Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14194/2019 03.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 İddiaçının nümayəndəsi İsayev Röyal Abdulla oğlunun, Cavabdehin vəkili Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 30687,10 manat əsas borc, 15431, 31 manat faiz borcu, 29428, 28 manat dəbbə pulu olmaqla, ümumilikdə 75546, 68 manat məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş, 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “X7” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, nəqliyyat vasitədinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracda satılması, bankın kredit tələbi satılmış əmlak hesbaına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 30687,10 manat əsas, 11914,62 manat faiz, 40233,15 manat cərimə borcu, habelə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3961,8 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 86796,67 manat məbləğində borcun, iddia ərizəsi üçün ödənilmiş, 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “X7” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracda satılması, bankın kredit tələbi satılmış əmlak hesbaına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30687,1 manat əsas, 10783,06 manat faiz, 3000 manat dəbbə pulu, 3068 manat gecikdirilmiş faiz borcu olmaqla ümumulikdə 47538,16 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı X5 ləğvedicisi X3 ödənilməsi, tutmanın Cavabdeh məxsus “X7” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilməsi, avtomobilin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 16 manat məbləğində pul vəsaitin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı X5 ləğvedicisi X3 ödənilməsi, məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 295 manat məbləğində pul vəsaitinin 155 manat məbləğində hissəsi Cavabdeh, 140 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı X5 ləğvedicisi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-256/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən - müqavilə müddətinin sonuna hesablanmış faiz məbləğinin, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin və cərimə borcunun azaldılmış hissəsində, eyni zamanda ekspertiza xərclərinin 140 manatının və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 14 manatının iddiaçıya aid edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilərkən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, kredit müqaviləsinə əlavə adlanan, ödəniş cədvəlində göstərilmiş qayda əsas götürülür və borclu tərəfindən ödənilmiş məbləğlər ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcundan silinir. Lakin borclu hər ayın müvafiq günündə ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu borc məbləğini gecikdirərsə bu zaman gecikmə günlərinin sayına müvafiq olaraq cərimə tətbiq olunur ki, bu da ödəniş həyata keçirildiyi zaman nəzərə alınır və ödənilmiş məbləğ əvvəlcə hesablanmış cəriməyə, sonra isə faiz və əsas məbləğə yönəlir. Hesabdan çıxarışdan da göründüyü kimi borclu ödəniş cədvəlindən kənara çıxmalar etmiş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən gecikmə günlərinə mütənasib cərimə tətbiq olunmuş və borclu tərəfindən ödənişlər həyata keçirildiyi vaxt ilk olaraq hesablanmış cərimə silinmişdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə ekspert sadəcə borclu tərəfindən ödənilmiş məbləğləri əsas və faiz borclarına silmiş, gecikmə günlərini müəyyən etməmiş, nəticədə də cərimə məbləğinə silinmələr olmamışdır. Bu səbəbdən də ekspert rəyi ilə Bank tərəfindən tərtib olunmuş maliyyə arayışında müqavilə müddətinin sonuna hesablanmış faiz məbləğinə münasibətdə uyğunsuzluq vardır. Bank tərəfindən tərtib olunmuş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını tam əks etdirdiyindən borclunun ödədiyi məbləğlərin hansı şəkildə silindiyini tam göstərdiyindən müqavilə müddətinin sonuna olan faiz borcunu əsaslı olaraq 11.914.62 manat müəyyən etmişdir. Mülki iş materiallında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və maliyyə arayışından da göründüyü kimi gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz məbləği 3961.8 manat təşkil edir. Belə ki, həmin məbləğin hesablanmasına nəzər salınsa görünər ki, qətnamədə də qeyd olunduğu kimi müqavilənin müddəti xx xxxxxx 2014 - xx xxxxxx 2017-ci il tarixlərini əhatə edir. Odur ki, gecikdirilmiş günlərin say axımı xx xxxxxx 2017-ci il tarixindən başlayır və maliyyə arayışının hazırlandığı gün yəni xx xxxxxx 2019-cu il tarixində bitir və bu aralıqda gecikdirilmiş günlərin sayı 930 gün təşkil edir. xx xxxxxx 2019-cu il tarixli, **********277 saylı maliyyə arayışında da qeyd olunduğu kimi xx xxxxxx 2019-cu il tarixə yaranmış gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu sadə qaydada riyazi heablama aparmaqla olduğu müəyyən edilir. Bundan əlavə, məhkəmə 30687.1 manat məbləğində əsas borca tənasübsüz olaraq 40.233.15 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmişdir. Buna görə də hesablanmış 40.233.15 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 3 000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kredit müqaviləsindən sonra borcun ödənilməsində ləngimələr müşahidə olunub. Bu tamamilə əsassızdır. Belə ki, ölkədə baş verən devalvasiya böhranından sonra bütün digər borclular kimi onun da iqtisadi vəziyyəti ağırlaşmışdır. Buna görə də borcun mütəmadi ödənilməsi ilə bağlı problemlər yaşamışdır. Ölkədəki məlum iqtisaadi vəziyyətə müqaviləyə əsasən borcunu vaxtı-vaxtında və tam ödəmişdir. Hesab edirəm ki, bu qətanamədən sonra ağır iqtisadi vəziyyəti daha da dözülməz hal alacaq. Belə ki, məhkəmə müqaviləyə əsasən borcu düzgün hesablamamışdır. Əsas borcdan əlavə 3 öhdəliyin yüklənməsini doğru və dəqiq hesablanmamış hesab etməməsindən əlavə onun borcu ödəmə qabiliyyətinin tamamilə itirəcəyinə gətirib çıxaracağını güman edir. Hesab edir borclu tərəfindən iddiada qeyd edilən borclar düzgün hesablanmadığından məhkəmə tərəfindən bu işə yenidən baxılmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İsayev Röyal Abdulla oğlu iddiaçının apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətlərinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının borcun hesablanması hissəsində yoxlanılması təşkil edir. İpoteka predmeti mübahisələndirilmədiyindən, apellyasiya baxışının predmeti deyil. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin spellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın məbləği dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, bank tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixli BT-SAB-1/04/2014 saylı kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, illik 19% olmaqla, 40.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. Cavabdehə verilmiş kredirin ödənilməsinin təminatı olaraq, ona məxsus “X7” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 12678 saylı xx xxxxxx 2018-ci il tarixli və 3062 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəylərinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) olan əsas borcu əsas borcu 30.687,10 manat, faiz borcu 10.783,06 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreitor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği məhkəməyə təqdim edilmiş ekspert rəyləri əsasında müəyyən edilmişdir. Həmin rəylərin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında cavabdehin gecikdirilmiş vaxt üçün hesablanmış borcu 3961,80 manat təşkil edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə 3068 manat məbləğində pul vəsaiti tutmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, həmin məbləğin hansı qaydada hesablanması qətnamədə müəyyən edilməmişdir. Cavabdehin banka qeyd olunan borcunun düzgün hesablanmaması və ya maliyyə arayışının həmin hissədə mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, cavabdehin banka olan cərimə borcunun 3000 manat məbləğində hesablanmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər iddiaçının formal mülahizələrinə əsaslanarır və həqiqəti əks etdirmir. Belə ki, məhkəməyə təqdim edilmiş ekspert rəylərində cavabdehin iddiaçıya olan əsas və faiz borcu müəyyən edilmiş və iddiaçı həmin rəyi təkzib edən hər-hansı sübut təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ölkədə devalvasiyanın baş verməsi və cavabdehin hazırki vəziyyətdə maddi vəziyyətinin aşağı olması halı onun kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti rədd edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə tutulmalı gecikdirilmiş faiz borcu 3961,80 manat müəyyən edilməli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti rədd edilsin. Cavabdeh oğlundan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə tutulmalı gecikdirilmiş faiz borcu 3961,8 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-14194/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14194/2019
03.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver