Məhkəmə qərarları › İş №2(103)-1401/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1401/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1401/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 256/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 29226,55 ABŞ dolları əsas, 5311,13 ABŞ dolları faiz, 16980,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51518,22 ABŞ dolları məbləğində borc, 014R********** saylı kredit razılaşması üzrə 36378,88 ABŞ dolları əsas, 6691,58 ABŞ dolları faiz, 22323,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65393,99 ABŞ dolları məbləğində borc olmaqla, iki kredit razılaşması üzrə ümumilikdə 116912,21 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 25454,36 ABŞ dolları əsas borc, 1369,47 faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27323.83 ABŞ dolları, xx.xx.2016-ci il tarixli 014R********** saylı kredit razılaşması üzrə 33187,94 ABŞ dolları əsas borc, 544,48 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34432.42(otuz dörd min dörd yüz otuz iki abş dolları qırx iki sent) ABŞ dolları, ümumilikdə 2 müqavilə üzrə cəmi 61756.25 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi 37a ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 37a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya verilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xərcin 17 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin 90 manat hissəsinin İddiaçı QSC-dən, 300 manatının isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etdiyi bildirilmiş, mülki işin işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar