Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-2344/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı “kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh3 900000 manat məbləğində əsas borcun, 428184 manat məbləğində faiz borcunun, ümumilikdə ******* manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilən 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 155 manat rüsum məbləğinin və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilən 136 manat dövlət rüsumu məbləğinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh3 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GY-0095 nömrəli “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, cavabdehlərə məxsus ipoteka predmetlərinə, o cümlədən Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0.1995 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991,4 kv.m olan qeyri-yaşayış binasına və 0.1995 ha torpaq sahəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına və 0,0689 ha torpaq sahəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində istifadəsindəki 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış binasına, Cavabdeh4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ümumi sahəsi 28.8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitlərinin tələbin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-2344/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 900 000 (doqquz yüz min) manat əsas, 428 184 (dörd yüz iyirmi səkkiz min yüz səksən dörd) manat faiz, cəmi ******* (bir milyon üç yüz iyirmi səkkiz min yüz səksən dörd) manat borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş rüsum məbləği 90 (doxsan) manatın və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilən dövlət rüsumu 136 (yüz otuz altı) manatın tutulması, məhkəmə məsrəfini təşkil edən məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın, eyni zamanda məhkəmə-əmtəəşünaslıq ekspertizası (müstəqil qiymətləndirici) tədqiqatının dəyərini təşkil edən 800 (səkkiz yüz) manatın Cavabdeh3 tutulmaqla müvafiq olaraq Azərbaycan Respublikası dövlət büdcəsinə, “xxxx” MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mülkiyyətində olan, ipotekaya qoyulmuş, o cümlədən Cavabdeh1 mülkiyyətindəki Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0,1995 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991.4 kv.m olan qeyriyaşayış binasına və 0.1995 ha torpaq sahəsinə, həmin küçədəki 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123.7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına və 0,0689 ha torpaq sahəsinə, yenə həmin küçədə istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731.1 kv.m-dən ibarət qeyri-yaşayış binasına və Cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış binaları (sahələri), eləcə də onların yerləşdiyi torpaq sahələrinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, realizə edilmiş qeyri-yaşayış binalarının (sahələrinin), eləcə də onların yerləşdiyi torpaq sahələrinin dəyərindən Cavabdeh3 İddiaçı ASC-nə olan cəmi ******* manat borcunun, Azərbaycan Respublikası dövlət büdcəsinə olan məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın, eyni zamanda “xxxx” MMC-yə olan məhkəməəmtəəşünaslıq ekspertizası (müstəqil qiymətləndirici) tədqiqatının dəyərini təşkil edən 800 manatın ödənilməsi, ipoteka predmetini təşkil edən Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0,0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123.7 kv.m ümumi, 123.7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli olan qeyri-yaşayış (mağaza) binasının 0,0689 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 140 000 (yüz qırx min) manat, Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 430000 (dörd yüz otuz min) manat, Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 335000 (üç yüz otuz beş min) manat, Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti isə 72500 (yetmiş iki min beş yüz) manat məbləğində müəyyən edilməsi və qeyri-yaşayış binalarının (sahələri), eləcə də onların yerləşdiyi torpaq sahələrinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, birincisi, məhkəmə heç bir onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla da birinci instansiya məhkəməsi işə cavabdehin məhkəmə iclasında iştirakına lazımi qaydada şərait yaratmadan, sübutların araşdırılmasından və sübutların təqdim olunmasından məhrum edərək ədalət mühakiməsinin müqəddəs olan çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. İkincisi, məhkəmə iddia tələbini qismən təmin edərək yalnız iddiaçı tərəfədən təqdim edilmiş sübutlara qiymət verərək, iddia tələbi qismən təmin etmişdir. Məhkəmədə lazımı qaydada iştirakları təmin edilmiş olsaydı, o, ipoteka ilə yüklü etmiş olduğu əmlakların fakiti bazar qiymətinin daha yüksək olmasını sübut edərdi. Üçüncüsü, iddiaçının tələb etdiyi əsas borcun və faizin hesablama qaydası onlara hələdə məlum deyil. Qeyd olunan məsələ ilə bağlı iddiaçı iki dəfə iddia həcminin artırılması barədə ərizə təqdim edib, məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası ilə iddiaçının tələb etdiyi məbləğdən də artıq məbləğ müəyyən etmişdir. Bu səbəbdən məhkəmə ən azı təkrar mühasibatlıq ekspertizası təyin etmiş olsaydı, iddiaçının tələb etdiyi məbləğin nə qədər əsaslı olması müəyyən edilərdi. Dörüdüncüsü, məhkəmə qətnamədə ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin faktiki bazar qiymətindən çox az məbləğində müəyyən etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın hazırda orta bazar qiyməti daha çoxdur. Yəni faktiki mənzilin qiyməti daha çox olduğundan qiymətləndirilmə ilə əlaqədar ekspertiza təyin edilməlidir. Hansı ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək, onun cavabdehlər siyahısından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razılaşmadığı üçün, ümumiyyətlə qətnamə çıxmamışdan öncə də işdə olan cinayətlə bağlı Respublika Baş Prokurorluğuna müraciət etmişdir. Hal-hazırda məsələ araşdırılır və nəticəsi barədə ona məlumat verilməsi bildirilir. Sözü gedən xx.xx.2014-cü il tarixli İddiaçı ASC-nin Göyçay filialında bağlanıb və 900.00 (doqquz yüz) manat məbləğində kredit götürülüb. Göstərilən tarixdə Göyçay filialından Cavabdeh3 üçün götürülən kredit müqaviləsi üzrə müqavilədə iştirak etməmiş, sözü gedən Daşınmaz Əmlakının təminat qismində qoymamış, həmin sənədləri imzalamamış və ümumiyyətlə xx.xx.2014-cü il tarixdə o, Göyçay şəhərində olmamışdır. Bu məsələdə Məhkəmədən onun ünvanına məktublar gəlməyə başlayarkən, o, bütün bu işlər barədə ona açıqlama verməsi barədə İddiaçı ASC-yə məktub ünvanlamışdır. Amma cavab gəlməmişdir. Yenidən ikinci dəfə müraciət etsə də yenə cavab almamışdır. Məhkəmə bir sıra önəmli faktları araşdırmamış, imza ilə bağlı vəsatəti təmin etməmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasının əvvəlki iclasında Cavabdeh1 vəkili X1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətlərini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş, gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsas və faiz borcu, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi, Cavabdeh4 oğlu tərəfindən əmlakın ipoteka ilə yüklü edilib-edilməməsi hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyatorlar qətnaməni yalnız qeyd olunan hissələrdə mübahisələndirmişlər. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh4 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-2344/2017 saylı qətnaməsi ipoteka predmetlərinin bir hissəsinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan xx xxx 2014-cü il tarixli, GY-0095 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 drobilka quraşdırılması, qum-çınqıl, şeben istehsalı və ferma tikintisi üçün 90 ay müddətinə illik 16% ödəmək şərti ilə İddiaçı ASC tərəfindən 900000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 ilə bağlanılmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 və Cavabdeh4 ilə iddiaçı bank arasında imzalanmış ipoteka, ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmalardan və sonrakı ipoteka müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətindəki Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0,1995 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991.4 kv.m olan qeyri-yaşayış binasını və 0,1995 ha torpaq sahəsini, həmin küçədəki 0,0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasını və 0.0689 ha torpaq sahəsini, yenə həmin küçədə istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış binasını, Cavabdeh4 isə xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan, ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyri- yaşayış sahəsini bank qarşısında ipoteka ilə yüklü etmişlər. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********82-06301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, GY-0095 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binası 0,1995 ha torpaq sahəsi ilə birgə İddiaçı ASC-nin xeyrinə 60 ay müddətinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********79-06301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, GY-0095 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən mağaza 0,0689 ha torpaq sahəsi ilə birgə "İddiaçı" ASCnin xeyrinə 60 ay müddətinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********11-06301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, GY-0095 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh1 istifadəsindəki Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 731.1 kv.m-dən ibarət qeyri-yaşayış binası (mebel sexi) İddiaçı ASC-nin xeyrinə 60 ay müddətinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, **********45-05101-083003 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, GY-0095 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş əsas öhdəliyin təminatı kimi Cavabdeh4 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "İddiaçı" ASC-nin xeyrinə 60 ay müddətinə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 25830 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən (hesabdan çıxarış məlumatlarına), xx xxx 2014-cü il tarixli, GY-0095 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh3 Vasil qızının İddiaçı ASC-yə olan əsas kredit borcu 900000 manat, faiz borcu 460531 manat təşkil edir. İşdə olan “xxxx” MMC-nin Cavabdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın dəyəri 72500 (yetmiş iki min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “xxxx” MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində mülkiyyətində olan 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli olan qeyri- yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın birlikdə dəyəri 140000 (yüz qırx min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “xxxx” MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın dəyəri 430000 (dörd yüz otuz min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “xxxx” MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın dəyəri 335000 (üç yüz otuz beş min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş bildirişlərin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı cavabdehlərə xəbərdarlıqlar edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş hesab fakturadan görünür ki, Mərkəzin göstərdiyi iş və xidmətlərin dəyəri ümumilikdə 800 (səkkiz yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 25830 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ödəniş tapşırığından və digər maliyyə sənədlərindən görünür ki, İddiaçı ASC mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 90 manat və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 136 manat dövlət rüsumu ödəmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, iddiaçı haqlı olaraq borcu tələb etməklə, tutmanın ipoteka predmetələrinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya apellyator Xasməmmədovun əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, kollegiya hesab edir ki, məhkəmə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyator Hümmətovun ipoteka müqaviləsini izalamaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 19289 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx xxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin sonuncu vərəqəsində “İpoteka qoyan Cavabdeh4” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Vüqar Hümmətov” yazıları Cavabdeh4 tərəfindən icra olunmuşdur. Kollegiya həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyator Xasməmmədovun ipoteka predmetlərinin ilkin satış qiymətlərinin az göstərilməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin xx xxx 2018-ci il tarixli, 02/GQ saylı məktubuna əsasən ipoteka qoyanlar tərəfindən qiymətləndirmənin keçirilməsinə lazımi şərait yaradılmadığından, ipoteka predmetlərinin qiymətləndirilməsi mümkün olmamışdır. Lakin ipoteka predmetlərinin müqavilədəki qiyməti ilə qiymətləndirici rəyi arasında olan qiymətlər arasında kəskin fərq mövcud olduğundan, yenidən qiymətləndirməyə zərurət yaranmış, məhkəmə kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. İşdə olan “X5” MMC-nin Cavabdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın dəyəri 28000 (iyirmi səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “X5” MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində mülkiyyətində olan 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli olan qeyri- yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın birlikdə dəyəri 638000 (altı yüz otuz səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “X5” MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın dəyəri 663000 (altı yüz altmış üç min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan “X5” MMC-nin Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatından görünür ki, əmlakın dəyəri 902000 (doqquz yüz iki min) manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetlərinin qiymətlərinin yenidən yoxlanılmasına zərurət yarandığından, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. İşdə olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 191/E saylı rəyindən görünür ki, Cavabdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar dəyərinə uyğun likvid qiyməti 26000 (iyirmi altı min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində mülkiyyətində olan 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli olan qeyri- yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin bazar dəyərinə uyğun likvid qiyməti 111300 (yüz on bir min üç yüz) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinə uyğun likvid qiyməti 658000 (altı yüz əlli səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinə uyğun likvid qiyməti 891900 (səkkiz yüz doxsan bir min doqquz yüz) manat məbləğində qiymətləndirilmişdir. Kollegiya hesab edir ki, “X5” MMC tərəfindən bazar qiymətləri ilə bağlı verilmiş rəy və “xxxx” MMC-nin tərəfindən bazar dəyərinə uyğun likvid qiymətlə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, kollegiya hesab edir ki, həmin rəylər əsas götrülməklə Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,14 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinə uyğun likvid qiyməti dəyişdirilərək 658000 (altı yüz əlli səkkiz min) manat, Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən qeyri-yaşayış binasının 0,1995 ha torpaq sahəsi ilə birlikdə bazar dəyərinə uyğun likvid qiyməti dəyişdirilərək 891900 (səkkiz yüz doxsan bir min doqquz yüz) manat məbləğində müəyyən olunmalıdır. Digər ipoteka predmetləri ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh4 məxsus ümumi sahəsi 28,8 kv.m. olan Şəki şəhəri, X3 prospekti 178 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən 72500 manat müəyyən olunduğu halda, hazırki rəylə bazar dəyərinə uyğun likvid qiyməti 26000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 məxsus Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində mülkiyyətində olan 0.0689 ha torpaq sahəsində yerləşən 1 girişli, 123,7 kv.m ümumi, 123,7 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli olan qeyri- yaşayış (mağaza) binasının və 0,0689 ha torpaq sahəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən 140000 manat müəyyən olunduğu halda, hazırki rəylə bazar dəyərinə uyğun likvid qiyməti 111300 manat məbləğində qiymətləndirilmişdir. Buna görə də, kollegiya hesab edir ki, həmin ipoteka predmetlərinin ilkin satış qiymətləri birinci instansiya məhəməsi tərəfindən yuxarı məbləğdə müəyyən olunduğundan, bundan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, ilkin satış qiyməti ipoteka qoyanların mənafeyinə uyğun olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyator Xasməmmədovun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin dəlil iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 126 manat Cavabdeh3 alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 600 manatın Cavabdeh3 alınaraq, “X5” MMC-nin hesabına “VÖEN:**********, HesabNoAZN: AZ30GUNA********************, Bank:GUNAY BANK ASC VÖEN:100028531, Müxbir hesab:AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-2344/2017 saylı qətnaməsi mübahisələndrilən- ipoteka predmeti olan Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsindəki 0,1995 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 991,4 kv.m olan qeyri-yaşayış sahəsi və 0,1995 ha torpaq sahəsinin ilkin satış qiyməti dəyişdirilsin, ilkin satış qiyməti 891900 (səkkiz yüz doxsan bir min doqquz yüz) manat müəyyən edilsin. İpoteka predmeti olan – Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 731,1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti dəyişdirilsin, ilkin satış qiyməti – 658000 (altı yüz əlli səkkiz min) manat müəyyən edilsin. Qətnamə mübahisələndiriln qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-14/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver