Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1402/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair 2(005)-1856/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yerinə yetirilmiş ödənişlərin geri qaytarılması, kondisionerin quraşdırılması ilə bağlı ödənilmiş 110 (yüz on) manat məbləğində pulun tutulmasına, mobil telefonla bağlı ödənilmiş 480 (dörd yüz səksən) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona “GALANZ” markalı 1080 manat dəyərində kondisioner, hissə-hissə ödənilməsi şərti ilə Sumqayıt şəhərində yerləşən Star Elektroniks mağazasından satılmışdır. Qeyd olunmalıdır ki, kondisioner quraşdırıldığı gündən normal işləməmişdir, xarabdır və həddindən artıq səs verdiyi üçün qonşuların narazılığına səbəb olur. İddiaçı dəfələrlə müraciət edərək bunun yoluna qoyulmasını tələb etsə də əhəmiyyət verilməmişdir. Həmçinin kondisioner quraşdırılarkən 110 manat məbləğində xərc çəkmişdir. Həmçinin, həmin mağazada ona satılmış 480 manat dəyərində olan “Hisense” markalı mobil telefon xarab çıxmışdır. Bir dəfə-xx xxx 2019-cu il tarixdə servisdə təmir edilmişdir, lakin heç bir nəticə verməmişdir. İşləmədiyi üçün iddiaçı məcbur qalaraq həmin mobil telefonu 80 manata satmışdır. Halbuki mobil telefonun pulunu tam ödəmişdir. Göründüyü kimi mobil telefonla bağlı da iddiaçı maddi zərərə məruz qalmış və bu maddi zərər də ona ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona “GALANZ” markalı, 1080 manat dəyərində kondensioner hissə-hissə ödənilməsi şərtilə satılmışdır. Qeyd olunmalıdır ki, kondensioner quraşdırıldığı gündən normal işləməmişdir, xarabdır və həddindən artıq səs verdiyi üçün qonşuların narazılığına səbəb olur. O, dəfələrlə müraciət edərək bunun yoluna qoyulmasını tələb etsə də, əhəmiyyət verilməmişdir. Həmçinin kondensioner quraşdırılarkən 110 manat məbləğində xərc çəkmişdir. Həmçinin, həmin mağazada ona satılmış 480 manat dəyərində olan “Hisense” markalı mobil telefon xarab çıxmışdır, bir dəfə - xx xxx 2019-cu il tarixdə servisdə təmir edilmişdir, lakin heç bir nəticə verməmişdir, işləmədiyi üçün məcbur qalaraq həmin mobil telefonu 80 manata satmışdır. Halbuki mobil telefonun pulunu tam ödəmişdir. Göründüyü kimi, mobil telefonla bağlı da maddi zərərə məruz qalmışdır və bu maddi zərər də mənə ödənilməlidir. Kondensionerlə bağlı bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı (hissə-hissə) müqaviləsinin ləğv edilməsini və kondensionerlə bağlı ödənilmiş ödənişlərin ona geri qaytarılmasını və 110 manat məbləğində maddi zərərin ona ödənilməsini cavabdeh tərəfə təklif etmiş, lakin cavabdeh təklifə münasibət bildirməmişdir. Müqavilənin ləğv edilməsi, həmçinin ona vurulmuş maddi zərərin və pul tələbinə dair iddia tələbi əsaslı olsa da məhkəmə tərəfindən təmin edilməmişdir. O, dəfələrlə MMC-dən müqavilənin surətini verilməsini tələb etsə də verməmişlər, məhkəmə tərəfindən isə bu sübutların əldə edilməsi üçün cavabdeh tərəfə sorğu verilməmiş və tələb edilməmişdir . Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, satıcı “xxxx” ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, N ******* saylı müqaviləyə əsasən “Lenovo tab 48 slate model” planşeti sonuncuya 638 manata 12 ay müddətinə ödəmək şərtilə satmışdır. xx.xx.2018-ci il tarixli zəmanət talonundan görünür ki, “Star Elektroniks” mağazasından bir ədəd “Galanz” markalı kondisioner almışdır. Zəmanət müddəti iki ildir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı “xxxx” MMC-yə müraciət edərək, aldığı “GALANZ” markalı 1080 manat dəyərində kondisioner və “Hisense” markalı 480 manat dəyərində olan telefon üçün ona dəyən zərərin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsində isə göstərilir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə görə isə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mübahisələndirilən “GALANZ” markalı kondisioner və “Hisense” markalı telefonun “xxxx” MMC-dən alqı-satqı müqaviləsi əsasında alınması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Sadəcə xx.xx.2018-ci il tarixli zəmanət talonu təqdim edilmişdir ki, həmin talonda malın “Star Elektroniks” mağazasından alındığı qeyd olunmuşdur. Bundan başqa iddiaçı təqdim etdiyi xx.xx.2018-ci il tarixli, N ******* saylı müqaviləyə əsasən “Lenovo tab 48 slate model” planşeti 638 manata 12 ay müddətinə ödəmək şərtilə almışdır. Hazırki iş üzrə mübahisə isə “Hisense” markalı telefon ilə bağlıdır. İş materiallarında olan kassa məxaric orderindən də görünür ki, “xxxx” MMC-yə N ******* saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 53 manat, xx.xx.2018-ci il tarixdə 140 manat, xx.xx.2018-ci il tarixdə 160 manat, xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. (Lenovo tab 48 slate model planşeti üçün) Hər bir halda cavabdeh tərəfindən “GALANZ” markalı kondisioner və “Hisense” markalı telefonun “xxxx” MMC-dən alqı-satqı müqaviləsi əsasında alınıb-alınması ilə əlaqədar sübutlar təqdim edilməmiş, habelə qeyd olunan mallarda hansı qüsurların olması barədə mötəbər sübutlar (qüsur aktı və s.) təqdim edilməmişdir. Beləliklə, müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsinə dair mübahisələndirilən qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 1856/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1402/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1402/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver