmadan və hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməyən, etibarsız bir əqd bağlanmışdır.
41. Bununla belə, tərəflər öz aralarında daşınmaz əmlakın 1.000 ABŞ dolları pula alqı-satqısına dair razılığa gəlsələrdə və iddiaçı tərəfindən həmin məbləğ X15 ödənilsə də (həmin sənədlərdə X21 bu halı öz imzası ilə tədiq edir, cavabdeh pulun verilmədiyini bildirsə də, öz mövqeyini təsdiq edə bilmir) onların arasında qanunvericiliyin tələblərinə cavab verən alqı-satqı müqaviləsi bağlanmamışdır (bağlana da bilməzdi). Nəticə etibarı ilə X21 hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, onun hər hansı hüquqi əsas olmadan əldə etdiyi 1.000 ABŞ dolları məbləğində pulu onun ölümündən sonra ondan miras qalmış əmlakı, o cümlədən bu torpaq sahələrini faktiki qəbul etmiş cavabdehlər Cavabdeh1 və X25 tərəfindən iddiaçıya qaytarılmalıdır (Cavabdeh1 mirasın yalnız onun tərəfindən qəbul edildiyini bildirsə də, bu halı təsdiq edə bilmir).
42. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğ iddiaçı tərəfindən 2002-ci ildə verilmiş və həmin hadisədən 20 ildən artıq müddət ötmüşdür. Ötən müddət ərzində də bu pul vahidinin dəyəri (məzənnəsi) artmışdır. Bu səbəbdən məhkəmə iş materiallarında olan mütəxəssis rəyini “1.000 ABŞ dollarının mövcud vəziyyətdə 2.890 ABŞ dolları təşkil etməsi” hissəsində mötəbər sübut kimi qiymətləndirirb, belə qənaətə gəlir ki, cavabdehlərdən müştərək qaydada 1.000 ABŞ dolları ilə yanaşı ötən illər üzrə yaranmış 1.890 ABŞ dolları məbləğində məzənnə fərqi də tutulmalıdır.
43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb iddiaçı tərəfindən tələb edilən bu məbləğin X7 cavabdehlərə miras qalmış əmlakın dəyərinə mütənasib olduğunu qeyd edir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən 2.890 ABŞ dolları məbləğində pulu tutmamaqda haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi bu məbləğin təmin edilməməsinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia həmin hissədə təmin edilməklə, qeyd edilən məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
45. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə cavabdehlərdən tutulan məbləğ 5.000 manatdan az olduğundan onlar tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 385ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(011)- 6261/2022 saylı qətnaməsi qismən - “alğı-satqı üçün sərf olunmuş 2.890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X11 müştərək qaydada İddiaçı xeyrinə 2.890 (iki min səkkiz yüz doxsan ABŞ dolları) məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində İddiaçı Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.