Məhkəmə qərarları › İş №2(103)-1400/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1400/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1400/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X11 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 və Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X11 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2919/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20.000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh də borc olaraq aldığı həmin məbləği hər ay 1.700 manat, lakin axırıncı ay, yəni 2020-ci ilin sentyabr ayında 1.300 manat ödəmək şərti ilə xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “xx.xx.2019-cu il tarixli, 3M-1186 reyestr nömrəli kredit müqaviləsinə əlavə”yə əsasən həmin müqavilədə göstərilən borc pulun qaytarılmasının müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, cavabdeh xx.xx.2022-ci il tarixədək həmin borc məbləğini, yəni 20.000 manatı iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borc olaraq aldığı 20.000 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 20.030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixədək ödəməli olduğu borc olaraq aldığı 20.000 manat pul vəsaitinə dair bir ay belə olsa ödəniş etməmiş, dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, hər dəfə cavabdeh borcu ödəyə bilmədiyi üçün möhlət istəmişdir. O, cavabdehə möhlət verməyə razı olaraq 20.000 manat borc pulun qaytarılması müddətini müqavilədə dəyişiklik edərək, azaltmağa razılaşmışdır. Belə ki, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. Həmin əlavəyə əsasən cavabdehin ondan borc olaraq aldığı 20.000 manat pul vəsaitini 1 il ərzində, yəni xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli, M- 1186 reyestr nömrəli kredit müqaviləsinin bağlanmasından 3 ilə yaxın müddətin keçməsinə baxmayaq cavabdeh tərəfindən 20.000 manat pul qaytarılmamışdır. Cavabdehin borc olaraq aldığı 20.000 manat pul vəsaitini geri tələb etsə də, cavabdeh pulu ödəməkdən qəsdən yayınır və borcu qaytarmaqdan imtina edir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 20.000 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Aytən Novruzova).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 20.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini və 30 manat dövlət rüsumunu iddiaçıya ödəməlidir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 390.1-ci, 390.5-ci, 427.3-cü, 442-ci, 445.2-ci, 445.2.1-ci, 448.1-ci, 739.1-ci, 740-ci, 740.2ci maddələrinə və Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məşhur vizajistdir, 2019-cu ilin sentyabrında “EDELSS.BAKU” gözəllik salonunda işləməsi üçün özünü həmin salonun sahibi kimi tanıtmış X11 onunla əlaqə saxlayaraq onun salonunda işləməyi təklif etmiş, əvəzində transfer ödənişi kimi 20.000 manat, eyni zamanda müştərilərdən əldə olunan gəlirin 40-60 % nisbətində bölünməsini təklif etmiş, o da razılaşmışdır. Onun öhdəliyi isə müştərilərə xidmət və ən əsası yeni yaranmış bu salonu “İnstaqram” sosial şəbəkəsində olan səhifəsində reklam etmək olmuşdur. İddiaçı isə onu aldadaraq əmək müqaviləsi bağlaya bilməyəcəyini əvəzində işçi kimi münasibətləri rəsmiləşdirmək üçün 20.000 manat almasının rəsmiləşdirilməli olduğunu deyib, sonra isə onun işçisi İddiaçı ilə notariusa gedərək borc müqaviləsi imzalamışdır. Bundan sonrakı fəaliyyətində salona aylıq 3-4 min manat qazandırmış, salonun müştəriləri artmış, həmçinin öz müştərilərini salonun digər xidmətlərinə də cəlb etmişdir. Sonradan digər işçilərin əmək müqaviləsi olduğundan xəbəri olmuş, o müqavilə tələb edəndə isə iddiaçı onu hədələməyə başlamış, polisə müraciət etmək istəyəndə isə ona yeni vədlər vermiş, həmçinin əvvəl aldığı 20.000 manatın məhkəmə qaydasında alınacağı ilə hədələmişdir. Onun iddiaçı ilə arasındakı müqavilə pərdələnmiş əqddir, reallığı əks etdirmir. Belə ki, iddiaçının bu tip müqavilələr bağladığı digər ustalar da var, həmin müqavilələrin surətlərini təqdim edərək qeyd etmişdir ki, onlara da transfer məbləği kimi verilmiş müxtəlif məbləğlər borc müqaviləsi adı altında pərdələnmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Məhkəmə kollegiyasının təşəbbüssü ilə X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2389/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 75 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), hakimlər N.Ş.Cəfərov və E.C.Kazımov).

11. Apellyasiya instansiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının cavabdehi haradan tanıması, əvvəllər tanımadığı şəxsə nəyə görə, həm də faizsiz olaraq borc verməsi, birinci müqavilə üzrə pulun hissələrlə hər ay qaytarılması nəzərdə tutulduğu və bu şərtə əməl edilmədiyi, yəni müqavilə müddəti ərzində hər hansı məbləğdə vəsaitin qaytarılmadığı halda, iddiaçının pulunu tələb etməməsi, eləcə də iddiaçının eyni dövrə təsadüf edən və həmin salonda işləyən digər şəxslərə də böyük məbləğlərdə borc verməsinin səbəbləri barədə hər hansı ağlabatan izah verə bilməmişdir. Nümayəndə eyni zamanda məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında şəxsən iştirakının zəruriliyinə dair qərar verilməsinə baxmayaraq, onun şəxsən məhkəmə iclaslarına gəlməməsi-yayınmasını, eləcə də üçüncü şəxsin də məhkəmə iclasına gəlməməsinin səbəblərinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir. İddiaçının nümayəndəsi hazırkı iddia verilməmişdən qabaq müqavilə öhdəliyinin icrası barədə cavabdehə xatırlatma edilib-edilməməsi, eləcə də iddiaçının istinad etdiyi borc müqaviləsinin icra müddəti çatmadığı (müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixi olduğu halda, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir) halda məhkəməyə müraciət edilməsinin səbəblərini də hər hansı şəkildə izah edə bilməmişdir

12. Cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı ilə cavabdeh arasında keçən telefon danışığın səs yazısından məlum olur ki, iddiaçı hazırkı mübahisənin ona aidiyyətinin olmadığını, həmin pul münasibətlərinin Rübabə ilə cavabdeh arasında olduğunu təsdiq edir və cavabdehə bütün bu məsələlərini Rübabə ilə həll etməsini tövsiyyə edir.

13. Həmçinin bildirmişdir ki, cavabdehin iddiaya etirazındakı müfəssəl izahatı, onun təqdim etdiyi şahid ifadələri, eləcə də iddiaçı ilə həmin salonda işləmiş beş ayrı-ayrı şəxslə bağlanmış borc müqavilələri, habelə iddiaçının məhkəmə iclasından yayınması, onun nümayəndəsi və vəkilinin isə cavabdehin etirazındakı dəlilləri ilə bağlı təqdim etdiyi sübutlara münasibətdə hər hansı ağlabatan və məntiqli izah verə bilməməsi, MPM-in 88ci maddəsinin tələbləri baxımından ümumilikdə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin etirazı inandırıcı olmaqla əsaslıdır. Belə ki, müəyyən olunur ki, iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanmış borc müqavilələri iddiaçı ilə deyil, əslində cavabdehlə onun işlədiyi salonun həqiqi sahibi R.Əsgərova arasında mövcud olmuş işçi işəgötürən münasibətlərini pərdələmək məqsədi ilə üçüncü şəxslə bağlanmış yalan əqddir. Demək ki, tərəflər arasında bağlanmış və iddiaçının da tələbin əsası kimi istinad etdiyi borc müqavilələri Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir.

14. Cavabdehin apellyasiya şikayətinin digər, yəni birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə dəlilinə əsasən kollegiya qeyd etmişdir ki, mülki işin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişləri zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qayıtmışdır (iş/v. 18, 35. 45.). Lakin rayon məhkəməsi cavabdehin iştirakının təmin olunması üçün zəruri tədbirləri görməmiş, onun məhkəmədə dinlənilməsini təmin etməmiş, nəticədə də rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan, o dinlənilmədən işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 337.1, 337.3, 337.4, 340.1, 404.1, 404.2, 739.1, 740-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, “X.Mirzəyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3807/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2389/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaətdən belə görünür ki, kreditor İddiaçı ilə borclu Cavabdeh arasında rəsmiləşdirilmiş kredit müqaviləsi həm şəxsə, həm də predmetə görə yalan əqd olmaqla, əslində Rübabə Əsgərova ilə Cavabdeh arasında bağlanmış əmək münasibətlərini pərdələmişdir. Apellyasiya kollegiyası kredit müqaviləsini yalan (əhəmiyyətsiz) əqd saymaqla araşdırmanı dayandırmış və iddianı rədd etmişdir. Halbuki, pərdələyən müqavilə yalan əqd kimi əhəmiyyətsiz olsa da, pərdələnən müqavilə müvafiq forma tələblərinə cavab verməzsə etibarsız hesab edilir. Əgər pərdələnən müqavilə Mülki Məcəllənin 405.1-ci və 406.1-ci maddələrində nəzərdə tutulan forma tələblərinə uyğun gəlirsə əsl əqdin qaydaları tətbiq edilməlidir. Başqa sözlə, pərdələyən əqd yalan olduqda, məhkəmə bunu təsbit etməklə işini bitmiş hesab etməməli, araşdırmanı davam etdirərək pərdələnən əqdin də etibarlı olub-olmadığını araşdırmalıdır. Həmin əqd etibarlı olduqda tərəflərin ondan irəli gələn öhdəlikləri çərçivəsində iddia həll olunmalıdır. Məlum olduğu kimi, qanunvericiliklə nəzərdə tutulmuş forma şərtinə cavab verən müqavilə əsl tərəflər arasında arzu olunan hüquqi nəticələrə səbəb olur, yəni onların qarşılıqlı hüquq və öhdəliklərini meydana gətirir. Belə olan halda, müqavilənin tərəflərinin əsl əqddən irəli gələn öhdəliklərini pozubpozmadığına ümumi qaydada hüquqi qiymət verilməlidir. Baxılan işdə isə kredit müqaviləsini yalan əqd sayan apellyasiya məhkəməsi bu hallar üzrə araşdırma aparmamış, hüquq münasibətlərinin tərəflərinin əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiqi imkanlarını müzakirə etməmiş, beləliklə Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsi işə tətbiq olunmamışdır. Bu hallar həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına və nəticə etibarilə iş üzrə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir. Təkrar apellyasiya baxışında iş üzrə yalan əqd nəticəsinə gəlinməsi ilə bağlı sübutlara düzgün qiymət verilmədiyinə dair iddiaçının dəlilləri, eləcə də cavabdehin etirazları təqdim olunmuş sübutlar araşdırılmalı, borc tələbinin əsaslandığı əqdin etibarlı olub-olmaması yoxlanılarkən yalnız müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, tərəflərin əsl iradələrinin nəyə yönəldiyi, hansısa hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, bağlanmış kredit müqaviləsinin bu niyyətləri ifadə edib-etmədiyi, əgər həmin əqdlə başqa bir razılaşmanı pərdələmişlərsə, tərəflərin həqiqi iradələrini gizli tutaraq, üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda əldə etmək istədikləri mənfəətin, habelə gizlədilən əqdin tərəflərinin kimlər və predmetinin nədən ibarət olması, bu kontekstdə 40/60 nisbətində gəlir bölgüsü barədə razılaşmanın tərəflər arasında hansı növ hüquq münasibətinə dəlalət etməsi, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən müddət bitdikdən sonra cavabdehin faktiki olaraq salonda işləməyə davam etməsinin, sonradan müqavilə müddətinin uzadılmasının səbəbləri, bu halların əsl əqd üzrə öhdəliklərin yerinə yetirilməsi üçün əhəmiyyəti, nəticə etibarilə cavabdehin həmin öhdəlikləri icra edib-etməməsi, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 və Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

21. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər rəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X11 və X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. 20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

31. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları nəzərə alıb, qətnaməni göstərişlərdə nəzərdə tutulmuş hallar çərçivəsində tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericilikdə əqdə verilmiş anlayışdan görünür ki, əqdin bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil (bağlanmayıb); əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

34. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyriciddi) iradə ifadəsi göstərilə bilər. İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

35. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar)

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsində iddiaçının 20.000 manat məbləğində pulu cavabdehə borc verdiyi, cavabdehin isə həmin məbləğdə krediti xx.xx.2020-ci tarixinədək qaytarmağı öhdəsinə götürdüyü göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavəyə əsasən həmin müqavilə üzrə müəyyən edilmiş kreditin qaytarılması müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Hazırda iddiaçı həmin məbləğdə pul vəsaitini cavabdehə verdiyini, lakin cavabdehin bu məbləği bugünədək ona qaytarmadığını iddia edir və ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin məbləğin ona borc qismində deyil, öz fəaliyyətini “EDELSS.BAKU” gözəllik salonunda davam etdirilməsi və müştərilərə xidmətlərin həmin salonda göstərilməsi müqabilində, yəni transfer ödənişi olaraq həmin salonun həqiqi sahibi olan Rübabə adlı şəxs tərəfindən ona verildiyini, lakin kredit müqaviləsi kimi rəsmiləşdirildiyini, həmin gözəllik salonunda formalaşmış qaydaya görə digər işçilərlə də belə müqavilələrin bağlandığını, razılıqlarına əsasən həmin salonda işlədiyi bütün dövr ərzində müştərilərdən əldə olunan gəlirin 40/60 faiz nisbətində bölüşdürdüklərini, salonda öz fəaliyyətini davam etmək istəməsə də, sonradan bir müdət də orada fəaliyyət göstərməyə razılıq verdiyini və bu səbəbdən kredit müqaviləsinin müddətinin uzadıldığını, həmin gözəllik salonunda faktiki işləməyinə baxmayaraq onunla əmək müqaviləsinin bağlanmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

37. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə istinadən vurğulayır ki, həm iddiaçı, həm də cavabdeh “EDELSS.BAKU” gözəllik salonunda fəaliyyət göstəriblər. Cavabdehin həmin salonda fəaliyyət göstərməsi iş materiallarında olan sübutlarla, o cümlədən fotoşəkillərlə, şahid ifadələri və tərəflər arasında olan audioyazı ilə öz təsdiqini tapır. İddiaçı özü də həm bu halı, həm də salonla bağlılığını təkzib etmir. Cavabdeh həmin salonda kredit müqaviləsinin bağlandığı 2019-cu ilin sentyabr ayının sonundan (demək olar ki, eyni tarixdən) vizajist kimi fəaliyyət göstərməyə başlamış və öz fəaliyyətini həmin salonda 2021-ci ilin avqust ayına kimi davam etdirmişdir. Onların kredit müqaviləsi bağlandığı tarixdən əvvəl biri-birini tanıması, habelə müqavilə bağlandıqdan əvvəl ünsiyyətdə olması müəyyən edilmir. İddiaçı da iddia tələbi ilə bağlı bu istiqamətdə cavabdeh ilə keçmişə dayanan nəinki etibarlı yaxınlıq münasibətlərinin, ümumiyyətlə hər hansı münasibətlərinin olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Ötən dövr ərzində iddiaçının bu məbləği cavabdehdən tələb etməsini təsdiq edən hər hansı sübut, o cümlədən yazışma və ya bu istiqamətdə hər hansı hərəkətin edilməsi halı da mövcud deyil.

38. Digər tərəfdən məhkəmə kollegiyası o halı da nəzərə alır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 20.000 manat pulun məbləğ etibarı ilə xx.xx.2020-ci tarixinədək qaytarılmasında sərbəst olmamış, müqavilə çərçivəsində kreditin qaytarılması müddətləri və məbləğləri də razılaşdırılmışdır. Belə ki, müqaviləyə əsasən həmin məbləğ hər ay 1.700 manat, axırıncı ay, yəni 2020-ci ilin sentyabr ayında isə 1.300 manat ödəmək şərti ilə verilmişdir. Lakin müqavilənin qüvvədə olduğu müddət ərzində bu məbləğin hər hansı hissəsinin ödənilməsi təmin edilməmiş, ümumiyyətlə cavabdehə qarşı belə bir tələb irəli sürülməmişdir. Əksinə müqavilənin müddətinin bitdiyi tarixdən 10 ay keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əlavəyə əsasən 20.000 manat kredit məbləğinin ödənilməsi müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bununla belə, iddiaçı ümumiyyətlə tanımadığı (etibarlı münasibətdən söhbət gedə bilməz) cavabdehə xx.xx.2019-cu il tarixdə yüksək məbləğ hesab edilən 20.000 manat məbləğində pulu borc vermiş, müqavilədə ödəniş məbləğlərinin və müddətlərinin şərtləşdirilməsinə baxmayaraq, 2 il 9 ay ərzində pulunu tələb etməmiş və yalnız 2022-ci il ilin iyun ayında (müqavilə müddəti bitməmiş) bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlər tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını şübhə altına alır.

39. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh iddiaçının borc verdiyi yeganə iş yoldaşı olmamışdır. Belə ki, iddiaçı aralarında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X13 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 2.500 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X12 xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Atmaca Bilgenə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 16.000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X6 xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit vermişdir. Həmin şəxslərin, o cümlədən X4 (vizajist), X9 (bərbər) və Atmaca Bilgenin (bərbər) məhz cavabdehin vizajist kimi fəaliyyət göstərdiyi “Edelss Baku” gözəllik salonunda işlədiyi (əmək münasibətlərində olduğu) iş materiallarında olan əmrlər və əmək bildirişi ilə təsdiq edilir.

40. Yuxarıda göstərilən və iş üçün əhəmiyyət kəsb edən bir sıra digər məsələlərə aydınlıq gətirilməsi üçün iddiaçının (şəxsən) və üçüncü şəxslər X5 (göndərilən məhkəmə bildirişləri ünvan üzrə qəbul edilmişdir) və X3 (istifadəsində olan telefon nömrəsinə də bildiriş göndərilmişdir) məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, o cümlədən vəkil və nümayəndə Vəkil3 bu barədə təklif edilmişdir. Lakin nəticə etibarı ilə qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmişdilər. Bu da öz növbəsində cavabdehin təqdim etdiyi sübutlar da nəzərə alınmaqla onun mövqeyinin və söylədiyi fikirlərin əsaslı olduğunu təsdiq edir.

41. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilən məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı sübut təqdim etmək imkanına malik olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər mübahisənin düzgün həll edilməsinin, o cümlədən işin bütün halarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilməlidir.

42. Bununla belə, məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi onun tərəflərinin, yəni iddiaçı və cavabdehin əsl hüquqi niyyətlərini əks etdirmir və müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun deyil.

43. Həmin müqavilə və müqaviləyə əlavə bağlanarkən qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmiş və cavabehə verilmişdir) borc münasibətlərinin yaranması baxımından formal olaraq əməl olunmuşdur. Halbuki, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə “əqdlərin etibarsızlığı” institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.

44. Belə ki, cavabdeh 2019-cu ilin sentyabr ayına kimi başqa bir gözəllik salonunda fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabr ayında fəaliyyət göstərdiyi gözəllik salonunu dəyişərək, “Edelss Baku” gözəllik salonunda vizajist kimi fəaliyyət göstərməyə başlamış, həmin vaxt salonun rəsmi internet səhifəsində bununla bağlı reklam xarakterli məlumat da yerləşdirilmişdir. Elə həmin vaxt cavabdehlə salonun digər əməkdaşı (iddiaçı) arasında borc müqaviləsi bağlanmış və cavabdehə borc olaraq 20.000 manat məbləğində pul verilmişdir. Bu sahədə formalaşmış təcrübə, habelə cavabdehin göstərdiyi xidmətlərin ödənişli olması cavabdehin göstərdiyi xidmətləri bəyənən şəxslər, yəni müştərilər artıq həmin salona gəlməyə başlamış və xidmət haqqını salonun kassasına ödəmişdilər. Xidmət haqqların cavabdehlə salon arasında 40/60 faiz nisbətinə bölüşdürülməsi salonun cavabdehin fəaliyyətindən gəlir əldə etməsini birmənalı şəkildə təsdiq edir. Münasibətlərin bu faiz nisbəti üzrə qurulmasını iddiaçı bildirir, lakin cavabdeh bununla bağlı hər hansı fikir söyləmir, o cümlədən bu məlumatı təkzib etmir. Üçüncü şəxslər də məhkəmə iclasında iştirak etməməklə yanaşı, bu məsələyə də hər hansı münasibət bildirmir. Halbuki, bu məlumat reallığı əks etdirməsə idi, cavabdehin göstərdiyi xidmətlərin dəyərinin ödənilməsi, habelə əldə edilmiş gəlirin bölüşdürülməsi qaydası barədə məhkəməyə məlumat təqdim edilməli idi. Hər bir halda, cavabdehin həmin salonda rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi, habelə bu salonda işləmək üçün müraciət etməsi, yəni belə bir ehtiyacının olması müəyyən edilmir.

45. Bununla belə, cavabdehin belə bir müraciətinin və ya ehtiyacının olmasının müəyyən edilmədiyi bir halda, fəaliyyət göstərdiyi yeri dəyişərək, öz fəaliyyətini bu salonda davam etməsi, bu salonda xidmət göstərdiyi şəxslərin sayından asılı olmayaraq, cavabdehə aylıq konkret məbləğin ödənilməsi barədə hər hansı sübutun olmaması, habelə iş materiallarında olan fotoşəkillər (i.v. 140), “whatsapp” yazışmaları (i.v. 139) və tərəflər arasında baş vermiş telefon danışığının audioyazının məzmunu belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsində göstərilən məbləğ cavabdehə borc olaraq verilməmiş, peşakar vizajist kimi öz fəaliyyətini bu salonda davam etdirməsinə maraq yaratmaq və onu salona cəlb edərək, onunla birgə fəaliyyət göstərib gəlir əldə etmək məqsədi ilə ödənilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmış, həqiqətdə salonun rəhbərliyinin cavabdehlə birgə fəaliyyət göstərmək və gəlir əldə etmək üçün cavabdehin salona cəlb edilməsi münasibətlərini (transfer müqaviləsini) pərdələyən müqavilə kimi qiymətləndirilməlidir. Belə ki, 2019-cu ilin sentyabr ayında cavabdehlə salon arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində salon (işə götürən E.Ramazanova, salonun qeyri-rəsmi sahibi R.Əsgərova) cavabdehi vizajist xidmətlərinin göstərilməsi üçün zəruri şəraitlə təmin etmiş, cavabdeh isə salona ümumi qaydada, habelə onun daimi müştərisi olaraq gələn şəxslərə bu xidmətləri göstərərək, əldə edilən gəliri (xidmət haqqını) 40/60 faiz nisbətində bölmüşdür. Qeyd edilənlər öz növbəsində həqiqətdə iddiaçı tərəfindən cavabdehə 20.000 manat məbləğində pulun borc qismində verilmədiyini, müqavilənin yalan əqd olduğunu, birgə fəaliyyətin göstərilməsini və gəlir əldə edilməsini təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan etibarsız olmasını təsdiq edir.

46. Bu müqavilənin etibarsız olması artıq qeyd edildiyi kimi, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, həmçinin, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə də təsdiq edilir (38-40-ci bəndlər və sair).

47. Birgə fəaliyyət göstərməsi üçün ödənilmiş 20.000 manat pulun borc münasibətləri kimi rəsmiləşdirilməsi də müqavilədə göstərilən müddət ərzində cavabdehin məhz həmin salonda fəaliyyət göstərməsini (pulu aldıqdan bir müddət sonra öz fəaliyyətini davam etdirməkdən imtina etməsi kimi halların qarşısının alınması məqsədi ilə) təminat altına almaq məqsədi ilə bağlanmışdır. Sonradan həmin müqaviləyə əlavə bağlanması da məhz bu məqsədlərə xidmət etmişdir.

48. Məhkəmə kollegiyası Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərini rəhbər tutub, kredit müqaviləsi bağlanarkən əslində salonun rəhbərliyinin cavabdehin salonla birgə fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə ona 20.000 manat pulun ödənilməsi (transfer müqaviləsinin bağlanması) ilə bağlı qeyd edir ki, iddiaçı, habelə salon (işə götürən E.Ramazanov və ya salonun qeyri-rəsmi sahibi R.Əsgərova, habelə hər hansı digər səlahiyyətli nümayəndəsi şəxsində) salonun cavabdehin fəaliyyətindən gəlir əldə etməməsini, əksinə maddi zərərlə üzləşməsini bildirmir, bu məsələyə ümumiyyətlə toxunan yoxdur. Bu baxımdan kredit müqaviləsi bağlanarkən əslində nəzərdə tutulmuş transfer müqaviləsinə aid olan qaydalar tətbiq edildiyi təqdirdə belə, cavabdehin bu münasibətlər üzrə (aldığı 20.000 manat müqabilində) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi və salonda fəaliyyət göstərdiyi dövrdə salonun onunla birgə fəaliyyətdən arzuladığı (verilmiş 20.000 manat müqabilində) gəliri götürdüyünü təsdiq edir (nəzərə alınmalıdır ki, əksini təsdiq edən hər hansı sübut mövcud deyil). Bu da öz növbəsində həmin məbləğin və ya onun hər hansı hisssəsinin qeyd edilən əsasla (transfer müqaviləsinin şərtlərinin pozulması) cavabdehdən tutulmasını istisna edir.

49. Məhkəmə kollegiyası borc müqaviləsi bağlandıqdan sonra tərəflər arasında məhz birgə fəaliyyətdən irəli gələn münasibətlərin yaranması qənaəti ilə bağlı qeyd edir ki, tərəflər arasında əmək müqaviləsinin bağlanmaması ilə yanaşı, cavabdehin fəaliyyətinin xarakteri (müştərinin sayından asılı olmayaraq, göstərdiyi xidmətlərə görə aylıq konkret məbləğin müəyyən edilməməsi, müştərilərin bir hissəsinin onun özü tərəfindən cəlb edilməsi, normalaşdırılmış iş saatı üzrə fəaliyyət göstərməməsi və sair) də onların arasında işçi işəgötürən münasibətlərinin yaranmasını istisna edir.

50. Beləkilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və bu səbəbdən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar