Məhkəmə qərarları › İş №2(103)-1426/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1426/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1426/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 623/2020 nömrəli qətnaməsindən İddiaçıQSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6119,05 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən kreditor sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh kredit borcunu faizləri ilə birlikdə vaxtlı-vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə kreditor arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu kreditor qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 623/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2(beş min yüz iyirmi iki ABŞ dolları iyirmi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq İddiaçıQSC-yə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, iddia ərizəsi üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissəsi İddiaçı QSC-yə aid edilməsi, Ekspertiza xərcinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı QSC-dən, 125 (bir yüz iyirmi beş) manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçıQSC apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)-623/2020 nömrəli qətnaməsinin qismən - iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən və əsas borc hissələrində ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə əlavə sazişlər də nəzərə alınmaqla 4878.44 ABŞ Dolları məbləğində kredit borcu, 517.93 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5496.37 ABŞ Dolları məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. Məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, İddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2008-ci il və xx.xx.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə iddiaçı arasında ayrı-ayrılıqda zaminlik müqavilələri müvafiq olaraq xx.xx.2013-cü il, xx.xx.2008-ci il və xx.xx.2010-cu il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə xx.xx.2019-cu il tarixində (iddia ərizəsinin məhkəməyə göndərilmə tarixi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər Binəqədi Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməklə səhvə yol vermişdir. Əlavə olaraq, hətta hesab etsək ki, hazırkı münasibət Plenumun müvafiq Qərarlarının təsiri dairəsinə düşür, o zaman, qeyd edilməlidir ki, Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş maddi sübutları nəzərə almamış və bununla da zaminlərə münasibətdə iddia tələbini təmin etməməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2008-ci il tarixli 01L000001177 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu miiəyyənetmə mülki qanunveriliciyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra AR MM) 470-ci maddəsi). AR MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Hazırkı iş üzrə zaminlik müqavilələrində xx.xx.2008-ci il tarixli 01L000001177 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 50000 ABŞ dolları daxil olmaqla həmin 3 çərçivədə 120 ay müddətinə, yəni iyul ayının 2018-ci ilinə kimi öhdəlik götürmüşlər. Cavabdeh1 isə xx.xx.2015-ci il tarixdə 12000 (on iki min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin qaytarılması üçün ödəniş planına əsasən sonuncu müddət xx.xx.2017-ci il tarixi kimi müəyyən edilmişdir. Sonradan tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 001R**********SA saylı, xx.xx.2017-ci il tarixli 001R**********SB saylı, xx.xx.2017-ci il tarixli 001R**********SC saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu xx.xx.2015-ci il tarixli sazişlə kredit öhdəliyinin qaytarılması üçün son müddət xx.xx.2018-ci il tarixi müəyyən edilmiş, həmin müddət də zaminlərin öhdəliyinin qüvvədə olma müddətini əhatə etmişdir. Bununla yanaşı, faiz dərəcəsi ilə bağlı qeyd edilməlidir ki, 12000 (on iki min) ABŞ Dolları məbləğində kredit verilən zaman faiz dərəcəsi aylıq olaraq 2.1667 % müəyyən edilmişdir, sonrakı sazişlərlə faiz dərəcəsinin artırılması müşayiət edilməmiş, əksinə aylıq faiz dərəcəsi 1.75 % endirilmişdir. Əlavə olaraq, zaminlərdən biri olan Cavabdeh2 xx.xx.2015ci il tarixli 001R********** saylı kredit razılaşmasının ödəniş planını (kredit borcunu, ona hesablanmış faiz dərəcəsini, ödəmə qaydasını, yəni kredit üzrə mühüm bütün şərtləri müəyyən edən cədvəl) xx.xx.2015-ci il tarixdə "tanış oldum və razıyam" qeydi ilə imzalamışdır. Qeyd edilən məsələlərə 1-ci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. 1-ci instansiya məhkəməsinin qətnaməsi ilə borc məbləğini müəyyən edən zaman maddi hüquq normasının pozuntusuna yol vermişdir. Məlum olduğu kimi, AR MMnin 432.4,-cü maddəsinə əsasən "Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonrafaizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, "Məhkəmə iddia tələbinin əsas və faiz borcunun cəmi ilə ekspertiza tədqiqatı nəticələrini müqayisə etdikdə, borcalanın kredit razılaşması üzrə tələb ediləndən 374.17 ABŞ dolları daha az borcu olduğu müəyyən edilir. Belə ki, iddiaçı əsas vəfaiz borcu üzrə cəmi 5396.37 (4878.44+517.93) ABŞ dolları tələb edir, eksperiza tədqiqatı nəticəsinə əsasən isə əsas və faiz borcunun cəmi 5022.2 (8299.05+36xx.xx- 6940.71=5022.2) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə lıesab edir ki, 374.17 ABŞ dolları iddiaçının tələb etdiyi əsas borcdan çıxılmalı və yekun olaraq Cavabdeh1 xx.xx.2015- ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə əalvə sazişlər də nəzərə alınmaqla banka olan borcu əsas borc üzrə 4504.27 (4878.44- 374.17=4504.27) ABŞ dolları, faiz borcu iızrə 517.93 ABŞ dolları müəyyən edilməlidir.'' Məhkəmənin əsaslandırmasına münasibət bildirmək məqsədi ilə ilkin olaraq ekspertin rəyinə və əsaslandırmasına nəzər yetirilməlidir. Belə ki, ekspert rəyində qeyd olunur ki, "... xx.xx.2018-ci il tarixə əsas borc üzrə 8299.05 ABŞ dolları, faiz borcu üzrə 3663.86 ABŞ dolları müəyyən edilir, həmçinin, cavabdehin borcu xx.xx.2018-ci il tarixinə hesablandığından hazırkı ekspertiza tədqiqatı ilə xx.xx.2018-ci il tarixdən sonrakı 6940.71 ABŞ dolları ödənişlər nəzərə alınmalıdır." xx.xx.2018-ci ildən sonra 6940.71 ABŞ dolları məbləğində ödənişlərin olunduğu ekspert tərəfindən necə müəyyən edildiyi məlum deyil. Belə ki, ekspertizanın keçirilməsi üçün təqdim edilən və hazırda iş materiallarında mövcud olunan hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdən sonra yalnız 6554,16 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin məbləğin 3553,93 ABŞ dolları hissəsi faiz ödənişini, 3000.23 ABŞ dolları isə əsas borc üzrə ödənişi əks etdirmişdir. Əlavə olaraq 386.55 (69xx.xx-6554.16) ABŞ dolları məbləğində ödənişin hardan və necə müəyyən edildiyi sual yaradır. Bununla yanaşı, hətta hesab etsək ki, ekspertin hesablaması düzgündür (halbuki, iddiaçı bununla razılaşmır və əsasdırılması yuxarıda qeyd edilmişdir), bu zaman Məhkəmə ekspert rəyi ilə iddiaçının tələbi arasında müəyyən etdiyi 374.17 ABŞ dolları məbləğində fərqi tələb edilən borcdan silən zaman AR MM- nin 432.4-cü maddəsinin pozuntusuna yol vermişdir. Belə ki, iddiaçı cavabdehlərdən əsas və faiz borcundan yanaşı 723.13 ABŞ dolları məbləğində cərimə də tələb edir. Məhkəmə tələb edilən borc məbləğindən silinmə aparan zaman AR MM-nin 432.4-cü maddəsinin tələblərinə riayət etməmiş, nəticədə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli qərarına əsasən "Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir." Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə tərəfin izhatını, materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2008ci il tarixdə İddiaçı QSC Cavabdeh1 arasında 50000 ABŞ dolları məbləğində 120 ay müddətinə faiz müəyyən edilmədən kredit xətti müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixdə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2008-ci ildə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh3 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2010-cu ildə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi məqsədilə Cavabdeh4 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşmasına əsasən 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 12000 ABŞ dolları məbləğində pul Cavabdeh1 kredit verilmişdir. xx.xx.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SA sazişə əsasən xx.xx.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği xx.xx.2016-cı il tarixdən aylıq 1,75% dərəcə ilə faizlər hesablanır. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 135,96 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SB sazişə əsasən xx.xx.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği və hesablanmış fazilər xx.xx.2017-ci il tarixli ödəniş planına əsasən banka ödənilməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2113,03 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. Bundan sonra, yenidən xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 001R**********SC sazişə əsasən xx.xx.2015-ci il tarixdə bağlanmış kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə razılaşma əldə olunmuşdur. Həmin ödəniş planına görə kreditin qalıq məbləği və hesablanmış fazilər xx.xx.2017-ci il tarixli ödəniş planına əsasən banka ödənilməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının iki mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 2833,75 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. xx.xx.2019-cu il tarixinə olan maliyyə araşına əsasən 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6119,05 ABŞ dolları göstərilmişdir. xx.xx.2019-cu il tarixli cavabdehlərin hər birinə xəbərdarlıq məktubundan görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31709 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2015-ci kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 8299,05 ABŞ dolları əsas borc, 3663,86 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2008-ci ildə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində faiz dərəcəsi göstərilməyən kredit xətti müqaviləsi bağlanmışdır, bundan sonra xx xxxx 2008-ci ildə Cavabdeh3 ilə, xx xxxxxx 2010-cu ildə Hacıyev arvan Əbilxan oğlu ilə, x xxxxxxxx 2013-cü ildə isə Cavabdeh2 ilə borclunun Kredit Xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi üzrə xx xxxx 2015-ci il tarixdə xx.xx.2015-ci ildə 12000 ABŞ dolları məbləğində 24 ay müddətinə aylıq 2.1667 faizlə kredit razılaşması bağlanılmışdır. Həmin kredit razılaşmasına bir neçə dəfə əlavələr edildikdən sonra sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında iddiaçı ilə Cavabdeh1 arasında Saziş bağlanılmışdır, müqavilənin müddəti xx xxxx 2018-ci il tarixədək uzadılmışdır. Hal-hazırda iddiaçı cavabdehlərdən kredit razılaşması üzrə 4878,44 ABŞ dolları əsas, 517,93 ABŞ dolları faiz borcu və 723,13 ABŞ dolları cərimə borcu tələb edir. Kredit razılaşması üzrə borcun müəyyən edilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqati nəticəsinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 8299.05 ABŞ dolları, faiz borcu üzrə 3663.86 ABŞ dolları məbləğində müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən sonrakı 6940.71 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun cəmi ilə ekspertiza tədqiqatı nəticələrini müqayisə etdikdə, borcalanın kredit razılaşması üzrə tələb ediləndən 374.17 ABŞ dolları daha az borcu olduğu müəyyən edilir. Belə ki, iddiaçı əsas və faiz borcu üzrə cəmi 5396.37 (4878.44+517.93) ABŞ dolları tələb edir, ekspertiza tədqiqatı nəticəsinə əsasən isə əsas və faiz borcunun cəmi 5022.2 (8299.05+36xx.xx-6940.71=5022.2) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, 374.17 ABŞ dolları iddiaçının tələb etdiyi əsas borcdan çıxılmalı və yekun olaraq Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla banka olan borcu əsas borc üzrə 4504.27 (4878.44-374.17=4504.27) ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları müəyyən edilməlidir. Cərimə borcu ilə bağlı məhkəmə məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, cərimə məbləği endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları banka borcu vardır. Kredit borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. Məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2008-ci il və xx.xx.2015ci il tarixlərində imzalanmışdır. Digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə iddiaçı arasında ayrı-ayrılıqda zaminlik müqavilələri müvafiq olaraq xx.xx.2013-cü il, xx.xx.2008-ci il və xx.xx.2010-cu il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə xx.xx.2019-cu il tarixində (iddia ərizəsinin məhkəməyə göndərilmə tarixi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Beləliklə, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməli, həmçinin, digər cavabdehlər, yəni Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 da iddiaçı arasında ayrı-ayrılıqda zaminlik müqavilələri üzrə iddiaçı qarşısında məsuliyyət daşımalıdırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Yuxarıda sadalanan normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, pul öhdəliyi xarici valyuta ilə müəyyən edildiyindən yenidən hesablama ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq aparılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasənpul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki-Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır, 5 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünməli, ekspertiza tədqiqatının dəyərinin 25 manat hissəsi iddiaçıdan, 125 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 623/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4504.27 ABŞ dolları, faiz borcu üzrə 517.93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5122.2 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyinə görə İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, 5 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünsün, ekspertiza tədqiqatının dəyərinin 25 manat hissəsi iddiaçıdan, 125 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar