Məhkəmə qərarları › İş №2(103)-141/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-141/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-141/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9, Cavabdeh Sahib oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sahib oğluna, X10, X5, X14, X6, X11, X15 və X12 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh Sahib oğluna, X10, X5, X14, X6, X7, X15 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sahib oğlunun xx.xx.2016-cı il tarixə 115734-1-815/4 saylı xx xxxxxxx 2014-cü il tarixli “X3” üzrə banka borclu olduğu 21 581 828,53 Rus Rublu məbləğində əsas borcunun, 2 346 424,36 Rus Rublu məbləğində faiz borcunun və 752 550,00 Rus Rublu məbləğində cərimə borcunun, yəni cəmi 24 680 802,89 Rus Rublunun; 115734-1-8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3” üzrə banka borclu olduğu 12 819 580,00 Rus Rublu məbləğində əsas borcunun, 960 757,67 Rus Rublu məbləğində faiz borcunun və 1 623 258,00 Rus Rublu məbləğində cərimə borcunun, yəni cəmi 15 403 595,67 Rus Rublunun; 115734-1-8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə banka borclu olduğu 4 415 502,00 Rus Rublu məbləğində əsas borcunun, 484 724,00 Rus Rublu məbləğində faiz borcunun və 250 356,00 Rus Rublu məbləğində cərimə borcunun, yəni cəmi 5 150 582,00 Rus Rublunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manatın və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada alınaraq banka ödənilməsi; Tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh Sahib oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyri-yaşayış, 487,3 kv.m köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinə (ipoteka predmeti 276 000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka ödənilməsi; İpoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması; 115734-1-8151 saylı xx xxxxxx 2013-cü il tarixli “Baş Kredit Razılaşması”nın, 115734-1- 8151/4 saylı xx xxxxxxx 2014-cü il tarixli “X3”nin, 115734-1-8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3”nin və 115734-1-8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan krediti xətti Müqaviləsi”nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh Sahib oğlu ilə bank arasında bağlanmış 115734-1-8151 saylı xx.xx.2013-cü il tarixli “Baş Kredit Razılaşması”na əsasən bank adı çəkilən şəxsə xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 000 000 Rus Rublu məbləğində kredit xətti açmış, həmin razılaşmaya dəyişiklik edilməsi barədə xx xxxxxx 2015-ci il tarixində bağlanılmış 001 saylı Əlavə Razılaşmaya əsasən müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilərək kredit xətti 2 000 000 Rus Rublu və ya AZN/RUB/AVRO ekvivalentində olan məbləğdə müəyyən olunmuş, xx xxxxxxx 2014-cü il tarixdə 115734-1-8151/4 saylı “X3” bağlanaraq Cavabdeh yenidən kreditləşmə üçün 48 ay müddətinə, illik 16,50% hesabı ilə 350 000 Rus Rublu məbləğində kredit veilməsi barədə razılığa gəlinmiş, xx xxxxxx 2015-ci il tarixində xx.xx.2014-cü il tarixli 115734-1-8151/4 saylı “Kommersiya krediti müqviləsi”nə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 22 096 960 rus rublu məbləğində müəyyən edilmiş, Cavabdeh bu məbləği 35 ay müddətinə, illik 19 faz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə 115734-1-8151/5 saylı “X3” bağlanaraq Cavabdeh cari fəaliyyətinin müəyyənləşdirilməsi üçün 48 ay müddətinə illik 16.50% hesabı ilə 200 000 Rus Rublu məbləğində kredit verilməsi barədə razılığa gəlinmiş, xx xxxxxx 2015-ci il tarixində həmin müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 12 819 580 rus rublu məbləğində müəyyənləşdirilmiş və o, bu məbləği 36 ay müddətinə, illik 19 faiz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında xx xxxxxxxx 2015-ci il tarixdə 115734-1-8151/6 saylı “Bərpa olunan krediti xətti müqaviləsi” bağlanaraq bank tərəfindən Cavabdeh cari fəaliyyətinin maliyyələşdirilməsi üçün 65 000 Rus Rublu məbləğində kredit xəttinin açılması, kredit xəttinin 48 ay müddətinə verilməsi və ondan istifadəyə görə illik 16.50% ödənilməsi barədə razılığa gəlinmiş, xx xxxxxx 2015-ci il tarixində həmin krediti xətti müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borc həmin günün məzənnəsi ilə konvertasiya edilərək 4 415 502 rus rublu məbləğində müəyyən edilmiş, Cavabdeh kredit xəttindən 46 ay müddətinə istifadə etməyi və istifadəyə görə illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Bank qarşısında götürülən öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh Sahib oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 432,8 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 487.3 kv.m köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında xx xxxxxx 2015-ci il tarixində xx.xx.2013-cü il 115734-1-1589 saylı ipoteka müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq, həmin müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə dəyişiklik edilmişdir. Həmçinin öhdəliklərin icrasının təmini üsulu kimi X16 ilə bank arasında xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi və xx xxxxxx 2015-ci il tarixli 115901-7-4758 saylı, xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Cavabdeh Sahib oğlu kredit vəsaitindən istifadə etsə də, üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, tərəflərindən cavabdehlərə pretenziya məktubları və bildirişlər göndərilmiş, lakin öhdəlik bu günədək icra edilməmişdir. xx.xx.2016-cı il tarixinə Cavabdeh Sahib oğlunun 115734-1-8151/4 saylı xx xxxxxxx 2014cü il tarixli “X3” üzrə banka 24 680 802,89 Rus Rublu, 115734-1-8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3” üzrə 15 403 595,67 Rus Rublu, 115734-1-8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan kredit xətti Müqaviləsi” üzrə 5 150 582,00 Rus Rublu məbləğində borcu vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi iləiddia tələbləri qismən təmin edilmiş, 115734-1-8151/4 saylı, xx xxxxxxx 2014-cü il tarixli “X3” üzrə banka borclu olduğu 21 581 828,53 Rus Rublu məbləğində əsas borcun, 2 346 424,36 Rus Rublu məbləğində faiz borcunun və 10 000 Rus Rublu məbləğində cərimə məbləğinin; 115734-1-8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3” üzrə banka borclu olduğu 12 819 580,00 Rus Rublu məbləğində əsas borcun, 960 757,67 Rus Rublu məbləğində faizi borcunun və 20 000 Rus Rublu məbləğində cərimə məbləğinin; 115734-1- 8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə banka borclu olduğu 4 415 502,00 Rus Rublu məbləğində əsas borcun, 484 724,00 Rus Rublu məbləğində faiz borcunun və 5000 Rus Rublu məbləğində cərimə məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın Bakışəhəri, Səbailrayonu, Badamdarqəsəbəsindəistifadədəolan 0.05771 hatorpaqsahəsindəyerləşən 3 mərtəbəli, 14otaqlı, 432,8 kv.myaşayış, kv.mqeyri-yaşayış, 487.3 kv.mköməkçisahədənibarətolan 400 nömrəlifərdiyaşayışevinə (ipoteka predmeti 276 000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçının tələblərinin ödənilməsi, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan pul məbləği ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh Sahib oğluna və X10 qaytarılması, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması, 115734-1-8151 saylı xx xxxxxx 2013-cü il tarixli “Baş Kredit Razılaşması”nın, 115734-1-8151/4 saylı xx xxxxxxx 2014-cü il tarixli “X3”nin, 115734-1- 8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3”nin və 115734-1-8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi”nin ləğv olunması, ekspertiza tədqiqatının dəyəri olan 165 manatın Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN ********** ABB mərkəzi filialı VÖEN ********** Kod: 805250 m/h **********944 H/h JOR 3285xx xxx 3201-01 S.W.İ.F.T. Bik: İBAZAZ 2X) köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin çoxsaylı prosessual pozuntulara yol verdiyi, çəkişmə prinsipinə əməl etmədiyi, aidiyyat qaydalarını pozduğu, tələb olunan borc məbləğlərinin düzgün hesablanmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamə yalnız Cavabdeh tərəfindən mübahisələndirilmiş olsa da, onun şikayəti digər cavabdehlərin mənafeyini də əhatə etməkdədir. Eyni zamanda iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir. Bununla yanaşı, qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən, qətnamə iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X10 qaytarılması” hissəsində ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti və borc məbləğləri ilə bağlı hissələrdə dəyişdirilməli, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh Sahib oğlu ilə bank arasında xx.xx.2013-cü il tarixdə 115734-1-8151 saylı “Baş Kredit Razılaşması” bağlanaraq adı çəkilən şəxsə xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 000 000 Rus Rublu məbləğində kredit xətti açılmış, xx xxxxxx 2015-ci il tarixində həmin razılaşmaya dəyişiklik edilməsi barədə 001 saylı Əlavə Razılaşma bağlanaraq müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilmiş və kredit xətti 2 000 000 Rus Rublu və ya AZN/RUB/AVRO ekvivalentində olan məbləğdə müəyyən olunmuş, xx xxxxxxx 2014-cü il tarixdə 115734-1- 8151/4 saylı “X3” bağlanaraq Cavabdeh yenidən kreditləşmə üçün 48 ay müddətinə, illik 16,50% hesabı ilə 350 000 Rus Rublu məbləğində kredit veilməsi barədə razılığa gəlinmiş, xx xxxxxx 2015-ci il tarixində xx.xx.2014-cü il tarixli 115734-1-8151/4 saylı “X3”nə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 22 096 960 rus rublu məbləğində müəyyənləşdirilmiş, Cavabdeh bu məbləği 35 ay müddətinə, illik 19 faz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunan digər halına görə, Cavabdehla bank arasında xx xxxxxx 2014cü il tarixdə 115734-1-8151/5 saylı “X3” bağlanaraq ona cari fəaliyyətinin müəyyənləşdirilməsi üçün 48 ay müddətinə illik 16.50% hesabı ilə 200 000 Rus Rublu məbləğində kredit verilməsi barədə razılığa gəlinmiş, xx xxxxxx 2015-ci il tarixində həmin müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 12 819 580 rus rublu məbləğində müəyyənləşdirilmiş və o, bu məbləği 36 ay müddətinə, illik 19 faiz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdehla bank arasında xx xxxxxxxx 2015-ci il tarixdə 115734-1-8151/6 saylı “Bərpa olunan krediti xətti müqaviləsi” bağlanaraq bank tərəfindən ona cari fəaliyyətinin maliyyələşdirilməsi üçün 65 000 Rus Rublu məbləğində kredit xəttinin açılması, kredit xəttinin 48 ay müddətinə verilməsi və ondan istifadəyə görə illik 16.50% ödənilməsi barədə razılığa gəlinmiş, xx xxxxxx 2015-ci il tarixində həmin krediti xətti müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borc günün məzənnəsi ilə konvertasiya edilərək 4 415 502 rus rublu məbləğində müəyyənləşdirilmiş, Cavabdeh kredit xəttindən 46 ay müddətinə istifadə etməyi və istifadəyə görə illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər mübahisələndirmirlər ki, Cavabdeh bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 432,8 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 487.3 kv.m köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, xx xxxxxx 2015-ci il tarixində ipoteka müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə dəyişiklik olunmuş, həmçinin X1 Talıbovun öhdliklərinə zamin duraraq onunla bank arasında xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi, habelə xx xxxxxx 2015-ci il tarixdə zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə Razılaşma bağlanmışdır. İddiaçı bank məhz işin yuxarıda sadalanan müəyyən olunmuş hallarına istinadən müvafiq iddia tələbləri ilə çıxış etmiş, Cavabdeh xx.xx.2016-cı il tarixinə 115734-1-8151/4 saylı xx xxxxxxx 2014-cü il tarixli “X3” üzrə banka 24 680 802,89 Rus Rublu, 115734-1- 8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3” üzrə 15 403 595,67 Rus Rublu, 115734-1- 8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan kredit xətti Müqaviləsi” üzrə 5 150 582,00 Rus Rublu məbləğində borcunun yarandığını irəli sürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya həmçinin qeyd edir ki, Rəşad Talıbov zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, kredit borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulmalı olması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə kollegiya borc məbləğlərinin düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab edir – belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - 115734-1-8151/4 saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərdiyi kimi, iş materiallarında olan maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və xx xxxxxxx 2014-cü il tarixli 115734-18151 X4 dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə xx.xx.2015-ci il tarixli 115734-18151/4 saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh Sahib oğlunun banka olan borcu 24.429.430.91 rubl məbləğində müəyyən olunsun: o cümlədən;əsas borc üzrə 21.581.828.53 rubl,faiz borcu üzrə 2.84.602.38 rubl; - 115734-1-8151/5 saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və xx xxxxxx 2014-cü il tarixli 115734-1-8151/5 X4 dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə xx.xx.2015-ci il tarixli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh Sahib oğlunun banka olan borcu 14.267.469.71 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 12.819.580 rubl, faiz borcu üzrə 1.447.88971 rubl; - 115734-1-8151/6 saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və xx xxxxxxxx 2015-ci il tarixli 115734-1-8151/6 X4 dəyişiklik və əlavələr edilmsəi barədə 01 saylı razılaşma üzrə xx.xx.2015-ci-ci il tarixli müqavilənin qeyd olunan şərt ləri nəzərə alınmaqla xx.xx.2016-cı il tarixə Cavabdeh Sahib oğlunun banka olan borcu 5.068.015.07 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 4.415.502.0 rubl, faiz borcu üzrə 652.513.07 rubl. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə isə müəyyən olunmuşdur ki; - xx xxxxxxx 2014-cü il tarixli 115734-1-8151/4 saylı “X8”nin şərtləri nəzərə alınmaqla Cavabdeh Sahib oğlunun xx.xx.2015-ci il tarixə (01 saylı razılaşmanın tarixi) banka olan borcu tam ödənilmişdir. Bundan başqa hesabdan çıxarışlara əsasən Cavabdeh Sahib oğlunun xx xxxxxxx 2014-cü il tarixli 115734-1-8151/4 saylı “X8” üzrə xx.xx.2015-ci il tarixdən (01 saylı razılaşmanın tarixi) xx.xx.2016-cı il tarixinədək banka 5296,30 ABŞ dolları və 1 578 148,85 Rus Rublu ödənişi olması müəyyən olunur; - xx xxxxxx 2014-cü il tarixli 115734-1-8151/5 “X8” və ona dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə xx.xx.2016-cı il tarixə Cavabdeh Sahib oğlunun banka olan borcu 14.042.761.27 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 12.623.792,59 rubl, faiz borcu üzrə 1.418.968,69 rubl; - xx xxxxxxxx 2015-ci il tarixli 115734-1-8151/6 saylı müqavilə və ona 01 saylı razılaşma üzrə xx.xx.2016-cı il tarixə Cavabdeh Sahib oğlunun banka olan borcu 5.020.359,30 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 4 373 981,97 rubl, faiz borcu üzrə 646 377,33 rubl. Kollegiya hər iki ekspert rəyini işdəki digər sübutlarla birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi xx xxxxxxx 2014-cü il tarixli 115734-1-8151/4 saylı “X8” üzrə borcun məbləğini düzgün müəyyənləşdirmişdir. Apellyasiya baxışı zamanı alınmış ekspert rəyində həmin müqavilə üzrə Cavabdeh Sahib oğlunun xx.xx.2015-ci il tarixə (01 saylı razılaşmanın tarixi) banka olan borcunun tam ödənilmiş olduğu göstərilsə də, nəzərə alınmalıdır ki, məhz xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli 115734-1- 8151/4 saylı “X3”nə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 22 096 960 rus rublu məbləğində müəyyənləşdirilmişdir və kollegiyanın qənaətinə görə sözügedən müqavilə üzrə xx xxxxxx 2015-ci il tarixinə “borcun tam ödənilmiş olması” bu konvertasiya ilə bağlıdır. Bununla belə kollegiya, xx xxxxxx 2014-cü il tarixli 115734-1-8151/5 saylı və xx xxxxxxxx 2015-ci il tarixli 115734-1-8151/6 saylı müqavilələr üzrə əsas borc məbləğlərinin ikinci ekspert rəyində daha düzgün hesablandığı qənaətinə gəlir və hesab edir ki, xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə əsas borc məbləği 12 623,792,59 rubl, xx xxxxxxxx 2015-ci il tarixli müqavilə üzrə əsas borc məbləği 4 373 981,97 rubl müəyyənlşdirilməlidir. Kollegiya, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə ilə də razılaşmır; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən bu meyarlara əməl olunmadan müəyyənləşdirildiyindən, eləcə də cavabdeh tərəfindən əmlakın bazar dəyərinin 916 000 manat təşkil etdiyinə dair qiymətləndirici rəyi təqdim olunduğundan apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş, müvafiq rəylə ipoteka predmetinin bazar qiymətinin 800 000 (səkkiz yüz min) manat olması müəyyən edilmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin “ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X10 qaytarılması” qənaətinin hüquqi əsası mövcud deyildir və həmin hissədə qətnamə ləğv olunmalıdır. Belə ki, Rəşad Talıbov ipoteka qoyan olmamaqla ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaitinə münasibətd hüququ sahibi ola bilməz. Qətnamənin, cərimə borclarının cavabdehlərdən tutulması ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Kollegiyanın qənaətinə görə, işə baxan məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır və qanunvericilik də yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər üç müqavilə üzrə hesablanmış cərimə borclarını ədalətli (mütənasib) həddədək azaltmışdır və onun mövqeyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyildir. Birinci instansiya məhkəməsinin çəkişmə prinsipinə əməl etmədiyi barədə apellyatorun apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onun məhkəmə prosesləri barədə məlumatlandırıldığı, vəkilinin proseslərdə iştirak etdiyi və çoxsaylı vəsatətlərlə çıxış etdiyi aydın olur; əsassız vəsatətlərinin təmin edilməməsi isə məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi “ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X10 qaytarılması” hissəsində ləğv olunsun. Qətnamə “115734-1-8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3” üzrə 12 819 580,00 Rus Rublu məbləğində əsas borcun; 115734-1-8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə 4 415 502,00 Rus Rublu məbləğində əsas borcun Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, habelə Bakışəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14otaqlı, 432,8 kv.myaşayış, kv.mqeyri-yaşayış, 487.3 kv.m köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin 276 000 manat məbləğində qiymətləndirilməsi” hissələrində dəyişdirilsin. 115734-1-8151/5 saylı xx xxxxxx 2014-cü il tarixli “X3” üzrə Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada tutulmalı olan əsas borc məbləği 12 623,792,59 (on iki milyon altı yüz iyirmi üç min yeddi yüz doxsan iki rubl 59 qəpik) Rus Rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), 115734-1-8151/6 saylı xx xxxxxxxx 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə tutulmalı olan əsas borc məbləği 4 373 981,97 (dörd milyon üç yüz yetmiş üç min doqquz yüz səksən bir rubl 97 qəpik) Rus Rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) müəyyənləşdirilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14otaqlı, 432,8 kv.myaşayış, kv.mqeyri-yaşayış, 487.3 kv.m köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 800 000 (səkkiz yüz min) manat müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərci olan 250 (iki yüz əlli) manat Cavabdeh Sahib oğlundan tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “X26 Azərbaycan” QSC Nərimanov Filialı), mühasibatlıq ekspertizasının xərci olan 145 manatın 100 (yüz) manatı ondan, 45 (qırx beş) manatı isə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Sahib oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar