Məhkəmə qərarları › İş №2(103)-14207/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14207/2019

17.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14207/2019 17.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Azər Tağıyevin, cavabdehin nümayəndəsi, vəkil Orxan Bünyadovun iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2830/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 110000 ABŞ dolları pulun (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili onun adına rəsmiləşdirməkdənsə etibarnamə əsasında onu öz adına və hətta öz oğlunun adına rəsmiləşdirə bilərdi. Ona görə də iddiaçının mənzilin dəyərinə görə 110000 ABŞ dolları pul ödəməsi barədə mülahizəsi yanlışdır. Əsassız varlanmayıb, həmin mənzili öz hesabına alıb. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)-4809/2017 saylı qərarını mübahisələndirəcək. Belə ki, hazırkı iş üzrə çıxarılmış qətnamədə həmin məhkəmə aktı müəyyən edilmiş hallara istinad olunub. Məhkəmə iclasları barədə ona məlumat verilməyib. Əgər iddiaçının düşündüyü kimi mənzilin pulun o veribsə, həmçinin onun verdiyi 110000 ABŞ dolları məbləğdə olan pulla mənzili adına rəsmiləşdirilərək əsassız varlanıbsa bu zaman əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olan vaxtdan 2012-ci ildən 7 il vaxt keçərək 2019-cu ildə ona qarşı əsassız varlanma obyektini (maddi zərər kimi 110000 ABŞ dollarını) qaytarmaq tələbi irəli sürmüşdür. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi barədə arayışında iddiaçıya ona qarşı əsassız varlanma nəticəsində əldə etdiyi 110000 ABŞ dollarının tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının 2016-cı ildə də əsassız varlanma obyektinin qaytarılması barədə iddia vermək hüququ olduğu təsdiq olunur. Lakin iddiaçı həmin tarixdən 3 il keçdikdən sonra ona qarşı iddia qaldırmışdır. Hazırkı mülki işə baxan birinci instansiya məhkəməsi isə ona məhkəmə iclasının vaxtı barədə xəbər vermədiyinə görə məhkəmə iclasında iştirakı mümkün olmamış, bunun da nəticəsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək imkanından məhrum olmuşdur. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətinin məzmuna uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişlər. İşdə olan yazılı sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3346/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil X2 xx.xx.2010-cu il tarixli, 17 nömrəli sərəncamının etibarsız hesab edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş və İddiaçı "payçı X1 “xxxxxxxxxxxxx” MTK-nın üzvlüyündən çıxarılması və "payçı X1 “xxxxxxxxxxxxx” MTK-nın üzvlüyündən çıxarılması və onun “xxxxxxxxxxxxx” MTK-ya üzv qəbul olunmaqla ünvan 1 ünvanındakı yaşayış binasının 2-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 108,7 kv.m, yaşayış sahəsi 50,4 kv.m olan 2 otaqlı 58 saylı mənzilin və payın 1 nəfər (özü) ailə tərkibi ilə adına keçirilməsi" məsələsi ilə bağlı “xxxxxxxxxxxxx” MTK-ya müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-188/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi qismən, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil X2 xx xxxxx 2010-cu il tarixli, 17 nömrəli sərəncamının etibarsız hesab edilməsi, İddiaçı “payçı X1 “xxxxxxxxxxxxx” MTK-nın üzvlüyündən çıxarılması və onun “xxxxxxxxxxxxx” MTK-ya üzv qəbul olunmaqla ünvan 2 ünvanda iki otaqdan ibarət olan mənzilin və payın 1 nəfər (özü) ailə tərkibi ilə adına keçirilməsi” məsələsi ilə bağlı “xxxxxxxxxxxxx” MTK-ya müraciət etmək hüququnun olmasının izah edilməsi hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil X2 xx xxxxx 2010-cu il tarixli, 17 nömrəli sərəncamının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4809/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı “xxxxxxxxxxxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 79 nömrəli evin 58 saylı mənzilinin alınması üçün ümumilikdə 110000 ABŞ dolları məbləğində ödəniş etmiş və həmin mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bununla da Cavabdeh1 hüquqi əsas olmadan İddiaçı vəsaiti hesabına mənzil əldə etmiş və həmin məbləğdə əsassız varlanmışdır. Məhkəmə aktlarında, həmçinin əsassız varlanma nəticəsində əldə etdiyi 110.000 ABŞ dollarının tələb edilməsi barədə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına MPM-in 82.3, Mülki Məcəllənin 1091, 1092.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı “xxxxxxxxxxxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 79 nömrəli evin iki otaqlı 58 nömrəli mənzilin alınması üçün ümumilikdə 110.000 ABŞ dolları məbləğində ödəniş etdiyi və həmin mənzil Cavabdeh1 adına rəsmiləşdirildiyi, sonuncu hüquqi əsas olmadan İddiaçı vəsaiti hesabına mənzil əldə etdiyi və 110.000 ABŞ dolları məbləğində əsassız varlandığı üçün, bu hallar Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-188/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edildiyi üçün iddia tələbi Cavabdeh1 110.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095). Normanın tələbindən göründüyü kimi əsassız varlanma obyektinin qaytarılmasını tələb etmək müddətinin hesablanması məhrum olana öz hüququnun məlum olduğu vaxtdan başlanır və iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı ilkin olaraq mübahisəli mənzilin ona məxsus olduğunu hesab etmiş və məhkəmədə məhz mənzilə hüququnun tanınması barədə iddia qaldırmışdır. Həmin iş üzrə yekun məhkəmə aktı - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və yalnız bundan sonra qeyd olunan tələb üzrə hüquqlarının müdafiəsi imkanlarının tükənməsi ilə əsassız varlanma obyektini qaytarmaq hüququnun olduğu ona məlum olmuşdur. İddiaçı yalnız bundan sonra mənzilin ona qaytarılmayacağını bilmiş, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsindən iki il keçmədən - xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası müddətin axımının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli arayışı ilə başlanmasını qeyri-mümkün hesab edir. Çünki hər bir halda iddiaçının kassasiya şikayəti əsasında işə Ali Məhkəmə tərəfindən baxılması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin həmin iş üzrə yekun məhkəmə aktı olmadığını təsdiq edir. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsi ilə müəyyən edilmiş 2 illik müddət ötürülməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri açıq-aşkar əsassızdır. Çünki cavabdehin həmin dəlilləri eyni tərəflər arasında baxılmış mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən edilmiş halların yenidən araşdırılması (sübut edilməsi) ilə bağlıdır. Halbuki MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3). Ona görə də şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2830/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın X5 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar