Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1406/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətlərində olan, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinə vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" MMC-dən 13.000 (on üç min) manat və kirayəyə verilməsinin mümkün olması səbəbindən vurulmuş maddi zərərə görə 3000 (üç min) manat, cəmi 16.000 (on altı min) manat pulun tutularaq iddiaçılara ödənilməsinə, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 10.135 AZN (on min yüz otuz beş manat) məbləğində pul vəsaitinin tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, İddiaçı1 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 138 AZN-nin (yüz otuz səkkiz manat) 120.40 AZN-i (yüz iyirmi manat, qırx qəpik) Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçı1 aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZNnin (yüz manat) 50 AZN-i (əlli manat) Cavabdeh MMC-dən, qalan 50 AZN-i (əlli manat) isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq Az. MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Daha sonra iş üzrə Cavabdeh MMC sözügedən qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpası”na dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1623/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(006)- 1623/2024 saylı qətnaməsindən xx.xx.2024-cü il tarixdə verilən apellyasiya şikayətinin, ona əlavə edilmiş “prosessual müddətin bərpası”na dair ərizə ilə birlikdə cavabdehə geri qaytarılması qərara alınmışdır. Daha sonra iş üzrə Cavabdeh MMC məhkəmə qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair” ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin üzrlü hesab edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024–cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramin Xəlilov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilmişdir. Qətnamə “Elektron Sistem”ə xx.xx.2024-cü il tarixində yerləşdirilmişdir. Lakin həmin dövrdə şirkətdə hüquqşünas vəzifəsi üzrə çalışan əməkdaş olmadığına görə onlar heç məhkəmə proseslərindən, eyni zamanda, nəticədə yekun olaraq qəbul edilmiş qətnamədən məlumatlı olmamışlar. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri və yekun məhkəmə aktı onlara kağız daşıyıcı vasitəsilə də təqdim edilməmişdir. Qeyd olunan qətnamənin Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə yönəldilməsi barədə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə “Elektron Sistem”- ə yerləşdirilmişdir. Ümumiyyətlə, onlara yekun məhkəmə aktı icra vərəqəsi İcra Şöbəsinə yönəldikdən sonra, yəni icra məmurunun bildirişi vasitəsilə məlum olmuşdur. Bu səbəbdən də qətnaməni 07 oktyabr 2024-cü il tarixdə əldə etdilər. Qeyd olunan səbəblərə görə vaxtında apellyasiya şikayəti verə bilməmişlər. Hazırda qeyd edilən qətnamədən apellyasiya şikayəti vermək istəyirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək və ərizəni müdafiə edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024–cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası ilə bağlı ərizəni qəbul etməyərək, izahatında qeyd etmişdir ki, hazırda barəsində mübahisə olunan məhkəmə qətnaməsindən ziyadə cavabdeh barəsində müvəqqəti təminat tədbirinin tətbiqi barədə məhkəmə qərardadları da çıxarılmış və cavabdehin qanunsuz tikdiyi hasarlar sökülmüşdür. Ola bilməzdi ki, cavabdehin məhkəmə mübahisəsindən məlumatı olmasın. Həmçinin, hazırda məhkəmə iclasında iştirak edən nümayəndə onların aralarında olan digər məhkəmə proseslərində iştirak etmişdir. Ona görə də hesab edir ki, cavabdeh müəssisədə hüquqşünas vəzifəsi üzrə çalışan əməkdaşın olmaması səbəbindən şikayətin vaxtında verilməməsi də tam yalandır. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 (anası) X1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası ilə bağlı ərizəni qəbul etməyərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardadına əsasən, Cavabdeh MMC tərəfindən verilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayətin ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə cavabdeh tərəfindən qətnamənin ləğv edilməsinə dair ərizənin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Məhkəmə hazırda cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəblərini (hüquqşünasın olmamasına görə məhkəmə iclaslarından məlumatsız olmaları və s.) üzrlü hesab etmir. İlk növbədə, cavabdeh tərəfindən qeyd edilən hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə isə məhkəmə qeyd edir ki, sözügedən hüquqi şəxs AZ1014, ünvan 1 ünvanında xx.xx.2017-ci il tarixdən qeydiyyadan keçməklə 7 ildir ki, fəaliyyət göstərməkdədir. Həmçinin, xx.xx.2024cü il tarixdən isə özləri tərəfindən elektron kabinet formalaşdırılmışdır. Həmin qətnamə isə elektron kabinet formalaşdırıldıqdan sonra yerləşdirilmişdir. Məhkəmə onu da qeyd edir ki, sənədlərin elektron kabinet vasitəsilə baxılması üçün hüquqşünas ixtisası üzrə ixtisaslaşmış nümayəndənin olmasıda əhəmiyyətli deyildir. Məhkəmə vurğulayır ki, üzrlülük meyarı müəyyən edilərkən şəxs(lər)in öz hüquq və qanuni mənafelərinə lazımi diqqət və ağlabatan ehtiyatlıq göstərməli olması halı da mütləq nəzərə alınmalıdır. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-nin məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla (hətta illərlə) hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması səbəbləri ərizənin təmin edilməsi üçün əsas hesab oluna bilməz. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini, əks halda şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətlərində olan, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 saylı fərdi yaşayış evinə vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" MMC-dən 13.000 (on üç min) manat və kirayəyə verilməsinin mümkün olması səbəbindən vurulmuş maddi zərərə görə 3000 (üç min) manat, cəmi 16.000 (on altı min) manat pulun tutularaq iddiaçılara ödənilməsinə, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 10.135 AZN (on min yüz otuz beş manat) məbləğində pul vəsaitinin tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, İddiaçı1 tərəfindən dövlət rüsumu kimi ödənilmiş 138 AZN-nin (yüz otuz səkkiz manat) 120.40 AZN-i (yüz iyirmi manat, qırx qəpik) Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçı1 aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN-nin (yüz manat) 50 AZN-i (əlli manat) Cavabdeh MMC-dən, qalan 50 AZN-i (əlli manat) isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE**********00020885 hesabına köçürülməsi qət edilmişdir. Daha sonra iş üzrə Cavabdeh MMC məhkəmə qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin üzrlü hesab edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi və apellyasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmışdır. Cvabdeh qərardadla razı deyildir. Hesab edilir qərardad əsassızdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsi “Elektron Sistem”ə xx.xx.2024-cü il tarixində yerləşdirilmişdir. Lakin həmin dövrdə şirkətdə hüquqşünas vəzifəsi üzrə çalışan əməkdaş olmadığına görə onlar heç məhkəmə proseslərindən, eyni zamanda, nəticədə yekun olaraq qəbul edilmiş qətnamədən məlumatlı olmamışlar. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri və yekun məhkəmə aktı şirkətə kağız daşıyıcı vasitəsilə də təqdim edilməmişdir. Qeyd olunan qətnamənin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilməsi barədə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə “Elektron Sistem”- ə yerləşdirilmişdir. İcra vərəqəsi İcra şöbəsinə yönəldikdən sonra, yəni icra məmurunun bildirişi vasitəsilə qətnamədən məlumatları olmuşdur. Bu səbəbdən də qətnaməni 07 oktyabr 2024-cü il tarixdə əldə etmişlər. Qeyd olunan səbəblərə görə apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürmüşlər. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardadından Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1623/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, məhkəmə aktı 02 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh rəsmi qaydada xx.xx.2024-cü il tarixdə aldığı qətnamədən ilk dəfə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardadı ilə apellyasiya şikayəti, prosessual normalara riayət edilmədən verildiyindən, ona əlavə edilmiş “prosessual müddətin bərpası”na dair ərizə ilə birlikdə cavabdehə geri qaytarılmışdır. Daha sonra cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən məhkəmə qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsini xahiş etmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, prosessual müddətlər məhkəmə aktından şikayət vermək hüququ olan şəxlər (tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər, maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər) üçün müəyyən edildiyindən, cavabdehi təmsil edən hüquqşünasın olmaması ilə bağlı səbəblərə görə müddətin ötürülməsi qanuni qüvvəsini alan məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək üçün əsas ola biləz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Hüquqi şəxs olan cavabdeh isə razılaşmadığı məhkəmə aktından digər nümayəndəsi və ya vəkili vasitəsi ilə də apellyasiya şikayəti vermək imkanına malikdir. Bundan başqa “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. Elektron qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi isə tələb oluna bilməz. Ərizəsində və şikayətində icra şöbəsindən daxil olan icra sənədi ilə bağlı sənədləri elektron sistem vasitəsi ilə gördüyünü qeyd edən cavabdehin hazırkı mülki iş üzrə bütün səndlərlə yanaşı mübahisələndirdiyi qətnamənidə görmək imkanı olduğundan Məhkəmə kollegiyası cavabdehin məhkəmə aktının və digər sənədlərin kağız daşıyıcıda ona verilməməsi barədə dəlilini də əsassız hesab edir. İstinad olunanlara əsasən kollegiya cavabdehin ərizəsində qeyd etdiyi, şikayətində isə təkrarladığı halları buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü səbəb hesab etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1623/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1406/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1406/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver