Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14016/2019 21.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh işitrakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdeh 1100 (min yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Zarağan kənd sakini Cavabdeh ona borclu olduğu 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və ailəsi dələduz Cavabdeh qurbanlarına çevrilmişdiyini qeyd etmişlər. Oğlu Asif üçün iş axtardığını bildiyi üçün ona köməklik etmək məqsədilə əmisi qızı X2 onu əvvəllər tanımadığı Cavabdeh ilə tanış etdi. Onlar Nəzakətlə danışdmışlar və o iddiaçıya və Naibəyə iddiaçıya 7000 ( yeddi min) manat pul ver oğlunu işə düzəldəcəyi müqabilində ona hər ay 700- 800 manat pul verəcəyini, ona verdiyi pulu 5-6 ay ərzində geri alacağını demişdir. İddiaçı da onun bu şirin sözlərinə aldandığını, ancaq 7000 manat pulunun olmadığına görə əvvəlcə ona 3000 (üç min) manat verməyə razılaşdığını və Asifin əmri veriləndən sonra işə çıxsın qalanını da verəcəyini bildirmişdir. Nəzakət dərhal razılaşdı. 2016-cı ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonunda Təbriz küçəsində fəaliyyət göstərən “McDonalds” restoranında Naibə və oğlu Asiflə birlikdə ona 3000 manat pul verdim. Nəzakət dedi ki, 10 günə oğlun Asif işə çıxacaq. Nəzakətlə hər gün telefonla danışmışdır. Cavabdeh onun oğlu Asif 10 günə Xarici İşlər Nazirliyində işə çıxacağını, onu ora işə düzəldəcəyini qeyd etmişdir. Hətta Nəzakət onu Xarici İşlər Nazirliyinə Azər məllimin yanına da apardı. Azər müəllim onu orada imtahan eləmişdir, amma işə çağıran olmamışdır. Nəzakət onun telefonuna cavab verməməyə başladı. Nəzakət dələduzluq edərək etibarımdan sui-istifadə etməklə pulunu ələ keşirib, o heç vaxt onun oğlunu işə düzəltməyəcəyini başa düşmüşdür. Bundan sonra o Nəzakətin qardaşları Yasərlə, Əkrəmlə, hətta Əkrəmin həyat yoldaşı ilə də danışmağa başlamışdır. Çünki o çox adamları belə aldadıb, heç kəsi işə düzəltməyərək pullarını alıb mənimsəyib. İddiaçı aldandığını görüb DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Nərimanov RPİ-nin 17-ci PB-nin təhqiqatçısı Valeh Nəbiyev araşdırma aparıb materialı Nərimanov RPİ-nin İŞ-nə göndərmişdir. Həmin material üzrə Nərimanov rayon X3 Şöbəsinin müstəntiqi polis kapitanı Abdulsəməd Cəfərov tərəfmdən heç bir araşdırma aparılmadan 3000 manat pulun Cavabdeh Seyidməhəmməd qızı tərəfindən dələduzluq yolu ilə ələ keçirilərək mənimsənilməsi ətrafında zəruri izahatlar alınmamış, dələduzluq cinayətinin törədilməsini təsdiq edən faktların müəyyən edilməsi istiqamətində mahiyyəti üzrə heç bir araşdırma aparmamış, Nəzakərin qardaşları, onun oğlu Asifin, Yasirin həyat yoldaşı, bu işdə həqiqətin müəyyən edilməsində maraqlı şəxslərin, bu işlə əlaqədar olan digər şəxslərin izahatlarının alınması təmin edilmədən, özünün banka borcu olduğu halda Nəzakətə və yaxud başqa şəxslərə faizə pul verib-verməməyini yoxlamadan, Nəzakətin uydurduğu narkotik maddələrlə bağlı yazılı məlumatla əlaqədar hər hansı araşdırma aparmadan, Nəzakətdən şikayət etdiyi üçün onun iş yerinə gəlib nalayiq hərəkətlər törətməsi, iddiaçının telefon nömrəsini tanımadığı kişilərə verib zəng etdirməsini, ata-anasının da ondan üz çevirmələri, faktları yoxlamadan, əmi qızı Naibə Məmmədova və oğlu Asifin izahatları alnımadan, onlara hüquqi qiymət verilmədən, yalnız Cavabdeh özünü müdafiə məqsədilə verdiyi, həqiqətə heç bir uyğunluğu olmayan uydurma, qərəzli və yalanla dolu izahatının alınması, Nəzakətin guya ondan 300 manat faizə pul almasını ilə kifayətlənərək tələm-tələsik material üzrə səthi, keyfiyyətsiz və natamam yoxlama aparılmaqla toplanmış materialda cinayət tərkibi olmaması qənaətinə gəlinərək xx xxxx 2017-ci il mrixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilməklə, ona məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir.Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddiaçı Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edəni iddiaçının, şikayəti qəbul etməyərək, rədd edilməsini xahiş edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən iddianın təmin olunmamış hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir, Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, belə əsas gətirmişdir ki, iddiaçı cavabdehə 3000 manat məbləğində borc pul verdiyini əsas götürərək, həmin məbləğdə pul vəsaitini cavabdehdən tələb etdiyi halda, həmin hallar məhz iddiaçı tərəfindən sübut edilməlidir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla əlaqədar yeganə sübut qismində şahid ifadəsi təqdim edilmişdir ki, məhkəmə hesab edir ki, qeyd olunan sübut vasitəsi hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad olunan halların sübut edilməsi üçün mötəbər və kifayət hesab edilə bilməz. Belə ki, sübutların mötəbərliyi keyfiyyətli məlumat mənbəyindən əldə olunması, habelə işdə olan başqa bir neçə sübutla müqayisə edilməklə yoxlanıla bilər. Hazırki halda isə məhkəmə hesab edir ki, iş üzrə yeganə sübut qismində çıxış edən şahid ifadəsini mötəbər sübut qismində qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə hazırki iş üzrə cavabdeh tərəfin iddiaçıdan 1100 mant məbləğində borc pul aldığını etiraf edərək, həmin pulu iddiaçıya qaytardığını, həmin halın sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdehin 1100 manat məbləğində aldığı borc pul vəsaitinin iddiaçıya qaytarılmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan 1100 mant məbləğində borc pul aldığını etiraf etdiyindən və həmin pulun qaytarılmasını sübut etmədiyindən iddia tələbi məhz bu hissədə əsaslı olmaqla, təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi formada bağlanılmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu faktı hər iki tərəf təsdiq etməklə, bu hal işin mübahisəsiz halıdır. Bununla yanaşı iddiaçı cavabdehə 3000 manat məbləğində borc pul veridiyini, ona görə də həmin məbləğdə pulun qaytarılması tələbini irəli sürdüyünü bildirmişdir. Cavabdeh isə iddiaçıdan 1100 manat (250 manat+850 manat) borc pul aldığını və həmin pulun hamısını qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 məhkəmə iclasında ifadə verərək, iddiaçı ilə cavabdehi onun tanış elədiyini, cavabdehin iddiaçının oğlunu işə düzəldəcəyini söz verərək ondan 7000 manat pul tələb etdiyini, iddiaçı onun iştirakı ilə Nərimanov rayonunda yerləşən “MC Donalds” restoranında cavabdehə 3000 manat pul verdiyini, lakin sonradan məlum oldu ki, cavabdeh N. İsmayılova onları aldatmışdır, nə oğlunu işə düzəltdi, nə də pulunu qaytardı, pulun ona verildiyi zaman iddiaçının oğlunun, özünün, onun olduğunu, başqa heç kimin olmadığını bildirmişdir. İşə apellyasiya qaydasında baxılarkən şahid kimi dəvət olunmuş X2 birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq etdiyini, onun iştirakı ilə ilə Nərimanov rayonunda yerləşən “MC Donalds” restoranında iddiaçının cavabdehə 3000 manat pul verdiyini bir daha təsdiqləmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, qeyd olunan sübut vasitəsini hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad olunan halların sübut edilməsi üçün mötəbər və kifayət hesab etməməklə səhv nətcəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şahid X1 verdiyi ifadəsi hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad olunan halların sübut edilməsi üçün mötəbər və kifayət hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər; 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur; 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur; 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinəuyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən iddianın təmin olunmamış hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-14016/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14016/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver